CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bunları oxuduqdan sonra hələ də ailə qurmaq istəyəcəksiniz?

© Flickr / Victoria Hong ZhuBəy-gəlin
Bəy-gəlin - Sputnik Azərbaycan
Abunə olmaq
Bir gəlinin bəzədilməsi üçün tələb olunan minimum məbləğ, ölkə üzrə minimum əmək haqqından 4 dəfə çoxdur

BAKI, 26 avq — Sputnik. Azərbaycan xalqının qədim adətlərindən olan toy, bu gün böyük maliyyə vəsaiti və zaman tələb edən bir prosesə çevirilib. Paytaxtda və bölgələrdə fərqli adətlərlə həyata keçirilən toy mərasiminin bir hissəsi də gəlinin bəzədilməsidir. Müasir toylarda ən böyük xərclərdən biri də, məhz gəlinin bəzədilməsinə çəkilir.

Toya çəkilən xərclər - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Azərbaycanda toy neçəyə başa gəlir?!

Saçından tutmuş ayaq dırnaqlarına qədər bəzədilən gəlinin toyda göz oxşayan gözəlliyinin arxasında yaxşı xərc dayanır. Bu zaman belə bir sual ortaya çıxır: Bir gəlinin toy xərcləri ümumilikdə nə qədər vəsait tələb edir?

Bu sualın cavabı paytaxt və regionlar üzrə dəyişir. Gəlin nə qədər gözəl görünürsə, bir o qədər daha çox pul xərcləndiyi deməkdir.

Regionlarda gəlin paltarlarının icarəsinin ilkin qiyməti 100 manatdan başlayır və 400-500 manatadək gedib çıxır. Eyni zamanda, gəlin bəzədilməsinin regionlar üzrə minimum qiyməti 150 manatdır. Bu məbləğə makiyaj və saç düzümü daxildir. Gəlinin qollarında, əllərində xınalı naxışlar çəkmək, həmçinin manikür və pedikür etdirmək istəyən gəlin əlavə olaraq 40 manatadək xərc çəkməlidir.

Rayonlarda gəlinin ayaqqabılarının qiymətləri də paytaxta nisbətən ucuz başa gəlir — 50 manatdan başlayan qiymətlər. Gəlin buketinə gəlincə, rayonlar üzrə bu məbləğ 30-60 manat arasında dəyişir.

Bir də gəlin maşınının bəzədilməsi xərci var ki, bunun üçün də rayonlarda 30-70 manat arası vəsait lazımdır. Bir sözlə regionlarda bir gəlinin bəzənib toyda qonaqların qarşısına çıxması üçün, minimum 350 manat lazımdır.

Toy - Sputnik Azərbaycan
CƏMİYYƏT
Toy xərclərimiz risk altında: şadlıq saraylarına beh verməyin!

Bakıda vəziyyət biq qədər fərqlidir. Xüsusilə yaz və payız aylarında toyların çox olması səbəbindən, gəlinlik geyimlərinə və salonlara tələbat artır. Bu da avtomatik olaraq qiymətlərə təsir edir, yaxud süni qiymət artımı da demək olar.

Bakıda ən ucuz gəlin paltarı 200 manatdan başlayır, ta 2000 manata kimi üzüyuxarı gedir. Gəlinlik ayaqqabısının satış qiyməti 50-250 manat arasındadır. Makiyaj və saç düzümü birlikdə, yaxşı halda 200 manata başa gəlir və bu prosesin yuxarı qiyməti 500 manata dayanır. Bu, ustadan və salondan asılı olaraq dəyişir.

Manikür və pedikürün qiyməti ayrıdır və onlara gəlin 15-50 manat arası pul xərcləməli olur. Əllərə xınadan xüsusi naxışlar isə 5-10 manat arası dəyişir.

Gəlin buketinin qiyməti 30-100 manat arasındadır. Paytaxtda gəlin maşınının bəzədilməsinə, ən ucuz halda 35 manat ödəməlisiniz. Bu məbləğ, formasından və yerindən asılı olaraq, 200 manatadək qalxa bilər.

Beləliklə, Bakıda bir gəlinin bəzədilməsi üçün, minimum 535 (ölkə üzrə minimum əməkhaqqından 4 dəfə, orta əmək haqqında isə 8 faiz çox) manatınız olmalıdır. İstəyinizdən və büdcənizdən asılı olaraq, bu xərcin yuxarı həddi minimum məbləğin 10 qatınadək gedib çıxa bilər…

Xəbər lenti
0