CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaxda 67.4 faiz seçici səs verib

© Sputnik / / Shahperi Abbasova112 saylı Qax seçki dairəsində səsvermə
112 saylı Qax seçki dairəsində səsvermə - Sputnik Azərbaycan
Abunə olmaq
Saat 17:00-dək 28362 vətəndaş səsvermədə iştirak edib

BAKI, 26 sen — Sputnik. 112 saylı Qax seçki dairəsi üzrə qeydiyyatda olan seçicilərin sayı 42080 nəfərdir. Sputnik-in bölgə müxbiri xəbər verir ki, saat 17:00-dək 28362 nəfər seçici seçkidə iştirak edib. Bu da seçicilərin 67.40 %-ni təşkil edir.

Gəncə şəhərində seçki fəallığı davam edir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gəncədə 60 faizdən artıq seçici fəallığı qeydə alınıb

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur. Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir.

101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

Xəbər lenti
0