Qazax rayonundan keçən Faxralı arxı

Unudulmaq üzrə olan qədim arx çarəsiz insanlar...

96
"Su-kanal idarəsi və eləcə də digər əlaqədar təşkilatlar sakit-məlul tamaşa edir. İnsanların həyatı isə təhlükə altındadır. Suyun səviyyəsi yüksələndə az qalır evlərə keçə"

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 20 sen — Sputnik. Başlanğıcını Qazax rayon Xanlıqlar (Musaköy) kəndindən götürən qədim Faxralı arxının Ağköynək-Qarapapaq kəndindən keçən hissəsində bəndləmə işləri aparılmadığından, sakinlərin evləri və həyatları üçün təhlükə yaranıb. Ətrafda sel suları "meydan oxuyan" zaman su axarı boyu kənddə bir xeyli ərazini yuyaraq böyük qolpunlar əmələ gətirib. Bu da sakinlərin əkin sahələrini, mal-qaranı vaxtlı-vaxtında suvarmasına mane olur. Çünki ehtiyac olan aylarda su həmin qolpunlara axır, itkiyə gedir.

  • Qazax rayonundan keçən Faxralı arxı
    Qazax rayonundan keçən Faxralı arxı
    © Sputnik / Hikmet Orhun
  • Qazax rayonundan keçən Faxralı arxı
    Qazax rayonundan keçən Faxralı arxı
    © Sputnik / Hikmet Orhun
  • Qazax rayonundan keçən Faxralı arxı
    Qazax rayonundan keçən Faxralı arxı
    © Sputnik / Hikmet Orhun
  • Qazax rayonundan keçən Faxralı arxı
    Qazax rayonundan keçən Faxralı arxı
    © Sputnik / Hikmet Orhun
  • Qazax rayonundan keçən Faxralı arxı
    Qazax rayonundan keçən Faxralı arxı
    © Sputnik / Hikmet Orhun
  • Qazax rayonundan keçən Faxralı arxı
    Qazax rayonundan keçən Faxralı arxı
    © Sputnik / Hikmet Orhun
  • Qazax rayonundan keçən Faxralı arxı
    Qazax rayonundan keçən Faxralı arxı
    © Sputnik / Hikmet Orhun
  • Qazax rayonundan keçən Faxralı arxı
    Qazax rayonundan keçən Faxralı arxı
    © Sputnik / Hikmet Orhun
  • Qazax rayonundan keçən Faxralı arxı
    Qazax rayonundan keçən Faxralı arxı
    © Sputnik / Hikmet Orhun
  • Qazax rayonundan keçən Faxralı arxı
    Qazax rayonundan keçən Faxralı arxı
    © Sputnik / Hikmet Orhun
  • Qazax rayonundan keçən Faxralı arxı
    Qazax rayonundan keçən Faxralı arxı
    © Sputnik / Hikmet Orhun
  • Qazax rayonundan keçən Faxralı arxı
    Qazax rayonundan keçən Faxralı arxı
    © Sputnik / Hikmet Orhun
1 / 12
© Sputnik / Hikmet Orhun
Qazax rayonundan keçən Faxralı arxı

Məsələ ilə bağlı Sputnik-ə danışan kənd sakini Arzuman Xəsməmmədov bildirib ki, arx baxımsız vəziyyətdə olduğundan hazırda ətrafa üfunət saçır: "Qabaqlar Qazax rayonunun qədim kəndlərindən olan Faxralının ərazisini suvarmaq üçün nəzərdə tutulsa da, sonralar Ağköynək-Qarapapaq, Dağkəsəmən, Vurğunkənd kəndlərinə qədər geniş bir ərazini əhatə edib. Sovet dağılandan bu yana, baxımsızlıqdan əziyyət çəkir, təmizləmə və bəndləmə işləri aparılmadığından ətrafa üfunət saçır, sel suları çoşanda qabağına keçəni yuyub aparır".

"Su-kanal idarəsi və eləcə də digər əlaqədar təşkilatlar sakit-məlul tamaşa edir. İnsanların həyatı isə təhlükə altındadır. Suyun səviyyəsi yüksələndə az qalır evlərə keçə… Çox istərdik ki, son dövr rayon icra başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə "təmiz şəhər" yolunda görülən tədbirlər planına bu arxın təmizlənməsi və bərpası da daxil edilsin", — sakin bildirib.

Onun dediyinə görə, Ağköynək-Qarapapaq kəndinin ərazisindən keçən bu arx kəndə aid yeganə ən qədim abidə hesab olunsa da, aidiyyati təşkilatlarda adı xüsusi nömrələmə ilə qeyd olunub, unudulmaq üzədir: "Adı aidiyyatı orqanlarda "R1, R2, R3, R4, R5" kimi qeyd olunan arx yeganə ən qədim abidəmizdir və heç cür qorunmur. Faxralı arxının adının qorunması bir yana, onun əhatə etdiyi ərazi də diqqətdən kənarda qalıb. Kənd çökəkdə yerləşdiyi üçün yuxarıda da dediyim kimi, zaman-zaman bura tökülən sel suları öz axarı boyunca böyük bir ərazidə qolpunlar əmələ gətirib və suya ehtiyac olan aylarda çoxu həmin qolpunlara axaraq itkiyə gedir. Və dəfələrlə müraciət edilsə də, bu məsələnin həlli yönündə heç bir tədbir görülmür".

Ağköynək-Qarapapaq kənd sakini Novruz Məmmədov da Arzuman Xasməmmədovun dediyi sözləri təsdiqləyib: "Bizim əkin və mal-qara üçün su götürdüyümüz bu arx tam təmir olunmalıdır. Yaratdığı üfunət qoxunu demirəm, qolpunlarda itkiyə gediyindən su gəlib kəndə çıxmır. Kəndçinin əsas dolanışığı torpaqdan çıxır, amma biz əkin-tikinlə məşğul ola bilmirik. Elə günlər olur ki, qapımızda dili-ağzı olmayan mal-heyvan yanıb qaralır, əlimiz bir yana yetmir. Əlacsız qalıb qablarda gətirməli oluruq. Çox çarəsizik və problemin tez zamanda həllini gözləyirik".

96
Teqlər:
Ağköynək, Faxralı, Musaköy, Xanlıqlar, Qarapapaq, arx, su, Qazax
Əlaqədar
Kənd sakinlərinin səsinə səs verən yoxdur
Yasamal sakinləri zibilə düşüblər
"Akademiklərin yataqxanası" sökülür, sakinlər etiraz edir
Şəki və Zaqatala sakinləri Qaxda çətənə becərirmişlər
Bakı sakinləri və qonaqların ən böyük müşkülü

Azərbaycanlı müğənnini Rusiyanın ən çox qazanan blogeri ilə "sevgili" etdilər

25
Bu qızın sevgilisi, demək olar ki, hər gün ona iri çiçək dəstələri göndərir, o isə bunları sosial şəbəkələrdə paylaşır. Amma oğlanın adını heç kim bilmir.

BAKI, 3 mart - Sputnik. Rusiya KİV-i Azərbaycan əsilli populyar müğənni Jony-nin (Cahid Hüseynli) məşhur videobloger Dina Sayeva ilə sevgili olduğunu yazır. Sayeva ən çox pul qazanan Tik-Tok vlogerlərindəndir. 

Bu qızın sevgilisi, demək olar ki, hər gün ona iri çiçək dəstələri göndərir, o isə bunları sosial şəbəkələrdə paylaşır. Bu günlərdə göndərilən buket, az qala, kol boyda imiş.

Sayeva sevgilisinin adını gizləyir. Ancaq Rusiya KİV-ləri yazır ki, onun sevgilisi Jony-dir. Yeri gəlmişkən, Cahid də bu şayiələri təsdiqləməyə tələsmir.

Dina Sayeva Tacikistandandır. TikTok-un rusdilli seqmentinin ən populyar hesabının sahibidir. 2020-ci ildə Rusiya Forbes-u onu ən çox qazanan tiktokerlərin siyahısında ikinci sırada göstərmişdi.

2020-ci ilin sonunda Sayeva musiqi karyerasına başladı. Debüt mahnısı isə "Səni axtarıram" ("Я ищу тебя") oldu.

Jony dörd yaşı olanda valideynləri ilə Azərbaycandan Moskvaya köçüb. Uşaq vaxtından populyar olmaq istəyib və nəhayət, arzusunu gerçəkləşdirib. Öz dediyinə görə, populyarlaşmasında sosial şəbəkələr böyük rol oynayıb. Bakıda ilk dəfə "Jara-2019" musiqi festivalında çıxış edib. 

Müğənni azərbaycanlı ifaçı Elman Zeynalovun təsis etdiyi Raava Music musiqi leyblının artistləri sırasındadır. 2019-cu ildə ВКонтакте-nin versiyasına görə, ilin "Ən qabaqcıl" müğənnisi adını alıb. Onun "Xiyaban" ("Аллея") sinqlı isə 5 qat platin statusu alıb. 

 

25
Jenevada Ümumdünya Səhiyyə Təşkilatının mənzil-qərargahı, arxiv şəkli

Hələ tələsməyin - ÜST məsləhət görmür

20
Bu yaxınlarda Avropa Komissiyası İttifaq ölkələrinə gələnlərdən koronavirusdan peyvənd olunma barədə sertifikat (pasport) tələb olunacağını açıqlamışdı.

BAKI, 3 mart - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusdan peyvənd olunma barədə pasportların tətbiqini ölkələrə hələ ki tövsiyə etmir. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə ÜST-ün rusiyadakı nümayəndəsi Melita Vuynoviç RİA Novosti-yə deyib.

"ÜST bildirib ki, hazırda bu cür pasportların (COVID vaksini barədə) tətbiqini məsləhət görmür, amma əlbəttə ki, ölkələr öz yolları ilə gedirlər, hamı çalışır ki, əhalinin daha çox hərəkiliyini təmin eləsin", - Vuynoviç bildirib.

Onun sözlərinə görə, tez və ya gec ÜST belə bir tövsiyə verəcək, üstəlik bu məsələdə ölkələrlə əməkdaşlığa da başlayacaq. 

Qeyd edək ki, bu yaxınlarda Avropa Komissiyası İttifaq ölkələrinə gələnlərdən koronavirusdan peyvənd olunma barədə sertifikat (pasport) tələb olunacağını açıqlamışdı. Hazırlıq prosesinin 3 ay ərzində yekunlaşacağı bildirilir. 

20
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

0
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

0