Separadi kənd sakini Zahid Əkbərov

Çörəyi palçıqdan çıxan adam

215
(Yenilənib 11:11 24.08.2016)
Sovet dövründə bu kənddə 25 nəfərə yaxın təndir ustası olub. İndi isə bu sənətlə təkcə o, məşğul olur

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 24 avq — Sputnik. Hər bir xalqın tarixi yaratdığı sənətkarlıq nümunələrində öz təsdiqini tapır. Daş dövründən bu günə kimi bir-birini əvəz edən ictimai-iqtisadi quruluşlarda xalq sənətkarlığı nümunələri də inkişaf yolu keçib.

Belə sənətkarlıq nümunələrindən biri də dulusçuluqdur ki, bu sənət növü Azərbaycanda ən qədim sənətkarlıq nümunələrindən sayılır. Aparılan arxeoloji tədqiqatlar sübut edir ki, dulusçuluq sənəti neolit dövrünün yadigarıdır. Günümüzdə də bu sənətlə məşğul olan ustalar var, amma müasir dövrdə cürbəcür metal qablar, elektrik mətbəx əşyaları olduğundan, belə qablardan demək olar ki, istifadə olunmur.

Belə olan təqdirdə dulusçuluq sənəti ilə məşğul olanların sayı da kəskin şəkildə azalıb. Lakin elə sənətkar da var ki, həm dulusçudur, həm də qədim çörək bişirmə vasitəsi olan və günümüzdə də populyar olan təndirlərin düzəldilməsi ilə də məşğuldur.

Günümüzdə də istifadə olunan təndirlər

Tarix boyunca Azərbaycanda çörəkbişirmə vasitələri əsasən ocaq, gil və çuqun saclar, gil tavalar, təndirlər olub. Onların arasında təndirlər daha geniş yayılıb. Təndirə tələbatın artması bizi ondan məişətdə hələ uzun illər istifadə olunacağına inandırır.

  • Lənkəran rayonu Separadi kənd sakini Zahid Əkbərov 25 ildən artıqdır ki, təndir düzəltməklə məşğuldur
    Lənkəran rayonu Separadi kənd sakini Zahid Əkbərov 25 ildən artıqdır ki, təndir düzəltməklə məşğuldur
    © Sputnik / Rahim Zakiroğlu
  • Lənkəran rayonu Separadi kənd sakini Zahid Əkbərov 25 ildən artıqdır ki, təndir düzəltməklə məşğuldur
    Lənkəran rayonu Separadi kənd sakini Zahid Əkbərov 25 ildən artıqdır ki, təndir düzəltməklə məşğuldur
    © Sputnik / Rahim Zakiroğlu
  • Lənkəran rayonu Separadi kənd sakini Zahid Əkbərov 25 ildən artıqdır ki, təndir düzəltməklə məşğuldur
    Lənkəran rayonu Separadi kənd sakini Zahid Əkbərov 25 ildən artıqdır ki, təndir düzəltməklə məşğuldur
    © Sputnik / Rahim Zakiroğlu
  • Lənkəran rayonu Separadi kənd sakini Zahid Əkbərov 25 ildən artıqdır ki, təndir düzəltməklə məşğuldur
    Lənkəran rayonu Separadi kənd sakini Zahid Əkbərov 25 ildən artıqdır ki, təndir düzəltməklə məşğuldur
    © Sputnik / Rahim Zakiroğlu
  • Lənkəran rayonu Separadi kənd sakini Zahid Əkbərov 25 ildən artıqdır ki, təndir düzəltməklə məşğuldur
    Lənkəran rayonu Separadi kənd sakini Zahid Əkbərov 25 ildən artıqdır ki, təndir düzəltməklə məşğuldur
    © Sputnik / Rahim Zakiroğlu
  • Lənkəran rayonu Separadi kənd sakini Zahid Əkbərov 25 ildən artıqdır ki, təndir düzəltməklə məşğuldur
    Lənkəran rayonu Separadi kənd sakini Zahid Əkbərov 25 ildən artıqdır ki, təndir düzəltməklə məşğuldur
    © Sputnik / Rahim Zakiroğlu
  • Lənkəran rayonu Separadi kənd sakini Zahid Əkbərov 25 ildən artıqdır ki, təndir düzəltməklə məşğuldur
    Lənkəran rayonu Separadi kənd sakini Zahid Əkbərov 25 ildən artıqdır ki, təndir düzəltməklə məşğuldur
    © Sputnik / Rahim Zakiroğlu
1 / 7
© Sputnik / Rahim Zakiroğlu
Lənkəran rayonu Separadi kənd sakini Zahid Əkbərov 25 ildən artıqdır ki, təndir düzəltməklə məşğuldur

Lakin son dövrlər təndir düzəldən ustaların sayı kəskin surətdə azalıb. Bu xalq sənətkarlığı nümunəsini günümüzdə də yaşadanlar təəssüf ki, barmaqla sayılası qədər qalıb. Onlardan biri də Lənkəran rayonu Separadi kəndinin 51 yaşlı sakini Zahid Əkbərovdur.

Dulusçu və təndir ustası

Zahid usta təkcə təndir düzəltmir, o, həm də duluçuluq məmulatları hazırlayır. Biz onun evinə daxil olarkən, usta iş başında, şagirdi də təndirin düzəldilməsi üçün hazırlanan qum və sarı gil qarışığını əzməklə məşğul idi.

Zahid usta bu sənəti rəhmətlik atası Əşrəf kişidən, o da öz atası Həsənqulu kişidən öyrəndiyini dedi. Yəni bu sənət ona baba yadigarıdır: "Mənim öz sənətim dulusçuluqdur. Yəni bildiyiniz dulusçu qablarının hazırlanması. Lakin bundan əlavə təndir də düzəldirəm. Sənəti 14-15 yaşlarımdan başladım öyrənməyə. Əvvəlcə yalnız dulusçu işləyirdim. Sonra isə təndir düzəltməyi də öyrəndim. 25 yaşımda təndirçiliyi öyrəndim. Amma dulusçuluğu atmadım. Həm dulusçuluq edirdim, həm də təndir düzəldirdim".

Həmsöhbətimiz Sovet dövründə il ərzində 60-70 ədəd təndir düzəldib satdığını deyib: "Saxsı qablardan, xüsusən də nehrələrdən isə 110-120 ədəd düzəldib satardım. İndi isə ay ərzində cəmi 15-20 ədəd sifariş olur, qışda isə 5-10 ədəd. Əvvəllər kəndlərdə hətta şəhərdə də evlərdə çörəyi yalnız təndirdə bişirərdilər, yəni hər evdə təndirdən istifadə olunardı. Buna görə də kəndimizdə 25 nəfərə yaxın təndir ustası var idi. İndi isə təkcə mən məşğul oluram. 4 şagirdim var, onlardan 3-ü dulusçuluğu öyrənir, 1-i isə təndir düzəltməyi".

800 dərəcə istidə…

Z. Əkbərov təndirin düzəldilməsi üçün 0,5 kubmetr gil və təqribən 20 kq. çay qumu lazım olduğunu bildirdi: "Ətraf sahələrdən yığdığımız gili və çaydan gətirdiyimiz qumu su ilə qarışdırıb, təqribən 1-1.5 saat əl ilə, ya da ayaqlayaraq əzirik. Sonra alınan kütləni yenə kəsib biri-birinə çırpmaqla yenidən əlimizdə əzirik. Əzildikdən sonra isə hamar taxta və ya səthi hamar olan hər hansı bir əşyanın üzərində onu diyirlədərək rulon halına salırıq. Rulonların qalınlığı və uzunluğunu gözəyarı təyin edirəm".

"İllərlə bu işlə məşğul olduğum üçün artıq əzbərən hər şeyi edirəm. Rulonun uzunluğu, təqribən 60 sm, qalınlığı isə 10 sm-dir. Təndirin alt hissəsi 1.1 metr ağız hissəsi 50 sm, hündürlüyü 1 metr, qalınlığı isə 5 sm-dir. Təndiri düzəltdikdən sonra 15 gün quruması üçün saxlanılır, sonra isə sobada 700-800 dərəcə istidə bişirilir", — deyir usta.

O, qışda təndir sifarişlərinin az olduğunu qeyd etdi: "Biz də az sayda düzəldirik. Çünki həm soyuq olur, palçıqla işləmək çox çətin olur, həm də qışda bir təndir 1 aya, bəlkə də bir az çox müddətə quruyur. Təndiri alandan sonra isə onu xüsusi palçıq şirəsi ilə üzləyirlər, ya da əktrafını kərpiclə işləyirlər. Onu da deyim ki, təndirin ölçüsü sifarişə əsasən dəyişir. Standart ölçülər bir az əvvəl dediyim ölçülərdir, amma müştəri olur ki, böyük istəyir, müştəri də olur, kiçik təndir istəyir".

Bildirək ki, bir təndirin qiyməti 80 manatdır. Bu qiymət də təndirin ölçüsünə görə dəyişir.

215
Teqlər:
Zahid Əkbərov, Separadi kəndi, Lənkəran rayonu, təndir, dulusçuluq, dulus, usta
Əlaqədar
Rusları heyran edən azərbaycanlı: bu adam min illik tarixi yaşadır
Bu kişi doğmalarının ruhları ilə danışır
O, ən geci, günortayadək ac qala bilər
Boya almağa pul tapmayan rəssam bir ilkə imza atdı
Ağacları danışdıran adam: o, sonuncu "mogikan"dır...
Pul kisəsi, arxiv şəkli

Bir manat da xərclənməyib - Şahmar Mövsümov bloklanmış kartlar barədə

1
"Biz ehtiyacı olanlara vəsait vermək istəyirik. Bu pul kartda bloklanıbsa, bu, artıq başqa istiqamətlərə istifadə olunacaq"

BAKI, 8 avqust — Sputnik. “190 manatla, xüsusi olaraq, bloklanmış kartlarla bağlı məsələyə cəmiyyət kimi baxmalıyıq”.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov  deyib.

O bildirib ki, pandemiya dövründə ən ehtiyaclı insanlara yardım etmək nəzərdə tutulub: “Müəyyən seçimlərdən sonra 600 min nəfərə bu ödənişin verilməsi qərara alındı. Biz ehtimal edirdik ki, bu insanlara 190 manat o qədər vacibdir ki, onlar həmin dəqiqə o pulu çıxarıb istifadə edəcəklər. Ancaq bloklanmış kartlardan heç bir manat da xərclənməyib. Söhbət ondan getmir ki, biz mütləq hamıya pul paylamalıyıq. Biz ehtiyacı olanlara vəsait vermək istəyirik. Bu pul kartda bloklanıbsa, bu, artıq başqa istiqamətlərə istifadə olunacaq. Həkimlərin maaşına, daha çox tibbi texnikanın alınmasına və s.”

1
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Prezident 190 manatla bağlı göstəriş verdi
On üç bölgə üzrə 190 manatın verilməsi barədə qərar verildi
Dəqiq rəqəmi heç kim deyə bilmir! Pandemiya on minlərlə insanı işsiz qoyub
Nazirlik 190 manatlıq yardımı qarpız partlatmağa xərcləyənlərə münasibət bildirdi – VİDEO

Toya icazə verəcəklər, amma hər şey sahibkarlardan asılı olacaq

26
(Yenilənib 12:23 08.08.2020)
"Yəqin ki, bu qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək" - İqtisadiyyat nazirinin müavini

BAKI, 8 avqust — Sputnik. “Prezidentin tapşırığı ilə sahibkarlıq subyektlərinə yeni maliyyə yardımın edilməsi ilə bağlı qərar verilib”.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

O bildirib ki, bununla yanaşı, dövlət mütəmadi olaraq sahibkarlarla görüşür:

“Onların təklifləri dinlənilir. Bizneslərin açılması istiqamətində məsələlər geniş müzakirə edilir. Hazırda hökumətdə biznes fəallığının mərhələli olaraq artırılması istiqamətində müzakirələr aparılır. İlkin olaraq insanların az toplaşdığı biznes subyektlərinin açılması ilə bağlı qərar verilib. Toylarla bağlı - burada adətən çoxlu sayda insan qapalı məkana toplaşır. Yəqin ki, bu qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək. Yenə hər şey epidemioloji vəziyyətdən və sahibkarlıq subyektlərinin qaydalara necə əməl etməsindən asılı olacaq”.

Nazir müavini qeyd edib ki, bu yaxınlarda Prezidentin tapşırığına əsasən, Nazirlər Kabineti ikinci maliyyə paketini təsdiq edib və bu ödənişlərə yaxın zamanlarda başlanılacaq.

Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə hökumətin insanlara yardım etməməsi barədə iddialara cavab verərkən rəsmi qeydiyyatdan keçməyin vacib olduğunu vurğulayıb: "Hökumət sahibkara yardım edir ki, o, işçisini işdən azad etməsin, onun əməkhaqqını ödəməyə davam etsin. Əgər hansısa müəssisədə, restoranda, şadlıq evində işləyənlər əməkhaqqı almırlarsa, deməli, onlar qeydiyyatda olmayıblar və rəsmi işçi sayılmayıblar. Pandemiya dövründə dövlət işçilərin işdən çıxarılmasına moratorium qoyub, özəl qurumlara isə tapşırılıb ki, işçiləri çıxarmasınlar, hökumət yardım edəcək".

26
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar