Hacı Muradın Qax rayonunundakı qəbrinin başdaşındakı şəkil

Başsız bədənin uyuduğu sirli qəbir

1457
(Yenilənib 17:43 27.09.2016)
Onu öldürdükdən sonra başını Tiflisə göndərirlər. Sonra mumiyalanmış baş muzeydə nümayiş olunur.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 24 sen — Sputnik. Bəlkə də çox az adama bəllidir ki, Qafqazın, eləcə də Lev Tolstoyun roman qəhrəmanı olan Hacı Muradın qəbri Azərbaycan ərazisindədir. Dağıstanın Xunzax kəndində anadan olan, milliyətcə avar Hacı Muradın qəbri Qax rayonunun Tanqıt kəndindədir. Lev Tolostoyun əsərində məşhur "Biləcik çöl" deyilən ərazi məhz buradır.

Tarixçi Məcid Mehrani qəbrin Hacı Murada məxsus olduğuna əmindir. Onun sözlərinə görə, bu qəbirdə Hacı Muradın başsız bədəni dəfn olunub.

Qəbrin Hacı Murada aid olduğunu 1957-1958-ci illərdə Azərbaycanın görkəmli arxeoloqu Məmmədəli Hüseynov da sübut etmişdi. Qəbirdə dəfn olunan şəxsin başsız, eyni zamanda sol ayağının zədəli olması Hacı Muradın qəbri olduğuna dair versiyanı gücləndirir. Həmçinin, döyüşlərin bu ərazidə getməsi və meyitlərin sonradan təhlili göstərir ki, bu qəbir məhz Hacı Murada məxsusdur.

İkinci dəfə də 1980-ci illərdə yenidən burada qazıntılar aparılmış, meyit təhlil olunmuş və məzarın Hacı Murada məxsus olması bir daha təsdiqlənmişdi.

Şimali Qafqaz xalqlarının görkəmli rəhbərlərindən biri Hacı Muradın Qax rayonunun Tanqıt kəndindəki qəbri
© Sputnik / Şahperi Abbasova
Şimali Qafqaz xalqlarının görkəmli rəhbərlərindən biri Hacı Muradın Qax rayonunun Tanqıt kəndindəki qəbri

Hacı Murad, 1834-cü ildə qardaşı Osmanın Həmzət bəy Avarlıya qarşı təşkil etdiyi sui-qəsddə iştirak etməklə məşhurluq qazanmışdı. Sonralar rus ordusu və avarlar arasında aparılan danışıqlarda vasitəçi olub.

1836-cı ildə Hacı Murad Şeyx Şamillə gizli əlaqələr qurmaqda ittiham edilərək, general Klüqenaunun əmri ilə həbs olunur və Temir-xan Şuraya göndərilir. Lakin, yolda qaçmağa müvəffəq olur Hacı Murad. Həmin vaxtdan etibarən onu bütün avar kəndlərinin naibi təyin edən Şamilə xidmət etməyə başlayır.

Hacı Murad o dövrün bütün hərbi əməliyyatlarında iştirak edib. 1851-ci ildə bəxti ondan üz döndərir: başçılıq etdiyi Tabasaran yürüşü uğursuzluqla nəticələnir və bundan sonra Şamillə münasibətləri pozulur. Şamilin intiqam alacağından qorxan Hacı Murad həmin il Çeçenistana qaçır və ruslara təslim olur.

Hacı Muradın qəbri üzərindəki başdaşı
© Sputnik / Şahperi Abbasova
Hacı Muradın qəbri üzərindəki başdaşı

Ruslar onun dağlılar arasındakı hörmətindən istifadə edərək onları öz tərəflərinə çəkmək qərarına gəlirlər. Təxminən bir il ruslara xidmət edən Hacı Murad sonradan qaçmağa cəhd göstərir.

Silahdaşları ilə saxlandığı Nuxa (İndiki Şəki) qalasından qacan Hacı Murad Qaxın Tanqıt kəndi yaxınlığında İlisu pristavı kapitan Hacı Ağa və oğlu kornet Əhməd xanın başçılıq etdiyi dəstə və sonradan onların köməyinə gələn Nuxa qalasının komendantı mayor Korqanovun rəhbərliyi altında olan kazaklar tərəfindən mühasirəyə alınır. 11 saata yaxın davam edən döyüşdə Hacı Murad və silahdaşları öldürülür.

Onun ölümü də qəribə olub. Öldükdən sonra onu doğrayıb, edam ediblər. Korqanovun əmr ilə başı kəsilir. Çünki Korqanov Qafqaz canişini Varansova sübut etməli idi ki, o, Hacı Muradı öldürüb. Hacı Muradın kəsilmiş başı Tiflisə göndərilir.

Bir müddət Tiflis yanğınsöndürmə deposunda saxlanılan baş, sonradan Çar I Nikolayın əmri ilə, görkəmli rus anatomu və cərrahı N.N.Piroqova göndərilir. Piroqov tərəfindən mumiyalandıqdan sonra Hacı Muradın başı Sankt-Peterburq Hərbi-Tibb Akademiyasının muzeyində nümayiş etdirilir.

Hər il bu muzeyə milyonlarla turist gəlir. Hacı Muradın qəbrinə isə aylarla heç bir turist gəlmir. Əslində isə Mədəniyyət və Turizm Nazirliyi buranı turizm məkanına çevirə və insanları bu tarixi məkana cəlb edə bilər.

Məzara aparan yol bərbad vəziyyətdədir
© Sputnik / Şahperi Abbasova
Məzara aparan yol bərbad vəziyyətdədir

Qeyd edək ki, sözügedən bölgə xarici və yerli turistlərin daha çox gəldiyi bölgədir. Ona görə də yaxşı olar ki, məzar və ona gedən yola diqqət ayrılsın.

1457
Teqlər:
başsız bədən, Tanqıt kəndi, Xunzax kəndi, Hacı Murad, Lev Tolstoy, Dağıstan, Qafqaz
Əlaqədar
Azərbaycanda qəbiristanlıq yandı
Bunu da gördük: ən sürətli qəbir qazma yarışı keçirilib
Qəbirdən tapılan skelet arxeoloqları şoka salıb
Azərbaycanda qəbiristanlıq olmayan şəhər: bunu bilirdiniz?
Astarada 20-yə yaxın qəbirin başdaşı sındırılıb
Kəlbəcərə mənzərə, arxiv şəkli

Kəlbəcərdə hər il 50 mindən artıq insan müalicə alırdı - Xidmət rəisi

3
(Yenilənib 18:09 29.11.2020)
"Bu yataqların gündəlik debiti 3080 kubmetr təşkil edir. Burada ötən əsrin 80-ci illərində 800 min litr termal su bağlanırdı"

BAKI, 29 noyabr — Sputnik. Kəlbəcər təkcə filiz və ya qeyri-filiz yataqları ilə deyil, həm də termomineral suları ilə zəngindir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. Xəzər TV-nin "Birinci Studiya" verilişinin qonağı olan Ə.Əliyev deyib ki, Kəlbəcərdə "İstisu" və "Tutqun" termal-mineral iri su hövzələri mövcuddur. Onun sözlərinə görə, bu hövzələrin hər birində 4 yataq var: "Bu yataqların gündəlik debiti 3080 kubmetr təşkil edir. Burada ötən əsrin 80-ci illərində 800 min litr termal su bağlanırdı. Eyni zamanda "İstisu" kurort-sanatoriya kompleksi fəaliyyət göstərirdi".

O deyib ki, Kəlbəcərdə bir ildə 50 mindən artıq insan müalicə alıb, şəfa tapırdılar.

3
Teqlər:
müalicə, termal sular, İstisu, Qarabağ, Kəlbəcər
Yanğınsöndürənlər, arxiv şəkli

Zavodun tavanı ailələrin başına uçdu, maşınlar partladı - Xırdalanda qorxunc olay

13
Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib

BAKI, 29 noyabr - Sputnik. Xırdalanda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerində baş vermiş uçqunla bağlı məlumat yayılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 28-də Abşeron rayonunu, Xırdalan şəhərində keçmiş Yüngül Konstruksiyalar Zavodunda uçqun baş verib.

Hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti şöbəsinin və yerli sektorunun nümayəndələri orada olub, ailələrin vəziyyəti ilə tanış olublar.

Yanğın baş verən ünvanda yaşayan 9 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisə yağış sularının təsiri nəticəsində meydana gəlib. Belə ki, keçmiş zavodun beton tavanı uçaraq Kəlbəcər rayonundan məcburi köçkün Verdiyev Seymur Dilqəm oğluna məxsus "Mitsubishi" və Laçın rayonundan məcburi köçkün Məmmədov Taleh Zahid oğluna məxsus "Volkswagen" markalı iki avtomobilin üzərinə dağılıb. Nəticədə avtomobillərdə yanğınla müşahidə olunan partlayış baş verib. Yanğın dərhal söndürülüb.

Yaşayış sahələrinin vəziyyətinin qiymətləndirilməsindən sonra ailələrin burada yaşamağının təhlükəli olduğu məlum olub. Dövlət Komitəsi məcburi köçkünlərin kirayə mənzillərə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Hazırda FHN-in mütəxəssisləri tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.

13
Teqlər:
yanğın, partlayış, avtomobil, məcburi köçkünlər, bina, zavod, Xırdalan