Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taboru

Bütün ümidlər tükəndiyində onlar yetişir...

655
(Yenilənib 10:41 02.09.2016)
Polkovnik: "Onlar zəlzələ və ya uçqun zamanı xəsarət alan insanın qarşısında 2 saniyə dayanır. Və o 2 saniyə bizə kifayət edir ki, kamera ilə baxıb, uçqunun altında neçə nəfərin olduğunu müəyyənləşdirək"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 2 sen — Sputnik. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (FHN XRXX) Kinoloji Taboru haqqında çox eşitmişdim. Bildiyimə görə, burada dünyanın heç bir yerində olmayan təlimlər keçirilir, xilasedici itlər yetişdirilir.

Taborun komandiri polkovnik Rafiq Hüseynovun özünün də itlərə xüsusi marağı olub. O, İtçilik Klubunun üzvü olmaqla yanaşı, hərbi xidmətə də öz iti ilə gedib. Daha sonra Daxili İşlər Nazirliyində çalışıb. Qısası, ömrünün çox hissəsini dünyada ən sadiq heyvan olan itlərə həsr edib.

Kinoloji Tabora reportaja gedəndə də yolboyu FHN-in əməkdaşı Ehtiram Xəlilovdan Rafiq Hüseynov haqqında soruşurdum. Və nəhayət, gəlib mənzilbaşına çatdıq. Polkovnik bizi səmimiyyətlə qarşılayıb, çaya dəvət etdi. Söhbətə başladıq.

Vanda cəsəd axtaran Azərbaycan itləri

Dediyinə görə, FHN XRXX-nin rəisi general-mayor Şahmar Paşayevin nəzarəti altında baş verə biləcək fövqəladə halların qarşısını almaq məqsədilə, bu gün istər paytaxtda, istər də regionlarda yüksək hazırlıq mövcuddur. Xidmətin Kinoloji Taboru 2007-ci ildən fəaliyyətə başlayıb. Həmin dövrdə Taborun cəmi 9 iti varmış. Onlardan 5-i insan axtarışı, 4- ü isə cəsəd axtarışına təhkim olunmuş itlər olub.

"Qısa müddətdə biz itlərlə təlimə başladıq. İtlər də yeni idi, təcrübə keçməmişdi. İkinci istiqamət üzrə partlayıcı maddələrin axtarışı üzrə də təlimlər keçirdik. O dövrlər tez-tez partlayıcı maddə ilə bağlı həyacan siqnalları gəlirdi. FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti də bütün siqnallara müsbət reaksiya verərək, işarə edilən yerlərə özünü çatdırır və araşdırma aparırdı. Və edilən siqnalların hamısı yalan zənglər olurdu", — müsahibimiz bildirir.

Onun sözlərinə görə, FHN XRXX-nin Kinoloji Taboru 2011-ci ildə Türkiyənin Van vilayətində baş verən zəlzələdən sonra xilasetmə işləri üçün yardım edib: "Biz Ali Baş komandanın və cənab nazirin tapşırığı ilə 7 itlə Türkiyəyə getdik. Vanda bizim itlər 13 canlı və 60-a yaxın cəsəd aşkar etdi. Biz bütün əməliyyatlar zamanı öz işimizi müşahidə edib, çatışmazlıqları üzə çıxarmağa çalışırdıq".

  • Tabor komandiri polkovnik Rafiq Hüseynov
    Tabor komandiri polkovnik Rafiq Hüseynov
    © Sputnik / Irade CELIL
  • Hal-hazırda Kinoloji Taborun 45 xidmət iti var
    Hal-hazırda Kinoloji Taborun 45 xidmət iti var
    © Sputnik / Irade CELIL
  • Partlayıcı maddə imitatorunun qutuda gizlədilməsi
    Partlayıcı maddə imitatorunun qutuda gizlədilməsi
    © Sputnik / Irade CELIL
  • Xilasetmə işlərində istifadə olunan sanitar it
    Xilasetmə işlərində istifadə olunan sanitar it
    © Sputnik / Irade CELIL
  • İtin üzərinə xəsarət alanın vəziyyətini öyrənmək üçün kamera da yerləşdirilir
    İtin üzərinə xəsarət alanın vəziyyətini öyrənmək üçün kamera da yerləşdirilir
    © Sputnik / Irade CELIL
  • Hazırda Kinoloji Taborda yeni bir xidmət iti hazırlanır
    Hazırda Kinoloji Taborda yeni bir xidmət iti hazırlanır
    © Sputnik / Irade CELIL
  • İt artıq təlimlər keçib, onun xidmətə hazır olması üçün çox az iş qalıb
    İt artıq təlimlər keçib, onun xidmətə hazır olması üçün çox az iş qalıb
    © Sputnik / Irade CELIL
  • Təlim prosesi
    Təlim prosesi
    © Sputnik / Irade CELIL
  • Kinoloji Tabora işçi seçilərkən, onun itə olan qayğısına, davranışına çox diqqət yetirilir
    Kinoloji Tabora işçi seçilərkən, onun itə olan qayğısına, davranışına çox diqqət yetirilir
    © Sputnik / Irade CELIL
  • Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taboru
    Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taboru
    © Sputnik / Irade CELIL
  • İtlərin sağlamlığı Kinoloji taborda fəaliyyət göstərən həkimlər tərəfindən diqqətdə saxlanılır
    İtlərin sağlamlığı Kinoloji taborda fəaliyyət göstərən həkimlər tərəfindən diqqətdə saxlanılır
    © Sputnik / Irade CELIL
  • Taborun həkim otağında itlər üzərində aparılmış əməliyyatların nəticələri xüsusi bankalarda saxlanılır
    Taborun həkim otağında itlər üzərində aparılmış əməliyyatların nəticələri xüsusi bankalarda saxlanılır
    © Sputnik / Irade CELIL
1 / 12
© Sputnik / Irade CELIL
Tabor komandiri polkovnik Rafiq Hüseynov

"Vanda əməliyyat zamanı məlum oldu ki, biz vaxt itkisinə yol veririk. Amma bu, bizdən asılı olmayan səbəblərdən idi. Çünki bizim itlər böyük itlər idi. Ovçarka, dobelman, labrador itləri qüvvətli itlərdir. Hadisə yerlərində dəliklər kiçik olur. Xilasedicilər həmin yerləri kəsib böyüdənə qədər, vaxt itkisinə yol vermiş oluruq. Mən düşünürdüm ki, belə olan halda biz hər insanın axtarışı üçün 5 dəqiqə gecikirik. 5 dəqiqə isə insan həyatı üçün çox önəmlidir. Və qərar verdim ki, əməliyyatlar zamanı kiçik itlərdən də istifadə edək", — R. Hüseynov qeyd edir.

Bunun üçün isə itlərə təlim keçmək lazım imiş: "Bu kiçik itlər torpağın altında tülkü axtarıb tapan, quş tutan ov itləri idi. Ov itlərinin doğum instinkti bizə imkan verirdi ki, onlardan istifadə edək. Mən başa düşürdüm ki, onlara təlim keçmək çox çətin olacaq. Çünki bu itlər çox çılğın itlərdir və onlardan heç kim istifadə etmir".

Həmin ərəfədə Bakıya Rusiya Federasiyasından qonaqlar gəlirlər: "Bilirsiniz, onlarda bu sahə daha güclü inkişaf edib. Mən onlarla məsləhətləşdim ki, istəyirəm, kiçik itlərə təlim keçim. Onlar məsləhət görmədilər və bildirdilər ki, onlar da kiçik itlərə təlimlər keçməyə cəhd ediblər, amma alınmayıb. Mən heç nə demədim və qarşıma məqsəd qoydum ki, bunu edəcəyəm və o itlərin axtarışına başladım".

Polkovnik deyir ki, bu itləri seçən zaman onların psixikasına diqqət yetirmək lazımdır: "Çünki bu itlər insanlarla işləyəcəkdi. Ona görə də seçim prosesi bir qədər çətin idi. Mən insana meylli, insanla dostluq edən itlərə üstünlük verirdim. Və istədiyimi tapa bildim".

"Xəsarət alan insan başa düşür ki, onu xilas etmək mümkün olacaq"

Halzırda Kinoloji Taborda elə it var ki, kiçik bir dəlikdən daxil olaraq, xəsarət alan insana su, dərman ləvazimatı aparır. İtlərin üzərində kamera olur və psixoloq xəsarət alan insanla danışır. Xəsarət alan insan da başa düşür ki, onu xilas etmək mümkün olacaq.

Kinoloji Taborda yeni bir xidmət iti hazırlanır. Artıq it təlimlər keçib. Artıq onun xidmətə hazır olması üçün çox az iş qalıb: "Biz ona elə təlim keçmişik ki, zəlzələ və ya uçqun zamanı 10-15 və daha çox insan xəsarət alıbsa, o, hər insanın qarşısında 2 saniyə dayansın. Və o 2 saniyə bizə bəsdir ki, biz kamera ilə baxıb müəyyən edək ki, uçqunun altında neçə nəfər var. Bu itlər bizim gözümüzdür. Çünki kameranı yerin altına başqa cür aparmaq mümkün deyil, amma bu it aparacaq".

R. Hüseynov əvvəldən itlərə marağının olduğunu deyir: "İtçilik Klubunun üzvü olmuşam, öz itimlə hərbi xidmətə getmişəm. Daxili İşlər Nazirliyində bu sahə üzrə işləmişəm və burada da dövlətimiz üçün canla-başla çalışıram. 1992-ci ildə Azərbaycanda Gömrük Komitəsi yarandı. Gömrükdə də kinoloji xidmət olmalıdır. Bizim cənab nazir o dövrdə Gömrük Komitəsinin sədri idi. Dəvət etdi ki, "sən mütəxəssissən, gəl bizimlə çalış". Mən böyük məmnuniyyətlə qəbul etdim".

33 dövlət arasında 1-ci yer

2002-ci ildə Partlayıcı Maddələrin Axtarışı üzrə II Avropa Yarışları keçirilir: "Bizdə isə narkotik axtarışı mövcud idi, partlayıcı maddə axtarışı yox idi. Amma biz də o yarışlara qatıldıq. Çox problemlərimiz olsa da, qısa müddətdə yarışlara hazırlandıq və Azərbaycan 33 dövlət arasında birinci yerə çıxdı. Həmin dövrdə Komitənin sədri məndən nə etmək istədiyimi soruşdu. Dedim, "cənab sədr, ən böyük arzumdur ki, bizdə də Kinoloji Mərkəz olsun, geniş bir binamız olsun və bu sahəni inkişaf etdirək". O, bu fikrimi dəstəklədi və yaradılması üçün tapşırıq verdi. İndi sizinlə oturduğumuz bu bina onun xeyir-duası ilə tikilib. Daha sonra Fövqəladə Hallar Nazirliyi yarandı. FHN-də də kinologiyaya böyük ehtiyac var. İzatoplar var, su hövzələrin qorunması var, bunlar çox önəmlidir".

Hal-hazırda Kinoloji Taborun 45 xidmət iti var. R. Hüseynov bildirir ki, Kinoloji Tabora işçi seçilərkən, onun itə olan qayğısına, davranışına çox diqqət yetirilir. Çünki itə qayğı, sevgi olmasa, onu təlim etmək olmaz.

Tabordakı itlər 4 missiyaya xidmət edir: Kəşfiyyat, insan axtarışı, sanitar it və cəsəd axtarışı. Polkovnikin sözlərinə görə, cəsəd axtarma sonuncu mərhələdir: "Çünki cəsədin axtarışına həmin gün başlamaq mümkün deyil. Cəsədi 72 saatdan sonra — iy verməyə başlayanda tapmaq mümkündür: "Bizdə qoruyucu itlər də var. Su hövzələri, böyük obyektləri qoruyucu itlərimiz qoruyur. Bu gün ən aktual məsələ terrorçuluqdur. Bizim partlayıcı axtaran itlərimiz də var. İtlər fərqlidir. Bəzən olur ki, eynicinsli itin biri 8 aya hazırlanır, digəri il yarıma. Onların qavrayışı da fərqlidir. Burada itin çılğınlğı, itin cinsi və təlimçi amili rol oynayır. Təlimçi itlə ünsiyyət yaratmağı bacarmalıdır".

İtlərə necə təlim keçilir?

Qeyd edək ki, Kinoloji Taborda Beynəlxalq Kinoloji Federasiyanın qəbul etdiyi metodla — obidienslə təlim keçirilir. Rafiq Hüseynov Taborda itlər üçün bütün ləvazimatların olduğunu bildirdi.

Söhbətdən sonra təlim meydançasında itlərin fəaliyyəti ilə tanış olduq. Partlayıcı maddə immitatoru bizim istəyimiz qutuda gizlədildi. Xüsusi təlim görmüş it partlayıcı maddə immitatorunu asanlıqla tapdı.

Bir qədər sonra təlimçi Maşa sanitar itin fəaliyyəti ilə bizi tanış etdi. Sanitar it üzərində zərərçəkənlərə çatdırmaq üçün dərman və su aparmaqla mükəlləfdir. Onun üzərində xəsarət alanın vəziyyəti ilə maraqlanmaq üçün kamera da yerləşdirilib.

Sonuncu it isə müxtəlif manevrlərin üzərindən atılaraq, dəmir boruların daxilindən keçərək verilən tapşırıqları yerinə yetirdi.

Kinoloji Taborda digər cinsdən olan itlərlə də tanış olduq. Qeyd edək ki, Kinoloji Taborda həkim kollektivi də fəaliyyət göstərir. Onlar itlərdə sağlamlıq problemləri aşkarlayan kimi müdaxilə edirlər.

Taborun həkim otağında itlər üzərində keçirilmiş əməliyyatların nəticələri xüsusi bankalarda saxlanılır. Bu bankalarda qeysəriyyə yolu ilə çıxarılmış küçük, əməliyyat yolu ilə çıxarılmış müxtəlif bədxassəli şişlər və sair kimi əməliyyat nəticələri saxlanılır…

655
Teqlər:
Rafiq Hüseynov, Kinoloji Tabor, köpək, Xüsusi Riskli Xilasetmə Xidməti, it, Fövqəladə Hallar Nazirliyi, xilasetmə
Əlaqədar
İki ay qabaq it dişləyən qadın quduzluğa yoluxub
Sahibsiz it 23 yaşlı oğlanı xəstəxanalıq etdi
İt insanın dostudur
Rəşid Mahmudov: “Tarqovı”da it gəzdirmək özünü qıza göstərməkdir
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

13
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

13
Koronavirus testi, arxiv şəkli

Ölkədə daha 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb

35
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

BAKI, 25 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.

35

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

0
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə