Azərbaycanda referendum

Ən fəal seçki dairəsi bəlli oldu

74
(Yenilənib 14:30 26.09.2016)
Saat 12.00-a olan məlumata görə, ən fəal seçki dairəsində 49374 seçicidən 21305-i artıq səs verib. Bu, 43.15 faiz seçici fəallığı deməkdir.

BAKI, 26 sen — Sputnik. Azərbaycanda keçirilən referendumda saat 12:00-a olan ən fəal seçki dairəsinin adı açıqlanıb. Sputnik-in məlumatına görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12.00-a olan məlumata görə, ən fəal seçki dairəsi 14 saylı Xəzər Seçki Dairəsidir. Burada 49374 seçicidən 21305-i artıq səs verib. Bu, 43.15 faiz seçici fəallığı deməkdir. Ən passiv seçki dairəsi isə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Burada 45690 seçicidən 7276-i səs verib. Bu isə 15.92 faiz seçici fəallığı deməkdir.

Xatırladaq ki, prezident İlham Əliyev iyulun 18-də Konstitusiyaya dəyişikliklərin edilməsilə bağlı 26 sentyabr 2016-cı ildə referendumun keçirilməsi haqda sərəncam imzalayıb. Konstitusiyaya dəyişikliklərdə Azərbaycanda birinci vitse-prezident və vitse-prezident institutlarının yaradılması təklif olunur.

Konstitusiyanın 100-cü — "Azərbaycan Respublikası prezidentliyinə namizədliyə tələblər" maddəsindəki "Azərbaycan Respublikasının Prezidenti yaşı 35-dən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşamış, seçki hüququ olan, əvvəllər ağır cinayətlərə görə mühakimə olunmamış, digər dövlətlər qarşısında heç bir öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər" cümləsindən yaşı 35-dən az olmayan sözünün çıxarılması tələb edilir. 101-ci maddənin I hissəsi — "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" dəyişdirilərək prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılacaq.

74
Teqlər:
Xəzər Seçki Dairəsi, seçici, MSK, seçki, referendum
Əlaqədar
Şəkidə 30 faizə yaxın seçici səs verib
Spiker səsvermə hüququndan istifadə etdi
Lənkəranda 10 min nəfərdən çox seçici səs verib
Ölkə üzrə seçici fəallığı 30 faizi keçib
Şirvanda seçicilərin 11 faizə yaxını səs verib
Məcburi köçkünlərin səs verdikləri məntəqə fəallıq müşahidə olunur