Hotel

Hotellərdə yoxlama aparılacaq

23
Xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçiriləcək və ulduz dərəcələri müəyyən olunacaq

BAKI, 23 avq — Sputnik. Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb. Bu barədə Sputnik-ə Mədəniyyət və Turizm Nazirliyinin (MTN) mətbuat xidmətindən məlumat verilib.

Verilən məlumata görə, MTN-in sifarişi ilə hazırlanan xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur. Cari ilin avqust ayı ərzində Bakı şəhəri və respublika ərazisində yerləşən, aşağıda adları qeyd olunan 11 mehmanxanaya AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib:
1. "CHINAR Hotel & Spa Naftalan" mehmanxanası — (5 ulduz);
2. "El Resort" mehmanxanası — (5 ulduz)
3. "Ayan Palace" mehmanxanası — (5 ulduz);
4. "Kür Hotel" mehmanxanası — (4 ulduz);
5. "Ober-Lux" mehmanxanası — (4 ulduz);
6. "Elfaro" mehmanxanası — (4 ulduz).
7. "Atlant" mehmanxanası — (4 ulduz);
8. "AF Hotel" mehmanxanası — (4 ulduz);
9. "Afra Hotel" mehmanxanası — (4 ulduz);
10. "Opera Hotel" mehmanxanası — (4 ulduz);
11. "Lotos" mehmanxanası — (3 ulduz)

Qeyd edək ki, hal-hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 117-ə çatıb.

23
Teqlər:
ulduz, standart, tələb, obyekt, hotel, mehmanxana
Əlaqədar
"Bakı hotellərində artıq boş yer tapmaq mümkün deyil"
"Bütün Azərbaycan üzrə hotel yataqlarının sayı Türkiyənin bir qəsəbəsindəkindən azdır"
Bakının məşhur hotelləri "zəbt olunub"
Prezident: Aviabilet və hotel qiymətlərinin aşağı salınması vacibdir
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord

15
(Yenilənib 15:17 21.10.2020)
Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

15
İlham Əliyev, arxiv şəkli

Dövlət başçısı: Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır

40
Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

BAKI, 21 oktyabr — Sputnik. "Öz doğma torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı həmin torpaqlara qayıtmaq arzusu ilə yaşayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev öz "Twitter" hesabında yazıb.

Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

"Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü", - deyə o əlavə edib.

40
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Jurnalist, arxiv şəkli

"Hərbi forma geyinməyin!" - Əflatun Amaşov

0
Ermənistan tərəfdən də xarici media təşkilatları ilə sıx təmaslar var. Tutalım, bizimlə bağlı bir xəbər hansısa nüfuzlu media təşkilatının saytında gedirsə, onlar dərhal çalışırlar ki, onun əsassızlığını sübuta yetirib materialı sildirsinlər.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşov cəbhə bölgəsində fəaliyyət göstərən jurnalistlərə müraciət edib.

Sputnik Azərbaycan üraciət mətnini təqdim edir:

"Əziz və dəyərli cəbhə bölgəsində fəaliyyət göstərən jurnalistlər!

Çox çətin şəraitdə çalışırsınız. Həyat və sağlamlığınızla risk edirsiniz. Bu, Vətən qarşısındakı müstəsna və danılmaz xidmətinizdir. Sizə hörmət və ehtiramımızı bildiririk.

Əziz dostlar, həmkarlar, daxilinizdəki ruh yüksəkliyini və coşğunu da anlayırıq. Ancaq işinizi görərkən hərbi formada, hərbi forma rəng çalarları olan paltarlarda olmayın. Məsələ yalnız onda deyil ki, bununla özünüzü açıq hədəfə çevirirsiniz. Hərçənd bu da əsasdır. Daha bir əsas məsələ sosial şəbəkələrdəki, xüsusən "Facebook"dakı şəkillərinizdir. Ora hərbi formada, əldə silah şəkil qətiyyən qoymayın.

Yada salım ki, biz hərbi formada, əlində mikrafon, diktafon, çiynində avtomat olan erməniləri görürdük. Əsaslandırırdıq ki, onların başlarına bir iş gəlsə, ermənilər başlayacaqlar ki, Azərbaycan Ordusu jurnalistlərə atəş açıb.

Allah eləməsin ki, başınıza bir iş gəlsin. Canınızı sağ və sağlam olsun. Gün o gün olsun ki, hər biriniz tam qələbə xəbərlərinin müjdəçisi olasınız. Amma müharibədir, hər şey mümkündür. Müharibənin ağırlığını sizlərə izah etməyə heç ehtiyac yoxdur. Hər gün görür və yaşayırsınız...

Uzun sözün qısası, sizlərlə bağlı hansısa hadisəni beynəlxalq media ictimaiyyətinin diqqətinə çatdıranda, xarici həmkarlarımızın etdikləri ilk iş açıb "Facebook"da sizinlə maraqlanmaq olur. Bu halda qarşılarında hərbi formalı adam çıxanda məsələni diqqətə çatdıranlara, yəni bizə münasibətləri heç də yaxşı olmur. İlk təəssürat çox çox önəmlidir. Prinsipial olaraq gördüklərinə inanırlar. Belədə qaldırılan haqlı problem əhəmiyyətini itirir.

Üstəlik onu da nəzərə alın ki, Ermənistan tərəfdən də xarici media təşkilatları ilə sıx təmaslar var. Tutalım, bizimlə bağlı bir xəbər hansısa nüfuzlu media təşkilatının saytında gedirsə, onlar dərhal çalışırlar ki, onun əsassızlığını sübuta yetirib materialı sildirsinlər. Hər vasitəyə əl atırlar. Cəbhə bölgəsində olan jurnalistin hərbi formadakı şəklindən gözəl sübut isə yoxdur. Bunu mütləq qaydada nəzərə almağınızı xahiş edirəm.

Hər birinizə bol-bol uğurlar və cansağlığı arzulayıram!"

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə