CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ən yüksək və ən aşağı seçici fəallığı hansı rayonlardadır?

© Sputnik / Murad OrujovMərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov
Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov - Sputnik Azərbaycan
Abunə olmaq
Lider yerdə dayanan rayonda seçici fəallığı 74,14, sonuncuda isə 48,11 olub

BAKI, 26 sen — Sputnik. Azərbaycanda keçirilən referendumda saat 17:00-a olan ən fəal seçki dairəsinin adı açıqlanıb. Sputnik-in məlumatına görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, ən yüksək seçici fəallığı 14 saylı Xəzər seçki dairəsində qeydə alınıb.

112 saylı Qax seçki dairəsində səsvermə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qaxda 67.4 faiz seçici səs verib

Bu dairədə seçici fəallığı 74,14 faiz olub. Burada 49374 seçicidən 36605-i artıq səs verib. Ən aşağı seçici fəallığı isə 48,11 faiz olmaqla 17 saylı Yasamal III Seçki dairəsində qeydə alınıb.

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur.

Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir. 101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

 

Xəbər lenti
0