Məzahir Pənahov 10 saylı Binəqədi II seçki dairəsinin 31 saylı məntəqəsində səsverməyə qatılıb

MSK sədri səs verib

30
(Yenilənib 15:31 26.09.2016)
Məzahir Pənahov 10 saylı Binəqədi II seçki dairəsinin 31 saylı məntəqəsində səsverməyə qatılıb

BAKI, 26 sen — Sputnik. Mərkəzi seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçki məntəqəsinə gələrək ümumxalq seçkiləri ilə bağlı səsvermə hüququndan istifadə edib. Sputnik-in məlumatına görə, M. Pənahov seçki məntəqəsinə həyat yoldaşı ilə gəlib. MSK sədri və xanımı 10 saylı Binəqədi II seçki dairəsinin 31 saylı məntəqəsində səs verib.

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur.

Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir. 101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

30
Teqlər:
seçici, Məzahir Pənahov, Mərkəzi Seçki Komissiyası, MSK, seçki
Əlaqədar
Sumqayıt üzrə seçici fəallığı 26.8 faizdir
5 dairədə 60 mindən çox seçici səs verib
Son 7 gündə Suriyada 500-ə yaxın insan həlak olub
Səsvermə kadrları: referendum şəffaf keçir
Ən fəal seçki dairəsi bəlli oldu
MSK-nın "qaynar xətt"inə şikayət daxil olmayıb