Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov

Səsvermədə iştirak edən vətəndaşların sayı 3.5 milyona yaxınlaşır

55
Saat 17.00-a olan məlumata görə ölkə üzrə 63,6 faiz seçici fəallığı müşahidə olunub

BAKI, 26 sen — Sputnik. Saat 17:00-a olan məlumata görə, ölkə üzrə seçicilərin 3 milyon 348 min 535 nəfəri səs verib. Bu isə 63,6 faiz seçici fəallığı deməkdir. Sputnik xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov səsvermənin gedişi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, vətəndaşlar 125 seçki dairəsi üzrə 5 min 627 seçki məntəqəsində səs verirlər. Seçicilərin sayı 5 milyon 267 min 111 nəfərdir.

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur.

Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir.

101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

55
Teqlər:
seçici, nəticə, səsvermə, MSK, seçki, referendum
Əlaqədar
Gəncə üzə seçici fəallığı 50 faizi keçib
İndiyədək 3 milyona yaxın vətəndaş səs verib
MSK sədri də səs verib
Sumqayıt üzrə seçici fəallığı 26.8 faizdir
5 dairədə 60 mindən çox seçici səs verib