Yazıçı Əli Əliyev

Millət vəkili komada olan yazıçı ilə bağlı ictimaiyyətə səsləndi

26
Qənirə Paşayeva: "Böyük şirkətlərimiz, imkanlı şəxslərimiz məcburi köçkün həyatı yaşayan həmvətənimizdən belə ağır gündə köməyini əsirgəməməlidir"

BAKI, 9 sen — Sputnik. Bir neçə ay öncə avtomobil vurması nəticəsində xəstəxanaya yerləşdirilən yazıçı Əli Əliyev, artıq 7 aydır komadadır. Bu aylar ərzində komada olan ədibə, yaxın dostları və qohumları maddi yardım göstərərək xəstəxana xərclərini ödəsələr də, artıq imkan çatmır.

Yazıçıya kömək məqsədi ilə hesab açılıb və dəstək kampaniyalarına başlanılıb. Bu gün "Park Bulvar"da həmin kampaniyalardan biri reallaşıb. Ə. Əliyevin erməni əsirliyində olan zaman yaşadığı hadisələrdən bəhs edən "Əlli dörd gün erməni mühasirəsində" kitabının satışı keçirilib.

Satışdan gələn gəlir yazıçının xəstəxana xərclərinin ödənilməsinə sərf olunacaq. Aksiyada millət vəkili Qənirə Paşayeva, jurnalistlərdən İlhamiyyə Rza, Elşad Eyvazlı və başqaları, eyni zamanda QHT rəhbərləri, gənc fəallar və digər sənət adamları iştirak edirdilər.

Q. Paşayeva hamını bu aksiyaya dəstək olmağa çağırdı: "Yazıçı Əli Əliyev indi elə vəziyyətdədir ki, ona bizlərin köməyi lazımdır. Mən düşünürəm ki, böyük şirkətlərimiz, imkanlı şəxslərimiz məcburi köçkün həyatı yaşayan həmvətənimizdən belə ağır gündə köməyini əsirgəməməlidir. Belə zamanlarda bir neçə adamın dəstəyi çətindir, amma bir neçə şirkətin və qurumun birlikdə köməyi nəticəsində bir ziyalının həyatını qurtarmaq olar. Bu aksiya dəstək növlərindən biridir, amma aksiya bitməməlidir və hər kəs bacardığı köməyi etməlidir".

  • Ə. Əliyevin erməni əsirliyində olan zaman yaşadığı hadisələrdən bəhs edən Əlli dörd gün erməni mühasirəsində kitabının satışı keçirilib
    Ə. Əliyevin erməni əsirliyində olan zaman yaşadığı hadisələrdən bəhs edən "Əlli dörd gün erməni mühasirəsində" kitabının satışı keçirilib
    © Sputnik / Tarana Khudabakhshiyeva

1 / 4
© Sputnik / Tarana Khudabakhshiyeva
Ə. Əliyevin erməni əsirliyində olan zaman yaşadığı hadisələrdən bəhs edən "Əlli dörd gün erməni mühasirəsində" kitabının satışı keçirilib

Yazıçının oğlu, jurnalist İmdad Əlizadə atasının durumundan danışıb: "Atam 7 aydır komadadır. Atamın yatdığı xəstəxana özəldir və o klinika maksimum bizə güzəştlər etsə də, yenə də maddi durumumuz atamı orada saxlamağa yetmir. Bu müddət ərzində əlimizdən gələni etmişik ki, atam komadan çıxsın. Amma elə vəziyyət yarandı ki, biz artıq xərcləri ödəyə bilmirik. Bu aksiyanın məqsədi də xəstəxana xərclərini ödəmək və atamın müalicəsinə xərcləməkdir. Biz sadəcə ümid edirik ki, atam komadan çıxacaq və kitabın ikinci nəşrinin və satışının canlı şahidi olacaq.

26
Teqlər:
Qənirə Paşayeva, koma, Əli Əliyev, kitab, yazıçı, aksiya
Əlaqədar
Komada olan yazıçıya kömək etmək üçün aksiya başlanır
12 komada yatan İmişli sakini vəfat etdi
Azərbaycanın ən böyük kitab mağazası Gəncədə fəaliyyətə başladı
Azərbaycan dilində kitab sərgisi təşkil etdiyi üçün həbs olundu
Azərbaycanda ən kiçik kitab İçərişəhərdə saxlanılır