Sumqayıt Seçki Dairəsi

Sumqayıt üzrə seçici fəallığı 60 faiz civarındadır

24
(Yenilənib 18:27 26.09.2016)
Saat 17.00-dək Sumqayıt-Xızı Seçki Dairəsi üzrə 28036 nəfər səs verib

BAKI, 26 sen — Sputnik. Saat 17.00-a olan məlumata görə 44 sayı Sumqayıt-Xızı Seçki Dairəsi üzrə 28036 nəfər səs verib. Bu da dairə üzrə seçicilərin 61 faizini təşkil edir. Bunu Sputnik-ə sözügedən dairənin katibi Təravət Rəsulova deyib.

43 saylı Sumqayıt Seçki Dairəsinin sədri Həsən Məmmədovun sözlərinə görə isə, indiyə qədər 25845 nəfər səsə verib. Bu da ümumi sayın 59,4 faizi edir.

41 saylı Seçki Dairəsinin sədri Vaqif Məmmədov isə bildirib ki, saat 17.00-o olan məlumata görə, 25662 nəfər səs verib. Bu da dairə üzrə seçicilərin 59,4 faizini təşkil edir.

42 saylı Seçki Dairəsinin katibi Sevinc Mikayılova qeyd edib ki, saat 17.00-a olan məlumata görə, 25295 nəfər səs verib. Bu da dairə üzrə seçicilərin 59,4 faizini təşkil edir.

Qeyd edək ki, Sumqayıt şəhəri üzrə seçki məntəqələrində xarici ölkələrin müşahidə qrupları iştirak edib.

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur.

Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir. 101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

24
Teqlər:
nəticə, səsvermə, seçici fəallığı, Sumqayıt, seçki, referendum
Əlaqədar
Qaxda 67.4 faiz seçici səs verib
Gəncədə 60 faizdən artıq seçici fəallığı qeydə alınıb
Səsvermədə iştirak edən vətəndaşların sayı 3.5 milyona yaxınlaşır
Şəkidə 20 mindən çox vətəndaş səs verib
Gəncə üzə seçici fəallığı 50 faizi keçib
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

42
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

42
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

31
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

31