Zabratın su altında qalmış küçələri

Bura Bakıdır, heyrətlənməyin

206
(Yenilənib 10:42 22.09.2016)
Bu ərazi unudulub. Sanki İcra Hakimiyyəti bu rayona daxil olan qəsəbələr arasında Zabratın üzərindən qara qələmlə xətt çəkib.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 22 sen — Sputnik. Bəlkə də bu yazı bir neçə gün gecikmiş hesab oluna bilər. Lakin problemin həll olunmamış qaldığını və qarşıdan bizi payız-qış mövsümünün gözlədiyini nəzərə alaraq, gördüklərimizi və fotolentə aldıqlarımızı ictimaiyyətə təqdim etməyi özümüzə borc bildik.

1893-cü ilin statistikasına görə, indiki Zabrat qəsəbəsinin əhalisi etnik tatlardan ibarət olub. Bura 1936-cı ildə şəhər tipli qəsəbə statusu alıb. Sonradan Zabrata müxtəlif zonalardan əhali axını başlayıb və Zabrat böyüyərək ikiyə ayrılıb: Birinci Zabrat və İkinci Zabrat.

Hazırki statistikaya görə, Zabratın 60 mindən çox əhalisi var. Yadıma gəlir, əvvəllər I Zabratda ruslar yaşayırdılar. İndi də var, amma sayları çox azdır. İndi I Zabratın əsas sakinləri məcburi köçkünlər və qaçqınlardır. II Zabratın da əhalisinin çoxu gəlmələrdir, amma az da olsa, yerli əhali qalıb.

Məqsədim sizə Zabratın tarixi haqqında danışmaq deyil. Əsas fikrim Zabratdan xəbəri olmayan aidiyyatı dövlət qurumlarını Zabratın indiki halından xəbərdar etməkdir.

  • Zabratın su altında qalmış küçələri
    Zabratın su altında qalmış küçələri
    © Sputnik / Irade JELIL
  • Zabratın su altında qalmış küçələri
    Zabratın su altında qalmış küçələri
    © Sputnik / Irade JELIL
  • Zabratın su altında qalmış küçələri
    Zabratın su altında qalmış küçələri
    © Sputnik / Irade JELIL
  • Zabratın su altında qalmış küçələri
    Zabratın su altında qalmış küçələri
    © Sputnik / Irade JELIL
  • Zabratın su altında qalmış küçələri
    Zabratın su altında qalmış küçələri
    © Sputnik / Irade JELIL
  • Zabratın su altında qalmış küçələri
    Zabratın su altında qalmış küçələri
    © Sputnik / Irade JELIL
  • Zabratın su altında qalmış küçələri
    Zabratın su altında qalmış küçələri
    © Sputnik / Irade JELIL
  • Zabratın su altında qalmış küçələri
    Zabratın su altında qalmış küçələri
    © Sputnik / Irade JELIL
  • Zabratın su altında qalmış küçələri
    Zabratın su altında qalmış küçələri
    © Sputnik / Irade JELIL
  • Zabratın su altında qalmış küçələri
    Zabratın su altında qalmış küçələri
    © Sputnik / Irade JELIL
  • Zabratın su altında qalmış küçələri
    Zabratın su altında qalmış küçələri
    © Sputnik / Irade JELIL
  • Zabratın su altında qalmış küçələri
    Zabratın su altında qalmış küçələri
    © Sputnik / Irade JELIL
  • Zabratın su altında qalmış küçələri
    Zabratın su altında qalmış küçələri
    © Sputnik / Irade JELIL
1 / 13
© Sputnik / Irade JELIL
Zabratın su altında qalmış küçələri

Mən özüm bu qəsəbədə doğulub böyümüşəm — II Zabratda. Zabrat elə əvvəldən kasıb qəsəbə olub. Elə bil ki, Tanrı özü insanları seçərək bu qəsəbəyə yığıb. Köhnə evlər, odun qoxuyan hava, dar, kələ-kötür küçələr…

Yayda da, qışda da yetim kimi görünür Zabrat. Sanki unudulub, sanki Sabunçu Rayon İcra Hakimiyyəti bu rayona daxil olan qəsəbələr arasında Zabratın üzərindən qara qələmlə xətt çəkib. Sanki Zabrat hər şeydən təcrid olunub.

Sabunçu-Zabrat yolu deyilən əraziyə kənardan baxanda, yaxud həmin yoldan keçəndə istər-istəməz hamı düşünə bilər ki, "ümumi yol belə səliqə səhmanlıdırsa, böyük marketlər varsa, deməli qəsəbə də səliqə-səhmanlıdır". Əsl həqiqəti bilmək üçün isə qəsəbəyə daxil olmaq lazımdır.

Hansı girişi olursa olsun, bu qəsəbənin səliqəli, yeni təmir olunmuş bir küçəsi yoxdur. Yayda kələ-kötür yollardan qalxan toz-duman, qışda isə həmin yollara yığılmış su əhalini cana yığıb.

Elə ki yağış yağır, Zabratın giriş yolları gölə çevrilir. Ötən günlərdə yenidən qəsəbəmdə idim — boynubükük, kimsəsiz qəsəbəmdə. "Zabrat dairəvi yolu" adlanan ərazidən qəsəbəyə daxil olmaq üçün ya avtomobilin olmalıdır, ya da qayıq almalısan. Əks təqdirdə qəsəbəyə daxil olmaq mümkün deyil.

Yolun kənarında isə Zabrat məzarlığı yerləşir. Məzarlığa su daxil olmaması üçün qapısının önündə kiçik sədd yaradıblar. Çünki su məzarlığa dolanda bütün məzarlar su içində qalır, qamış boya qalxır. Və bu, hər il təkrar olunur.

Problem isə məzarlıqla deyil, yolu nəzarətsiz, təmirsiz qoyanlarla bağlıdır. Ki, bu, heç onların vecinə də deyil. Çünki, mən gözümü açandan bu qəsəbəni belə görmüşəm. Qəsəbə sakinləri deyirlər ki, yayda toz-torpaqdan, qışda yağış-qar sularından rahat yaşamaq olmur. Yolların təmiri heç kimi maraqlandırmır. 

Zabrat sakininin qayğıları
© Karikatura
Zabrat sakininin qayğıları

Qeyd edim ki, qəsəbədaxili yollar təmirsiz olmaqla yanaşı, bəzi sakinlər evlərinin kanalizasiya axıntılarını da küçələrə istiqamətləndiriblər. Çünki qəsəbədə mərkəzləşdirilmiş kanalizasiya sistemi də yoxdur. Elə ki, bir balaca yağış olur, ətrafı kanalizasiya suları götürür. Küçələr təmir edilsə belə, kanalizasiya sistemi tam olmadığı üçün yağış yağanda yenə eyni hal təkrarlanacaq.

Aidiyyəti qurumların rəhbərlərinin yolu, sadəcə əsas yoldan — qeyd etdiyim Sabunçu-Zabrat yolundan düşdüyü üçün, qəsəbədaxili yolları görmələri mümkün deyil. Şəxsən mənim yadıma gəlmir ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı, yaxud Sabunçu rayonu 28-ci seçki dairəsindən millət vəkili seçilmiş Eldar Quliyev nə vaxtsa əhali ilə görüşərək problemləri ilə maraqlanıb.

Amma düşünürəm ki, gördükləri bu şəkillərdən sonra aidiyyəti qurumlar və şəxslər öz vəzifələrini yerinə yetirəcəklər. Ən azından, ümid edirəm…

206
Teqlər:
Zabrat, sakinlər, problem, əhali, qəsəbə, Sabunçu, küçə
Əlaqədar
Səyyar ASAN xidmət Zabrat və Tərtərdə
Bakının bu qəsəbəsində sakinlərdən "xərac" toplanır
Nardaran qəsəbəsində baş vermiş atışma zamanı 4 nəfər həlak olub
Masazır qəsəbəsini böyük təhlükə gözləyir
Sulutəpə qəsəbəsində avtomobil oğurlandı

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

13
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

13
Azərbaycan və Türkiyə bayraqları olan tablo, arxiv şəkli

Ankara Opera Balet Teatrında ölkəmizə dəstək məqsədilə bədii proqram təqdim ediləcək

6
(Yenilənib 23:33 23.11.2020)
Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

BAKI, 23 noyabr — Sputnik. Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən birgə təşkil olunacaq.

Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

6
Teqlər:
dəstək, proqram, teatr