Qazax rayonunun Qarapapaq kəndində elektrik transformator

Kənd sakinlərinin səsinə səs verən yoxdur

130
(Yenilənib 17:52 19.08.2016)
Qazax rayonunun Qarapapaq kəndində quraşdırılan transformatorlar istifadə müddətini başa vursa da, onları yenisi ilə əvəzləmək heç kimin "ağlına gəlmir"

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 19 avq — Sputnik. Qazax rayonunun Qarapapaq kəndini elektrik enerjisi ilə təmin edən transformator qurğuları öz istifadə müddətini başa çatdırıb. Lakin, yenisi ilə əvəz olunması kimlərinsə ucbatından zaman alır. 

Sonuncu dəfə nə zaman baxış keçirildiyi kənd sakinləri tərəfindən unudulan bu qurğular əsl təhlükə mənbəyidir. Sputnik-ə müraciətində bunları kənd sakini, kənd icmasının üzvü Rafiq Muradov bildirib.

Onun sözlərinə görə, çoxu sovet dövründə quraşdırılan bu elektrik qurğuları yararsız vəziyyətdədir: "Kənddəki transformatorların durumu ilə bağlı dəfələrlə ölkə Prezidentinə, "Azərişıq"a müraciət etmişik. Lakin, nə yuxarı dairələrdən, nə də yerli əlaqədar təşkilatlardan müraciətimizə cavab ala bilmişik. Kənddəki transformatorlardan biri işləmir, iki transformatorun yükünü daşıyan digəri isə bərbad gündədir. Sonuncu dəfə nə zaman baxış keçirildiyi yadımda deyil".

Əksəriyyəti sovet dövründə quraşdırılan bu elektrik qurğuları yararsız vəziyyətdədir
© Sputnik / Hikmet Orhun
Əksəriyyəti sovet dövründə quraşdırılan bu elektrik qurğuları yararsız vəziyyətdədir

O deyib ki, insanlarda pul olmadığından əsas qorxuları evlərindəki məişət avadanlıqlarının yanmasından dolayıdır: "Hər kəsin evində soyuducu, televizor və s. elektrik avadanlığı var. Yağış yağanda, külək əsəndə işıqlar tez-tez yanıb sönür, hətta, elə olur, iki-üç saat işıqsız qalırıq".

"Belə havalarda həmin avadanlıqlar yanıb sıradan çıxmaq təhlükəsi ilə üz-üzə qalır. İnsanlarımızın maddi durumu isə o səviyyədə deyil ki, belə bir hadisə baş verəcəyi təqdirdə onları yenisi ilə əvəzləyə bilsinlər", — sakin bildirib.

R. Muradov onu da qeyd edib ki, transformator qurğularının ətrafı lazımi qaydada mühafizə olunmadığından və təmizlənmədiyindən sakinlər üçün münbit təhlükə mənbəyidir.

Məsələylə bağlı "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) Qazax elektrik şəbəkəsindən mövqe öyrənmək istəsək də, cəhdlərimiz nəticəsiz qaldı.

130
Teqlər:
transformator, Qarapapaq, kənd, "Azərişıq" ASC, Qazax, sakin, narazılıq
Əlaqədar
Bu kənddə sünni-şiə ayrıseçkiliyi ləğv edilib
Mərmi və dolu döyən kəndlərdə mal-qara da psixoloji travma alıb
Aramsız yağış Şəkinin daha bir kəndinə ziyan vurub
Şəkinin kəndlərində itlər əhaliyə hücum edir
İlanlar kəndlilərə sahəyə çıxmağa imkan vermirlər
İsmayıllıda 10-dan çox kəndi sel basıb, yollar dağılıb
Bu kənddə almanların ruhu dolaşır

Azərbaycanın Baş naziri Moskvaya dəvət olundu

5
Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.

BAKI, 20 aprel - Sputnik. Bu gün Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir. Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edilib.

Hacıqabul sənaye məhəlləsində "GAZel-NEXT" və "GAZon NEXT" kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsi məmnuniyyətlə vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.

5
Teqlər:
rəsmi səfər, dəvət, Əli Əsədov, Mixail Mişustin, Azərbaycan, Rusiya
Zabrat gölü

Bakıda göllərin təmizlənməsinə sahibkarları cəlb edəcəklər

4
(Yenilənib 21:41 20.04.2021)
"Əsas məqsədimiz bu gölləri təmizləmək üçün sahibkarların, bu sahəyə marağı olan iş adamlarının həmin ərazilərdə müvafiq infrastruktur sahələrinin yaradılmasına cəlb etməkdir".

BAKI, 20 aprel — Sputnik. Azərbaycanda bəzi göllərin çirkli olmasının səbəbi tullantı sularının düzgün idarə olunmamasıdır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Ekspert saatı"nda Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə, təkcə Abşeron yarımadasında irili-xırdalı, quruyan və mövcud olan 800-dən çox göl və gölməçə var: "Bütün ərazilərdə yenidən monitorinq aparılıb, ilkin qiymətləndirmə hazırlanıb. Əsas məqsədimiz bu gölləri təmizləmək üçün sahibkarların, bu sahəyə marağı olan iş adamlarının həmin ərazilərdə müvafiq infrastruktur sahələrinin yaradılmasına cəlb etməkdir. Eyni zamanda, proqramda nəzərdə tutulan göllərin təmizlənməsinin həyata keçirilməsidir. Hesab edirəm ki, yaxın zamanda göllərin təmizlənməsi işlərinin şahidi olacağıq".

4
Teqlər:
sahibkar, təmizlənmə, göl, Bakı
Aleksey Navalnı, arxiv şəkli

Navalnını vərəm xəstəxanasında təkadamlıq kameraya saldılar

2
Navalnı martın 31-də Instagram səhifəsində "dəvət olunmuş həkimin içəri buraxılması" tələbi ilə aclıq elan etdiyini yazmışdı.

BAKI, 20 aprel - Sputnik. "Hazırda sərt rejimli koloniyanın vərəm xəstəxanasının təkadamlıq kamerasında olan Aleksey Navalnı özü ona qlükoza köçürülməsinə razılıq verib". 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə onun vəkili Olqa Mixaylova jurnalistlərə deyib.

Moskvanın Simonov məhkəməsinin fevralda "İv Roşe" şirkəti üzrə işə görə şərti cəzanı ləğv edib 3.5 il ümumi rejimli koloniyada həbs cəzası kəsdiyi Navalnı martın 31-də Instagram səhifəsində "dəvət olunmuş həkimin içəri buraxılması" tələbi ilə aclıq elan etdiyini yazmışdı. Olqa Mixaylova Navalnının durumu ilə əlaqədar bildirmişdi ki, onun ayaqları və kürəyi ağrıyır. Federal Cəzaların İcrası Xidməti (FCİX) müayinədən sonra Navalnının vəziyyətini stabil və qənaətbəxş adlandırmış və koloniyada bütün lazımi tibbi yardımı aldığını bildirmişdi.

Ötən həftə Vladimir vilayətinin FCİX-dən bildirmişdilər ki, Navalnını aprelin 5-dən 9-dək Pokrovdakı islah koloniyasının tibbi-sanitar bölməsində saxlayıb, sonra "səhhəti yaxşılaşdığından" geriyə, dəstəyə qaytarıblar. Bazar ertəsi isə həkimlər komissiyası Navalnının koloniyadan Vladimirdəki məhkumlar üçün vilayət xəstəxanasına köçürülməsinə qərar veriblər.

 

2
Teqlər:
kamera, vərəm, həbsxana, Rusiya, Aleksey Navalni