Ağac üzərində möcüzə yaradan sənətkar

Onun fantaziyası qarşısında heyrətlənməmək mümkün deyil

267
(Yenilənib 11:31 09.09.2016)
Bu sənətlə məşğul olmaq üçün heykəltəraşlıq, rəssamlıq, oyma və rəngsazlıq peşələrini də bilmək lazımdır. Çünki burada hər hansı ideyanı, fantaziyanı ağacın üzərində tətbiq etmək lazım gəlir.

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 9 sen — Sputnik. Hər dəfə Qəbələdən qayıdanda, Vəndam kəndindən keçən yolun kənarına düzülmüş oyma sənət nümunələri diqqətimi çəkirdi. Ağacdan hazırlanmış müxtəlif fiqurlar, stol-stul, şkaflar, oturacaqlar, güldanlar və sandıqların gözəlliyi insanı valeh edir.

İki il öncə də buradan reportaj hazırlamışdım. Odur ki, yenidən Qəbələyə yolum düşəndə düşündüm ki, Şahin usta ilə söhbətləşim, həm də insan əlinin yaratdığı gözəlliyi seyr edim.

Ağac üzərində möcüzələr yaradan sənətkar Şahin Rəhimovun əsərləri görənləri heyrətə salır. Sadə alətlərlə — iskənə, balta, rəndə və çəkiclə yaradılan bu əsərlər müxtəlif sərgilərin bəzəyinə çevrilir.

Usta emalatxanada olmadığı üçün, mən də oğlu Sahil, həmçinin Şahin ustanın tələbəsi Tofiqlə söhbətləşdim. Onlar həm oyma sənətinin gözəlliklərindən, həm də Şahin ustanın uğurlarından söz açdılar.

Şahin Rəhimov 20 ildən artıqdır ki, şabalıd və qoz ağaclarından müxtəlif suvenirlər hazırlayır. Əvvəllər tək işləyən usta, sonralar yaxınlarını da bu işə cəlb edib.

Hazırda oğlu Sahil də atasının yolunu davam etdirir. Hələ çox gənc olmasına baxmayaraq, Sahil bu sənəti sevdiyini deyir və davam etdirməyi düşünür. O, hər hansı fiquru hazırlayarkən çox vaxt itirsə də, öz işindən zövq alır.

"Bu sənətlə məşğul olmaq üçün heykəltəraşlıq, rəssamlıq, oyma və rəngsazlıq peşələrini də bilmək lazımdır. Çünki burada hər hansı ideyanı, fantaziyanı ağacın üzərində tətbiq etmək lazım gəlir. Bu tətbiqi sənət növündə ustadan yüksək zövq, hissiyat, fantaziya, dəqiqlik və incəlik tələb olunur", — danışır Sahil.

Emalatxanada ustanın qohumu və tələbəsi olan Tofiq də çalışır. O, bu sənətə görə, Şahin ustaya minnətdarlığını ifadə edir: "Ondan çox şey öyrənmişəm. Çox gözəl sənətdir, zövqlə işləyirəm".

  • Ağacdan hazırlanmış müxtəlif fiqurlar, stol-stul, şkaflar, oturacaqlar, güldanlar və sandıqların gözəlliyi insanı valeh edir
    Ağacdan hazırlanmış müxtəlif fiqurlar, stol-stul, şkaflar, oturacaqlar, güldanlar və sandıqların gözəlliyi insanı valeh edir
    © Sputnik / Irade CELIL
  • Sadə alətlərlə — iskənə, balta, rəndə və çəkiclə yaradılan bu əsərlər müxtəlif sərgilərin bəzəyinə çevrilir
    Sadə alətlərlə — iskənə, balta, rəndə və çəkiclə yaradılan bu əsərlər müxtəlif sərgilərin bəzəyinə çevrilir
    © Sputnik / Irade CELIL
  • Hazırda oğlu Sahil də atasının yolunu davam etdirir
    Hazırda oğlu Sahil də atasının yolunu davam etdirir
    © Sputnik / Irade CELIL
  • Hələ çox gənc olmasına baxmayaraq, Sahil bu sənəti sevdiyini deyir və davam etdirməyi düşünür
    Hələ çox gənc olmasına baxmayaraq, Sahil bu sənəti sevdiyini deyir və davam etdirməyi düşünür
    © Sputnik / Irade CELIL
  • Bu sənətlə məşğul olmaq üçün heykəltəraşlıq, rəssamlıq, oyma və rəngsazlıq peşələrini də bilmək lazımdır
    Bu sənətlə məşğul olmaq üçün heykəltəraşlıq, rəssamlıq, oyma və rəngsazlıq peşələrini də bilmək lazımdır
    © Sputnik / Irade CELIL
  • Bu tətbiqi sənət növündə ustadan yüksək zövq, hissiyat, fantaziya, dəqiqlik və incəlik tələb olunur
    Bu tətbiqi sənət növündə ustadan yüksək zövq, hissiyat, fantaziya, dəqiqlik və incəlik tələb olunur
    © Sputnik / Irade CELIL
  • Emalatxanada ustanın qohumu və tələbəsi olan Tofiq də çalışır
    Emalatxanada ustanın qohumu və tələbəsi olan Tofiq də çalışır
    © Sputnik / Irade CELIL
  • Şahin ustanın əl işləri arasında Azərbaycanın xəritəsi, gerbi, eləcə də qartal, leylək, tovuz quşu, ilan, mücrü və digər təsvirlər olan suvenirlər var
    Şahin ustanın əl işləri arasında Azərbaycanın xəritəsi, gerbi, eləcə də qartal, leylək, tovuz quşu, ilan, mücrü və digər təsvirlər olan suvenirlər var
    © Sputnik / Irade CELIL
  • Suvenirlər bölgəyə istirahətə gələn turistlərin böyük marağına səbəb olur
    Suvenirlər bölgəyə istirahətə gələn turistlərin böyük marağına səbəb olur
    © Sputnik / Irade CELIL
  • Emalatxanada müxtəlif qiymətlərə suvenirlər və əl işləri satılır
    Emalatxanada müxtəlif qiymətlərə suvenirlər və əl işləri satılır
    © Sputnik / Irade CELIL
  • Burada ən bahalı əl işi masa və stuludur
    Burada ən bahalı əl işi masa və stuludur
    © Sputnik / Irade CELIL
  • Qoz ağacından hazırlanmış şkafın qiyməti isə 1200 manatdır
    Qoz ağacından hazırlanmış şkafın qiyməti isə 1200 manatdır
    © Sputnik / Irade CELIL
  • Emalatxanada hər kəs öz büdcəsinə uyğun suvenir tapa bilər
    Emalatxanada hər kəs öz büdcəsinə uyğun suvenir tapa bilər
    © Sputnik / Irade CELIL
  • Sahil hər hansı fiquru hazırlayarkən çox vaxt itirsə də, öz işindən zövq alır
    Sahil hər hansı fiquru hazırlayarkən çox vaxt itirsə də, öz işindən zövq alır
    © Sputnik / Irade CELIL
  • Sahil bildirir ki, prezident İlham Əliyev Qəbələyə səfərlərinin birində Şahin ustanın əl işlərinə baxıb və yüksək qiymətləndirərək, ona bu sənəti yaşatmağı, gənc nəslə öyrətməyi tövsiyyə edib
    Sahil bildirir ki, prezident İlham Əliyev Qəbələyə səfərlərinin birində Şahin ustanın əl işlərinə baxıb və yüksək qiymətləndirərək, ona bu sənəti yaşatmağı, gənc nəslə öyrətməyi tövsiyyə edib
    © Sputnik / Irade CELIL
  • Şahin ustanın əl işləri dəfələrlə yerli və respublika səviyyəli sərgilərdə nümayiş olunub
    Şahin ustanın əl işləri dəfələrlə yerli və respublika səviyyəli sərgilərdə nümayiş olunub
    © Sputnik / Irade CELIL
1 / 16
© Sputnik / Irade CELIL
Ağacdan hazırlanmış müxtəlif fiqurlar, stol-stul, şkaflar, oturacaqlar, güldanlar və sandıqların gözəlliyi insanı valeh edir

Şahin ustanın əl işləri arasında Azərbaycanın xəritəsi, gerbi, eləcə də qartal, leylək, tovuz quşu, ilan, mücrü və digər təsvirlər olan suvenirlər var. O, sifariş əsasında da müxtəlif fiqurlar hazırlayırlar.

"Suvenirlərimiz bölgəyə istirahətə gələn turistlərin böyük marağına səbəb olur. Maraqlı sənətdir, gənclərimizin də öyrənməsini istərdik", — deyir Sahil.

Emalatxanada müxtəlif qiymətlərə suvenirlər və əl işləri satılır. Burada ən bahalı əl işi masa və stuludur. Bunun qiyməti 1500 manatdır. Qoz ağacından hazırlanmış şkafın qiyməti isə 1200 manatdır. Emalatxanada hər kəs öz büdcəsinə uyğun suvenir tapa bilər.

Sahil bildirir ki, prezident İlham Əliyev Qəbələyə səfərlərinin birində Şahin ustanın əl işlərinə baxıb və yüksək qiymətləndirərək, ona bu sənəti yaşatmağı, gənc nəslə öyrətməyi tövsiyyə edib. Şahin ustanın əl işləri dəfələrlə yerli və respublika səviyyəli sərgilərdə nümayiş olunub, diplom və fəxri fərmanlarla təltif edilib.

267
Teqlər:
Vəndam, Şahin Rəhimov, oyma, usta, Qəbələ, ağac
Əlaqədar
Azərbaycanlı ustanın icadı görənləri heyrətə salır
Əl barmaqlarının qurban verilməsini tələb edən qeyri-adi sənət
Müştərisinin geri dönəcəyini 6 il gözləyən usta
Çörəyi palçıqdan çıxan adam
Netflix şirkətinin loqosu, arxiv şəkli

Çağatay Ulusoyun "Netflix"dəki filmindən ilk treyler - VİDEO

9
(Yenilənib 23:01 02.03.2021)
Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

BAKI, 2 mart — Sputnik. Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolu oynadığı növbəti "Netflix" filmi "Kağıttan hayaller"in ilk treyleri yayımlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, 12 martda yayımlanacaq ekran işi 190-dan çox ölkədə, 204 milyondan çox istifadəçiyə göstəriləcək.

Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

9
Formula-1 üzrə Azərbaycan Qran-prisi, arxiv şəkli

Ciddi məhdudiyyət: Bakıda "Formula-1"də azarkeşlər yerli TV olmayacaq

5
(Yenilənib 22:58 02.03.2021)
Azərbaycan Qran-prisinin təşkilatçıları bu il paytaxtımızda "kral yarışları"nın necə keçiriləcəyindən danışıblar.

BAKI, 2 mart — Sputnik, Teymur Tuşiyev. "Formula 1"in Azərbaycan Qran-prisinin reqlamentində bir sıra dəyişikliklər baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baku City Circuit (BCC) əməliyyat şirkətinin brifinqində məlumat verilib.

"Formula 1" Azərbaycan Qran-prisi bu ilin 4-6 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq. Keçən il yarış koronavirus pandemiyası səbəbindən baş tutmamışdı. Epidemiya əleyhinə tədbirlərlə əlaqədar olaraq, yarışın Bakı mərhələsi tamaşaçısız keçiriləcək, buna görə stendlərin və əyləncə zonasının inşası nəzərdə tutulmur və konsertlər də təxirə salınır. Bundan başqa, həftəsonları mükafatlandırma mərasimləri sadələşdirilmiş formada, yarış iştirakçıları üçün mətbuat konfransları isə onlayn keçiriləcək.

Azərbaycan Qran-prisinin təşkilatçıları azarkeşlər olmasa da yarışın Bakıda keçirilməsinin vacibliyini vurğulayıblar.

"Bu qədər ciddi məhdudiyyətləri nəzərə alsaq, ortaya belə bir sual çıxa bilər: bu şəraitdə yarışı keçirməyin nə mənası var? Bildiyiniz kimi, "Formula 1" yarışları ölkənin turizm potensialını nümayiş etdirir, buna görə də onun keçirilməsi böyük əhəmiyyət daşıyır ", – deyə BCC-dən bildirilib.

Yeri gəlmişkən, BCC-nin Azərbaycan Qran-prisini keçirməkdən imtina etməməsinin daha bir səbəbi əks halda təşkilatçıların cərimə ödəməli olmasıdır. Cərimənin məbləği isə açıqlanmayıb.

Məhdudiyyətlər KİV nümayəndələrindən də yan keçməyib. Sosial məsafəyə riayət olunması qaydalarına görə, mətbuat mərkəzində jurnalistlər üçün yerlərin sayının 400-dən 150-yə endirilməsi nəzərdə tutulub. Həmin yerlər xarici və yerli jurnalistlər arasında bərabər şəkildə bölünəcək. Bununla belə, yerli telekanallar və radiolar Azərbaycan Qran-prisi üçün akkreditasiya əldə edə bilməyəcəklər.

Təşkilatçılar treklərin hazırlanması ilə bağlı əsas işlərin bu ilin may ayında yerinə yetiriləcəyi, bununla əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını də bildiriblər.

Eyni zamanda, qeyd ediblər ki, könüllülərdən müraciətlərin qəbulu artıq başa çatıb. Bu prosesə start veriləndən sonrakı 60 saat ərzində könüllülərdən təxminən yeddi min ərizə daxil olub. Marşallardan da ərizə qəbulu yekunlaşıb.

Qeyd edək ki, bu il marşalların sayı 150 nəfər artırılacaq.

5
Teqlər:
Formula-1 yarışı, Formula 1
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

363
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

363