CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə 60 faizdən artıq seçici fəallığı qeydə alınıb

© Sputnik / / İlham MustafaGəncə şəhərində seçki fəallığı davam edir
Gəncə şəhərində seçki fəallığı davam edir - Sputnik Azərbaycan
Abunə olmaq
Saat 17:00-a olan məlumata görə şəhərdə 90 minə yaxın insan səs verib

BAKI, 26 sen — Sputnik. Gəncə şəhərində seçki fəallığı davam edir. Saat 17:00-a olan məlumata görə, ümumilikdə 4 məntəqə üzrə seçiclərin 89 628 nəfəri səsvermədə iştirak edib. Bu da ümumi seçici sayının 60,8 %-ni təşkil edir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Səsvermədə iştirak edən vətəndaşların sayı 3.5 milyona yaxınlaşır

37 saylı Nizami rayon seçki dairəsi üzrə seçkidə 19721 (60,1%), sözügedən rayonun 38 saylı seçki dairəsində isə 20 807 (60,8%) nəfəri ümumxalq referendumunda öz seçimini edib.

39 saylı Kəpəz rayon seçki dairəsi üzrə bu göstərici 24 453 (64,91%), 40 saylı dairədə isə 33 756 (58,2%) təşkil edir.

Gəncə şəhərində yerləşən 123 saylı Kəlbəcər rayon seçki dairəsindən isə 33 756 seçici səsvermə hüququndan istifadə edib. Bu da ümümi seçici sayının 67,8 %-ə bərabərdir.
Seçki zamanı heç bir qayda pozuntusu qeydə alınmayıb.

© Sputnik / / İlham MustafaGəncə şəhərində seçki fəallığı davam edir
Gəncə şəhərində seçki fəallığı davam edir - Sputnik Azərbaycan
Gəncə şəhərində seçki fəallığı davam edir

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur.

Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir. 101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

Xəbər lenti
0