CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Mənə elə bir iftira atdılar ki..."

© Sputnik / Irade JELILKəmalə Həsənova
Kəmalə Həsənova - Sputnik Azərbaycan
Abunə olmaq
On bir ilin gəlini başına gələn dəhşətləri danışır: "Hər kəs mənim əxlaqsız olduğuma inanır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 28 sen — Sputnik. Deyirlər, qadınların altıncı duyğusu daha güclü olur. Həyat yoldaşlarının, sevdikləri insanların yalanını, xəyanətini tuta bilirlər. Amma qadını aldatmaq da asandır. Sevirmiş kimi görünmək, bir parça çörək vermək qadına bəs edir ki, inansın, aldansın. Bəzən həyat o qədər axarında gedir ki, "xoşbəxt" olduğuna inanır. Övladları, onu sevdiyini düşündüyü həyat yoldaşı, başının üstündə bir dam, bir parça çörək bəs edir ki, "xoşbəxt" olduğuna inansın.

Xatirə İsmayılova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Həyat onunla düşmənçilik edir

Kəmalə də aldanıb, yanılıb və bu gün tək-tənhadır. 35 yaşlı Kəmalə Həsənova danışır ki, yoldaşı ilə sevərək ailə həyatı qurub. O vaxtlar Kəmalə şirniyyat sexində çalışırmış. Elə həyat yoldaşı ilə də yolda tanış olub, bir-birini bəyənib, sevib, ailə həyatı qurublar.

Atası da müasir düşüncəli kişi imiş. Kəmalə nişanlı olanda onların görüşüb, bir-birini yaxından tanımasına da icazə verirmiş. Beləcə Kəmalə 2004-cü ildə ailə həyatı qurur. Əvvəl gözəl imiş həyatı gənc qadının. Sonra övladları dünyaya gəlir, iki oğul, bir qız anası olur və…

"Oğlan yolda görmüşdü məni, bəyənmişdi. Sonra anasını göndərmişdi iş yerimə. Elçi gəldilər, evləndik. Maştağa qəsəbəsində qızın təhsil alması o qədər də yaxşı qarşılanmır. Mən də 7-ci sinfə qədər təhsil almışam. 2005-ci ildə ilk övladım, 2008-ci ildə ikinci oğlum, 2013-cü ildə isə qızım dünyaya gəldi. İndi uşaqlarım yoldaşımdadır. Mən uşaqlarımı geri istəyirəm".

Kəmalə qaynı tərəfindən bıçaqlanandan sonra, bir müddət Sabunçu xəstəxanasında müalicə alıb. Sonra xeyirxah insanların yardımı ilə Təmiz Dünya İctimai Birliyinin sığınacağına gətirilib.

Bütün problemlər isə bu ilin yanvar ayından başlayıb: "Yanvar ayında qaynım qızıllarımı evdən oğurladı. Özü narkotik maddə aludəçisidir. Amma nə qədər desəm də, qızılları apardığını boynuna almadı. Bütün ailə onun tərəfini saxladı".

© Sputnik / Irade JELILKəmalə xanım: "Maştağa qəsəbəsində qızın təhsil alması o qədər də yaxşı qarşılanmır. Mən də 7-ci sinfə qədər təhsil almışam"
Kəmalə xanım: Maştağa qəsəbəsində qızın təhsil alması o qədər də yaxşı qarşılanmır. Mən də 7-ci sinfə qədər təhsil almışam - Sputnik Azərbaycan
Kəmalə xanım: "Maştağa qəsəbəsində qızın təhsil alması o qədər də yaxşı qarşılanmır. Mən də 7-ci sinfə qədər təhsil almışam"

Beləcə ailədə problemlər böyüməyə başlayır. Evdən qızılları aparan qaynı, sonradan Kəmalə ilə düşmən kimi davranmağa başlayır. Kəmalənin həyat yoldaşı Xızıda çalışdığı üçün, evə iki gündən bir gəlirmiş.

Qaynı da bu vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışıb: "Avqustun 18-i idi. Gecə qızımı qucaqlayıb yatmışdım. Bir də gördüm, otağıma kimsə girdi. Sonra qaynımın yoldaşı işığı yandırıb qışqırmağa başladı. Qaynım otağıma girmişdi. Yoldaşı məndən soruşurdu ki, "onun sənin otağında nə işi var?". Mən də dedim, "mən yatmışam, nə bilim özündən soruş". Qaynımın yoldaşı pol taxtası ilə qaynımı döydü. Oğlan evdən getdi. 4 gün sonra yenidən evə gəldi".

© Sputnik / Irade JELILHazırda Kəmalə xanım "Təmiz Dünya" İctimai Birliyinin sığınacağında yaşayır
Hazırda Kəmalə xanım Təmiz Dünya İctimai Birliyinin sığınacağında yaşayır  - Sputnik Azərbaycan
Hazırda Kəmalə xanım "Təmiz Dünya" İctimai Birliyinin sığınacağında yaşayır

"Söz-söhbət çıxarmışdılar ki, guya mən əxlaqsızam və qayınlarım, qonşularım ilə gəzirəm. Amma Allaha and olsun, mən heç nə etməmişdim. Mənə inanmırsınızsa, gedin qonşularımdan maraqlanın. Hamısı başıma and içir. Ayın 22-si evdə dava başladı. Qaynatam qolumdan tutub məni divana oturtdu. Qaynım başladı məni bıçaqlamağa. Gördüm, qan aparır məni. İstəmirdim üzümə ləkə düşsün, qolumla üzümü tutdum. Sonra əllərindən çıxıb küçəyə qaçdım. Qardaşım çıxdı qarşıma, məni taksiyə oturdub, təcili yardım avtomobilinə çatdırdı, oradan isə Sabunçu Xəstəxanasına göndərdilər. Ölürdüm. 8 bıçaq yarası almışdım. Heç kim yanıma gəlmirdi. Əvvəlcə anamla qardaşım gəlirdi. Sonra onlar da düşündü ki, "mən əxlaqsızam". Qaldım tək-tənha. Məni Sabunçu Xəstəxanasında həkim Azər Zeynalov sağaltdı. Bütün xərcləri də o, üzərinə götürdü", — qadın başına gələnləri nağıl edir.

Rəfiqə Əlizadə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ərini başqası ilə evləndirən qadın: onun yaşadıqlarını kimsə yaşaya bilməzdi

Həkimlər onun 8 bıçaq yarası ilə sağ qaldığına təəccüb ediblər. Kəmalə xəstəxanada olduğu müddətdə həyat yoldaşı ilə nə qədər əlaqə saxlamağa çalışsa da, yoldaşı telefonu götürmür. Və bir qadının yardımı ilə sığınacağa göndərilir: "O qadın mənə mobil telefon da alıb. Nə qədər zəng edirəm, yoldaşım telefonu qaldırmır. Uşaqlarımdan nigaranam. Onları istəyirəm. Yoldaşım onsuz da məndən soyumuşdu. Mənə evdə "o birisi" deyə müraciət edirdi. Bilirdim, həyatında kimsə var. Çünki dəfələrlə yalvarmışdım ona ki, yaxşı maaşın var, gəl kirayə çıxaq. Mən bu insanların arasında yaşaya bilmirəm".

Həmsöhbətimiz qaynata evindəki mənzərəni belə izah edir: "Qayınlarımın ikisi də narkotik aludəçisidir. Aldığı qadın da yaxşı yolun yolçusu deyildi. Hamilə gətirmişdi onu evə. Qaynanam da qəbul etmişdi. Mən isə 19 yaşında tərtəmiz toyumla gəlmişdim. Mən 11 ilin gəlini olmuşam. Məni yandıran odur ki, yoldaşım gəlmədi arxamca, inandı onlara. Mən bıçaqlandığım gün yoldaşım gecə xəbər tutub. Amma gəlmədi. Heyif o sevgidən… Heyif 11 ilimdən. Mən 11 ildə bir dəfə də olsun yoldaşımdan hədiyyə görməmişəm. Bircə dəfə olsun mənə "əzizim" deməyib. Adicə mənim adımı çağırmayıb".

Dediyinə görə, bir həyətdə 12 nəfər yaşayırmışlar: "Mən uşaqlarımın həyatından narahatam. Mənim uşaqlarım narkoman, əxlaqsız ailədə böyüyürlər. Çox narahatam. İndi boşanmaq istəyirəm, uşaqlarımı yanıma almaq, işləmək, onları saxlamaq… Amma bütün sənədlərim o evdədir. Boşanmaq üçün sənədlərimi almalıyam. Artıq icazə vermişəm, hüquq müdafiəçisi Şəhla xanım gedib sənədlərimi götürəcək".

Kəmalə danışdıqca, göz yaşlarını saxlaya bilmir. Qızı üçün çox darıxdığını deyir. Yaraları da hələ tam sağalmayıb, ara-sıra qanayır da. Amma onu ağrıdan aldığı bıçaq yaraları deyil, sevdiyi həyat yoldaşının laqeydliyi və yaxınlarının ondan imtina etməsidir…

Xəbər lenti
0