Sərkərdə-alimin dəfn olunduğu yer-Bobogil türbəsi

Burada min ilin sirri yatır

459
Cənub zonasının ən tanınmış dini-tarixi memarlıq abidəsi olan Bobogil türbəsinin xarici ölkələrdən belə, ziyarətçiləri olur

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 7 sen — Sputnik. Azərbaycan tarixi və memarlıq abidələri ilə zəngin bir ölkədir. Respublikanın müxtəlif ərazilərində bu qəbildən olan abidələr qorunub saxlanır. Əhalisinin mütləq əksəriyyəti müsəlman olan ölkəmizdə dini-tarixi abidələrin sayı da az deyil.

Respublikanın cənub zonasında ən tanınmış dini-tarixi memarlıq abidəsi — Lənkəran-Lerik yolunun 40-cı km-də, Lerikin Bobogil kəndi ərazisində yerləşən türbədir. Bu türbədə, vaxtilə İranın Gilan vilayətindən Astaranın indiki Əsxənəkəran (o vaxtkı adı Asnaqaran — Dəmirçilər) kəndinə köçərək, burada məskunlaşan Nizaməddin Əmir Şahsevər Kəskəri Gilani dəfn olunub.

  • Əhalisinin mütləq əksəriyyəti müsəlman olan ölkəmizdə dini-tarixi abidələrin sayı az deyil
    Əhalisinin mütləq əksəriyyəti müsəlman olan ölkəmizdə dini-tarixi abidələrin sayı az deyil
    © Sputnik / Rahim Muradov
  • Respublikanın cənub zonasında ən tanınmış dini-tarixi memarlıq abidəsi , Lerikin Bobogil kəndi ərazisində yerləşən türbədir
    Respublikanın cənub zonasında ən tanınmış dini-tarixi memarlıq abidəsi , Lerikin Bobogil kəndi ərazisində yerləşən türbədir
    © Sputnik / Rahim Muradov
  • Bobogil türbəsinin girişində diqqət çəkən yazı
    Bobogil türbəsinin girişində diqqət çəkən yazı
    © Sputnik / Rahim Muradov
  • Bu türbədə Nizaməddin Əmir Şahsevər Kəskəri Gilani dəfn olunub
    Bu türbədə Nizaməddin Əmir Şahsevər Kəskəri Gilani dəfn olunub
    © Sputnik / Rahim Muradov
  • Nizaməddin Əmir Şahsevər Kəskəri Gilani XI əsrdə yaşayıb, dövrünün sərkərdəsi və din alimi olub
    Nizaməddin Əmir Şahsevər Kəskəri Gilani XI əsrdə yaşayıb, dövrünün sərkərdəsi və din alimi olub
    © Sputnik / Rahim Muradov
  • Digər bir fərziyyəyə əsasən isə, pirdə dəfn olunan şəxs VII İmam Museyi Kazımın nəvəsidir
    Digər bir fərziyyəyə əsasən isə, pirdə dəfn olunan şəxs VII İmam Museyi Kazımın nəvəsidir
    © Sputnik / Rahim Muradov
  • Bobogil kəndinin adı da türbədə dəfn olunan Əmir Şahsevərlə bağlıdır
    Bobogil kəndinin adı da türbədə dəfn olunan Əmir Şahsevərlə bağlıdır
    © Sputnik / Rahim Muradov
  • Bobogil toponiminin mənası Gilanlı Baba kimi izah edilir
    Bobogil toponiminin mənası "Gilanlı Baba" kimi izah edilir
    © Sputnik / Rahim Muradov
  • Türbə ən çox, Hicri-qəməri tarixlə Məhərrəm ayında, xüsusən də aşura gecəsi ziyarət olunur
    Türbə ən çox, Hicri-qəməri tarixlə Məhərrəm ayında, xüsusən də aşura gecəsi ziyarət olunur
    © Sputnik / Rahim Muradov
1 / 9
© Sputnik / Rahim Muradov
Əhalisinin mütləq əksəriyyəti müsəlman olan ölkəmizdə dini-tarixi abidələrin sayı az deyil

Kəndin yaşlı sakinlərinin dediklərinə əsasən, Nizaməddin Əmir Şahsevər Kəskəri Gilani XI əsrdə yaşayıb, dövrünün sərkərdəsi və din alimi olub. Digər bir fərziyyəyə əsasən isə, pirdə dəfn olunan şəxs VII İmam Museyi Kazımın nəvəsidir. O, İranın Gilan vilayətindən köçüb. Şah tərəfindən həmin vilayətdən qovulduqdan sonra burada məskunlaşıb və vəfat edəndən sonra elə burada da dəfn edilib.

Lakin Lerikin yaşlı sakinlərinin əksəriyyəti birinci ehtimalın üzərində dayanırlar — burada dəfn olunan şəxsin Nizaməddin Əmir Şahsevər Kəskəri Gilani olduğunu deyirlər. Əmir Şahsevər bu ərazidə baş verən böyük vuruşmada həlak olub və elə buradaca kənd sakinləri tərəfindən dəfn olunub.

Gilani kənd sakinlərinin, eləcə də ətraf yaşayış məntəqələrində yaşayanların hamısının böyük hörmətini qazanan bir şəxs olub. O, İmam Museyi Kazım nəslindən olub və buralarda İslam dinini həm təbliğ, həm də tədris edib.

Nizaməddin Əmir Şahsevər Kəskəri Gilani dəfn olunduqdan sonra burda İslamı tədris etdiyinə və yerli camaatı müdafiə edərkən həlak olduğuna görə, zaman-zaman kənd əhalisi onun qəbrini böyük ehtiramla ziyarət edib. İllər keçdikcə də bura böyük Pirə çevrilib.

Bobogil kəndinin adı da türbədə dəfn olunan Əmir Şahsevərlə bağlıdır. Belə ki, Bobogil toponiminin mənası "Gilanlı Baba" kimi izah edilir. Lakin ehtimallara əsasən, burada XII-XV əsrlərdə böyük tikinti kompleksi olub. Bunlar, əsasən xatirə-türbələrindən ibarət olmaqla digər tarixi abidələrə xas olan bütün keyfiyyətləri özlərində birləşdirib.

© Sputnik / Rəhim Zakiroglu
Bu abidə yalnız ziyarətgahlarda bitən möcüzəli ağacların olduğu meşədədir

Çox təəssüf ki, zaman ötdükcə bu kompleks dağılıb, yalnız izləri qalıb. Orta əsrlərin yadigarı olan bu müqəddəs məkan xeyriyyəçi İslam Kərimovun təşəbbüsü ilə Usta Hacı Ağamirzə tərəfindən 1998-99-cu illərdə tikilərək bərpa edilib. Bərpa edildikdən sonra dəstəmazxana, ziyarətçilər üçün istirahət yeri, qurban kəsimləri üçün yer düzəldilib və bulaqlardan su xətti çəkilib.

Bu türbəyə Lerikdən, ətraf rayonlardan və ölkənin digər bölgələrindən, hətta Rusiyadan ziyarətçilər gəlirlər. Ziyarətgaha həm gəlib ziyarət edirlər, həm də namaz qılırlar. Burada namaz qılanların çoxu yol üstündə olanlar olur ki, namaz vaxtını ötürməməkdən ötrü müqəddəs ziyarətgahda ibadətlərini həyata keçirirlər. Türbə ən çox, Hicri-qəməri tarixlə Məhərrəm ayında, xüsusən də aşura gecəsi ziyarət olunur.

Məlumat üçün bildirək ki, Bobogil türbəsi XV əsrə aid olan qəbristanlıqda inşa olunub və ərazinin unikallığı ondan ibarətdir ki, buralar sıx şumşad meşəsi ilə əhatə olunub. Bu meşələr də yalnız Cənub bölgəsində olur.

Bundan əlavə, qəbristanlıqda müxtəlif formalı qədimi qəbir daşları da var. Ən maraqlısı da budur ki, yerli camaatın bildirdiyinə əsasən, şumşad meşələri yalnız müqəddəs qəbirlər, ziyarətgahlar olan ərazidə bitir.

459
Teqlər:
Bobogil, memarlıq abidəsi, tarixi abidə, abidə, türbə, Lerik
Əlaqədar
Buradakı insanların ən kiçiyinin 113 yaşı var
"Azad gəlmələr"in 138 illik yadigarı
XIX əsrin möcüzəli hamamları
Dünyaca məşhur olan adamın evi Lənkəranda qorunur
Sonuncu xanın Zaqafqaziya gözəlinə son hədiyyəsi - bənzəri yoxdur
Qırmızı Xaç komitəsinin avtomobili, arxiv şəkli

Ombudsman nümayəndələri BQXK-nin təmsilçiləri ilə görüşüblər

2
(Yenilənib 17:13 22.06.2021)
Bu səmərəli əməkdaşlıq çərçivəsində mütəmadi olaraq adları BQXK tərəfindən təqdim edilən və penitensiar müəssisələrdə saxlanılan şəxslər həyata keçirilən başçəkmələr zamanı qəbul edilib, onların müxtəlif müraciətləri alınıb.

BAKI, 22 iyun — Sputnik. Ombudsman Aparatında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) regional nümayəndəliyinin Həbsxana sistemləri üzrə məsləhətçisi Zoya Xasia və həmin təşkilatın Azərbaycan nümayəndəliyinin əməkdaşı Elem Xairullin qəbul edilib.

Bu barədə Sputnik Azərbaycan-a Ombudsman Aparatından məlumat verilib.

Görüşdə Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri – Vüqar Heydərov, Cavidan Qorçiyev, Əli Heybətov və Aparatın İşgəncələrin qarşısının alınması şöbəsinin sektor müdiri Elmin Cəfərov iştirak edib. Qonaqlara Ombudsmanın Milli Preventiv Mexanizm qismində həyata keçirilmiş fəaliyyəti barədə ətraflı məlumat verilib, irəli sürülmüş təklif və tövsiyələr, əməkdaşlıq perspektivləri müzakirə edilib, müxtəlif suallar cavablandırılıb.

Görüşdə MPQ və onun yeni tərkibi, həmçinin həyata keçirilmiş fəaliyyət istiqamətləri diqqətə çatdırılıb. Pandemiya şəraitində mövcud çağırışlar və şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə həyata keçirilən başçəkmələr, eyni zamanda Ombudsman təsisatı ilə BQXK arasında səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edilib.

Bildirilib ki, bu səmərəli əməkdaşlıq çərçivəsində mütəmadi olaraq adları BQXK tərəfindən təqdim edilən və penitensiar müəssisələrdə saxlanılan şəxslər həyata keçirilən başçəkmələr zamanı qəbul edilib, onların müxtəlif müraciətləri alınıb.

Qonaqlar təmsil etdikləri təşkilatın mandatı çərçivəsində istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri, habelə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə həyata keçirdikləri monitorinqlər barədə məlumat verib.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşün sonunda gələcəkdə də mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

2
Teqlər:
görüş, BQXK, Ombudsman Aparatı
Azərbaycan HDQ-nin gəmi heyətlərinin təlimi, arxiv şəkli

Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərində döyüş tapşırıqları icra olunur

3
(Yenilənib 17:06 22.06.2021)
Sonra gəmi qrupu tərəfindən şərti düşmənin sualtı qayıqlarına qarşı dərinlik bombaları tətbiq ediləcək.

BAKI, 22 iyun — Sputnik. Hərbi Dəniz Qüvvələrinin Döyüş Gəmiləri Dəstəsi, Döyüş Təminatı və Təminedici Gəmilər Dəstəsi və Dəniz Piyadalarının iştirakı ilə keçirilən taktiki təlimlər davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, təlimlərdə gəmi və katerlər tərəfindən şərti düşmənin suüstü hücum vasitələrinin və üzən minanın məhv edilməsi üzrə tapşırıqlar icra olunur.

Növbəti mərhələdə gəmi və katerlərin təyin olunmuş lövbərə durması və universal müdafiənin təşkili reallaşacaq.

Daha sonra qumbaraatma çalışmasının yerinə yetirilməsi və hava hücumuna qarşı istilik və radiolokasiya maneələrinin qoyulması tapşırığı icra olunacaq.

Sonra gəmi qrupu tərəfindən şərti düşmənin sualtı qayıqlarına qarşı dərinlik bombaları tətbiq ediləcək.

Qeyd edək ki, təlimlər iyunun 23-dək davam edəcək.

Eləcə də oxuyun:

3
Teqlər:
taktiki təlimlər, Azərbaycan, HDQ
Böyük Vətən Müharibəsində əsgərlərin döyüş bölgəsinə göndərilməsindən əvvəl təlimi, arxiv şəkli

Ölkə səksən il bundan əvvəl qalib gələcəyini bilərək döyüşə girdi

0
(Yenilənib 17:33 22.06.2021)
Qələbə üçün bütün bu qurbanlar əbəs yerə verilməyib. Biz bu gün məhz həmin misli görünməmiş fədakarlıqlar sayəsində yaşayırıq.

BAKI, 22 iyun — Sputnik, Yelena Qarayeva. "Dortmund" məxfi kəlməsi səsləndi və alman təcavüzkarının ağır zərbəsi gecə yuxusunda olan dinc kəndlərə, şəhərlərə, tarlalara, çöllərə, meşələrə, doğmalarımızın, babalarımızın, nənələrimizin, atalarımızın yatdığı evlərə endirildi.

Zərbə onlara dəydi... Yəni bizə, bizim hamımıza...

Səksən il bundan əvvəl "birləşmiş Avropa" qitəsi bütün gücü ilə üstümüzə hücuma keçdi. SSRİ-yə həm Fransanın maşınqayırma sənayesi, həm də Norveçdəki poladəritmə zavodları tərəfindən dəstəklənən vermaxt ordusu hücum etdi, Belçikanın SS batalyonları da bu işə cəlb edildi, Rumıniya aviasiyası da havaya qaldırıldı. Nasist zabitləri Xorvatiya hərbi hissələrinə də əmrlər yağdırırdılar.

Mətbuat da səfərbər edildi. Hitlerin təbliğat maşını ən az onun tankları və təyyarələri qədər diqqətlə yığılmışdı. Yozef Gebbels radio müraciətində vurğulayırdı: "22 iyun 1941-ci ildə Avropa bolşevik-sovet Rusiyasına cavab vermək qərarına gəldi".

Berlin vermaxtın və nasizmin qalib gələcəyinə şübhə etmirdi, ancaq "sovetlərin cavabı" özünü çox gözlətmədi.

Bu cavab Konstantin Simonovun – hamımızın yaxşı xatırladığı çalsaç cəbhə yazıçısı deyil, gənc, o zamanlar 25 yaşında olan "Qırmızı ulduz"un hərbi müxbirinin – göndərdiyi müraciətdə səsləndirildi.

Simonov Qərb cəbhəsinə Böyük Vətən müharibəsinin başlamasından beş gün sonra gəlmişdi və sonralar xatirələrində sərhədçi-zabitlərlə söhbətindən sitatlar gətirirdi. O deyirdi: "Hamının zastavalarda həlak olduğu barədə məlumat aldım. Axıra kimi döyüşmüşdülər. Orada olanların hamısı həlak olmuşdu. Mənim öz ailəm də orada, Qrayev yaxınlığındadır. Arvadım, iki uşağım, anam, bacım... Bu dünyada nəyim, kimim varsa, hamısı oradadır".

Acından ölən uşaqlarını xizəklərlə basdırmağa aparırdılar

Elə həmin gün, iyunun 29-da "Barbarossa" planını işləyib hazırlayanlardan biri, general Qalder öz gündəliyində yazır: "Cəbhədən gələn xəbərlər təsdiqləyir ki, ruslar hər yerdə son nəfərə qədər döyüşürlər". Hərçənd, Qalder öz rəhbərliyinə qələbə məlumatları göndərirdi.

Simonov daha sonra qeyd edirdi: "Bəzilərinin müharibədən sonra nə yazdıqlardan asılı olmayaraq, onda heç kim Şərq cəbhəsində onların tamamilə darmadağın etdikləri sovet ordusunun nə vaxtsa Almaniya ərazisinə girəcəyini ağlına belə gətirmirdi".

Reyxin ən yüksək generallarının qiymətləndirmələri 1940-cı ilin mayında Avropa hakimiyyətinin və xalqlarının davranışlarına əsaslanırdı: cəmi beş həftə ərzində Hollandiya Krallığı (kapitulyasiya sənədi mayın 14-də imzalandı), Belçika Krallığı (kapitulyasiya sənədi mayın 28-də imzalandı) və nəhayət, Fransa (kapitulyasiya sənədi iyunun 17-də imzalandı) nasistlərin ayaqları altına düşdü.

İngilis Ekspedisiya Qüvvələri Dunkerkdən qaçdı, vermaxtın əsgərləri isə bir-bir Avropa paytaxtlarına daxil oldular. Avropalılar onlara müqavimət göstərmədilər. Mənzərəli məkanlarda xoş gəzinti, ləzzətli yeməklər, keyfiyyətli şərab və məğlub olmuşlar tərəfindən yaxşı qəbul – vermaxt üçün Qərbi Avropada müharibə bundan ibarət idi.

İndi pasifizm tərəfdarları və heç vaxt müharibə olmasın deyənlər bildirirlər ki, "bu qanlı təcrübə" ölkələr arasındakı "keçmiş düşmənçiliyi" aradan qaldıraraq Avropanın birləşməsinə və dinc qitəyə çevrilməsinə səbəb oldu.

Əslində bu, həqiqətən də qanlı təcrübə idi və qanı tökülən də SSRİ xalqları idi. Məhz SSRİ vətəndaşları həm öz ölkələri, həm də Avropa dövlətlərinin hər qarışı üçün canları bahasına mübarizə aparmalı oldular.

Sovet hərbçiləri Ştrausun Vyanadakı məzarına əklil qoyduqları bir vaxtda vermaxt ordusunda xidmət edənlər Puşkinin qəbrinə mina basdırırdılar.

Biz ikinci cəbhənin açılmasını düz üç il gözlədik və müttəfiqlərin Ardenlərdəki hücumu dəf ediləndə Çörçill Stalinə kömək üçün, demək olar ki, yalvarmağa başladı. Baş Komandanlığın Vista-Oder əməliyyatının vaxtı səkkiz gün irəli çəkilir. Polşada Qızıl Ordunun hücumunun başlamasını sürətləndirmək barədə qərar isə bir neçə saatın içində verilir.

Nasistlər Leninqradı mühasirədə saxlayır və qəhrəman şəhərin sakinləri acından ölən uşaqlarını xizəklərlə basdırmağa aparırlar, halbuki qələbədən sonra Berlinin komendantı, general Berzarin bütün alman uşaqlarının peyvənd olunması və südlə təmin edilməsi barədə əmrlər verirdi.

80 il əvvəl başlayan və 1418 gün sürən müharibədə keçilən yol yalnız xalqımıza azadlıq gətirmədi, Maydanek və Auşvits krematoriyalarının sobalarını söndürmədi, Krakovu məhv olmaqdan qurtarmadı, Drezden qalereyasını, xəzinəsini xilas etmədi, həm də insanlıq və humanizmin dəyərini bir daha təsdiqlədi. Və həmin dəyərləri Avropa dərhal mənimsəyərək "özünün ümumi dəyərləri" elan etdi.

"Bir daha əsla"

Avropa özü azadlığa çıxandan sonra ehtirasla urbi et orbi – "Bir daha əsla" vəd edərək yavaş-yavaş başqa müharibələrə qoşuldu. Şimali və Qərbi Afrikada müstəqillik tərəfdarları ilə döyüşdü, Hind-Çində hərbi əməliyyatlar apardı. Sonra növbə Yuqoslaviyaya ("Miloseviç diktaturası və serblərin zülmünə" qarşı mübarizə kimi qələmə verilən – bütün bunları yaxşı xatırlayırıq) çatdı.

On ildən sonra növbə Ukraynaya da gəldi. Ukraynada – Avropa İttifaqı də daxil olmaqla, tamamilə açıq şəkildə əvvəl bir, sonra ikinci dəfə müharibə qızışdırıldı. Həm birinci, həm də ikinci halda, həm 2004-cü ildə, həm də 2013-2014-cü illərdə "başqalarına" qarşı nifrət mühiti yaradıldı.

Yuqoslaviya münaqişəsində olduğu kimi, nasistlərə rəğbət bəsləyənlər dərhal başlarını qaldırdılar, Hitlerin davamçıları və müharibə cinayətkarları isə dərhal "azadlıq və müstəqillik uğrunda mübarizə aparanlar və "Rusiyanın təsirindən xilas edənlərə" çevrildilər.

Müharibə mövzusuna qayıtsaq, Pavlovun Stalinqraddakı evinin – yalnız bir evin və təkcə bir müqavimət tağımı tərəfindən 58 gün müdafiə olunduğunu unutmamalıyıq. Bu, vermaxt qoşunlarının indi birləşmiş və "pasifist" olan qitə Avropası boyunca yürüşündən daha uzun çəkmişdi.

Gəlin, hər şeydən əvvəl bir məsələni yaddan çıxartmayaq: əcdadlarımızın, yaxınlarımızın, həmvətənlərmizin qəhrəmanlığını "milyonlarla təcavüzə məruz qalmış alman qadını", "qənimət eşelonları" və "oğurlanmış sənət kolleksiyaları" haqqında hekayələrlə gözdən salmaq cəhdi "yalnız bir hüceyrənin quruluşunu dəyişdirilməklə bütün orqanizmin xərçənginə gətirib çıxarmaq, ümumi genetik kodumuzu məhv etməyin bir yoludur.

Gəlin, nəhayət, dərk edək ki, "Rusiyanın militarizmi" ilə bağlı bütün bu səs-küy ağlasığmaz və misli görünməmiş bir şeyə nail olmuş – nasizmin belini qıraraq bütün Avropa qitəsinin qarşısında baş əydiyi bu hərbi gücün dörddə üçünü məhv etmiş ölkəyə həsəd aparmaqdan başqa bir şey deyil.

Döyüş meydanında ölənləri, yaralananları, köləliyə məhkum edilənləri, əsir düşərgələrinə göndərilənləri, işgəncələrə məruz qalanları, güllələnənləri, asılanları yada salaraq bir daha təkrarlayaq ki, Qələbə üçün bütün bu qurbanlar əbəs yerə verilməyib. Biz bu gün məhz həmin misli görünməmiş fədakarlıqlar sayəsində yaşayırıq.

Yaddaşımız və kədərimiz isə onlarla ucaltdığımız ortaq və əbədi abidəmizdir.

 

Eləcə də oxuyun:

  • Ceyhun Bayramov və Sergey Lavrov Böyük Vətən müharibəsi ilə bağlı şeir dedi

  • Keçmişə baxmayaraq açıq olmaq - Putin

  • İkinci Dünya müharibəsi ilə bağlı mif və əfsanələr

0