Çörək

Əhalini çörəklə imtahana çəkirlər

917
(Yenilənib 17:20 17.08.2016)
Son günlər yeni anlaşılmaz durum meydana çıxıb. İstehsalçılar çörəyin qiymətinin dəyişmədiyini bildirsələr də, ortada fərqli reallıq var.

BAKI, 16 avq — Sputnik. Bir müddətdir ki, çörəyin qiymətinin bahalaşması ilə bağlı mətbuatda yazılar dərc edilir. 40 qəpiklik çörəyin 50, 30 qəpiklik çörəyin isə 40 qəpiyə satıldığı qeyd olunurdu.

Bu hal bir neçə gün davam etsə də, daha sonra bu qida məhsulunda əvvəlki qiymətlər tətbiq edilməyə başlandı. Lakin son iki gündür ki, alıcılar çörək bazarında yeni vəziyyətlə üzləşiblər.

Bu barədə Sputnik-ə paytaxt sakini Murad Alıyev yazıb. Onun sözlərinə görə, hər gün çörək aldığı mağazada artıq 30 qəpiklik çörək satılmır, əvəzinə ölçüsü və çəkisi kiçildilmiş 40 qəpiklik çörək satılır. Daha aydın desək, bu gün əksər marketlər əvvəl satdıqları 30 qəpik dəyərində olan çörəyi hazırda 40 qəpiyə satır. Bu isə əhalidə ciddi narazılığa səbəb olub.

Yasamal rayon sakini Kamran Quliyev isə Sputnik-ə bunları deyib: "Bir ara çörəyin qiymətini qaldırdılar, sonra gördülər ki, insanlar buna ciddi etiraz edir, geri addım atdılar. İndi isə digər hiyləgər üsula əl atıblar. Çörəyin qiymətini saxlamaqla çəkisini azaldıblar. Bu rəzillik yəqin ki, ancaq bizim ölkəmizdə ola bilərdi".

Mövzunu Sputnik-ə dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hökuməti tənqid edib: "Bu sahədə hökumətin siyasəti düzgün qurulmayıb. Əgər hökumət istəyirsə ki, çörəyin qiyməti aşağı düşsün, əlində olan rıçaqlardan istifadə eləməlidir. Gömrük rüsumlarını aşağı salsın, bolluq yaratsın, əkinçiliyi yüksəltsin. Yoxsa inzibati yolla bazar qanunlarına müdaxilə etmək düzgün deyil".

Mağaza vitrinində çörəklər
© Sputnik / Fuad Hasanov
Mağaza vitrinində çörəklər

"Hər şənbə-bazar günləri Kənd Təsərrüfatı Nazirliyinin adamları yarmarkalara gedib qiymət tənzimləyir. Kartof, pomidor satana deyirlər ki, sən bu qiymətə satmalısan, sən o qiymətə və s. Bu, bazar iqtisadiyyatına zidd hərəkətdir. Prezidentin apardığı siyasətə də ziddir", — E. Hüseynov bildirib.

Ekspert daha sonra deyib: "Doqquz mərtəbəli binada əyləşmiş, 144 ştatı olan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu işlə məşğuldur ki, zavod çörəyinin qiyməti 10 qəpik qalxmasın. Hansı ki, 1 manat 20 qəpiyə çörəklər də var. Təkcə zavod çörəyinin üzərində dayanıblar. Və bunun da qiyməti dövlət tərəfindən tənzimlənmir. Hökumət bu məsələdə səhv edir. Əlbəttə, belə vəziyyətdə, yəni inzibati mexanizm işləyəndə istehsalçı çörəyin keyfiyyətini, çəkisini aşağı salacaq, çörəyin nəmliyini qaldıracaq və s. Yəni hökumətin səhv siyasətinin nəticəsidir ki, belə anormal hal yaranıb".

Paytaxtın ən böyük çörək istehsalçısı olan "Bakıxanov" Çörək Zavodunun satış meneceri Rövşən Bəşirov isə Sputnik-ə açıqlamasında, zavodun istehsal siyasətində heç bir dəyişiklik edilmədiyini bildirib: "Hər çörəyin öz çəkisi və qiyməti var. Hansı mağaza necə istəyir, elə də sifariş verir. Bizim özümüzə gəldikdə, nə çörəyin çəkisində, nə də qiymətlərdə hansısa dəyişiklik etmişik".

"Marketlərin hansı qiymətləri qoyduğu artıq bizim səlahiyyətimizdə deyil. Ancaq bir daha sizi əmin edirəm ki, biz çörək məhsullarını əvvəlki qiymətlə paylayırıq", — deyə R. Bəşirov qeyd edib.

Digər iri çörək istehsalçı olan "Gilan №1" zavodundan Sputnik-ə bildiriblər ki, onlarda da qiymətlə bağlı hələlik heç bir dəyişiklik yoxdur. Lakin şirkətin satış meneceri əlavə edib ki, yaxın vaxtlarda çörəyin qiymətində artım ediləcək. Zavod bunu, əsas xammal olan unun qiymətinin yüksəlməsi ilə əlaqələndirib.

917
Teqlər:
çörək, market, paytaxt, cəmiyyət, qiymət
Əlaqədar
Çörəyi "daşdan çıxan" adam və ya azərbaycanlı "Rembo"
Onları bir tikə çörəyə görə həlak etməyin!
Qarabağlılar güllə yağışı altında çörək becərmək istəmirlər
Gəmidə oturub, gəmiçinin çörəyinə bais olanlar...
Çörəyin qiymətini süni şəkildə qaldıran iki vəzifəli şəxs tutulub
Məktəblərin birində, arxiv şəkli

Professor məktəblərdə dərslərlə bağlı təklif irəli sürüb: "Özüm hazırlayıb keçərəm"

2
(Yenilənib 13:08 05.12.2020)
"Düşünürəm ki, ali məktəb rəhbərləri və Təhsil Nazirliyinə müraciət etdikdən sonra məsələni kütləviləşdirmək və reallaşdırmaq olar" - Nəsiman Yaqublu

BAKI, 5 dekabr — Sputnik. Məktəblərdə "Zəfər-Vətən" dərslərinin keçirilməsi ilə bağlı təklif irəli sürülüb. Bakı Dövlət Universitetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu təkliflə universitetin professoru Nəsiman Yaqublu çıxış edib. O bildirib ki, "Zəfər-Vətən" dərsləri zamanı bütün müəllimlər tarixi qələbəmizdən, o cümlədən bu zəfərin əhəmiyyətindən, azad edilmiş ərazilərimizdən, şəhid və qazilərimizin fədakarlığındann birlik və həmrəyliyimizdən danışsınlar:

"Sərəncama uyğun olaraq hər il noyabrın 8-də ali və orta məktəblərdə xüsusi mövzunun - "Zəfər-Vətən" dərslərinin keçirilməsi müsbət addım olar. Biz bu günləri unuda bilmərik. Düşünürəm ki, müxtəlif görüntülər, slaydlar vasitəsilə zəfər tariximizlə bağlı dərslərin keçirilməsi məqsədəuyğun olar. Şəxsən mən həmin materialları hazırlamağa və dərsi tədris etməyə hazıram".

"Biz gənclərimizi şəhidlərimizin, qazilərimizin ruhunda tərbiyə etməliyik. Düşünürəm ki, ali məktəb rəhbərləri və Təhsil Nazirliyinə müraciət etdikdən sonra məsələni kütləviləşdirmək və reallaşdırmaq olar".

2
Teqlər:
Zəfər Günü, Vətən, BDU, professor, dərs, məktəb
Uqandad, arxiv şəkli

Gələn ilin bəd xəbəri özündən əvvəl gəlib: Onlarla ölkənin qapısını aclıq döyəcək

9
(Yenilənib 12:46 05.12.2020)
"Biz hamıya kömək edə bilmərik. Ona görə də prioritetləri təyin etməliyik. Aclıq onlarla ölkənin qapısını döyəcək" - Devid Bizli

BAKI, 5 dekabr — Sputnik. BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bizli bildirib ki, dünyada misli görünməmiş aclıq olacaq: COVID-19 səbəbindən 270 milyon insan acından ölə bilər.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bizli BMT-nin Baş Assambleyasının sessiyasında çıxışı zamanı 2021-ci ildə humanitar böhranın olacağı barədə xəbərdarlıq edib.

«75 il əvvəl BMT qurulandan bəri 2021-ci il, yəqin ki, ən güclü humanitar böhranın yaşandığı il olacaq. Biz hamıya kömək edə bilmərik. Ona görə də prioritetləri təyin etməliyik. Aclıq onlarla ölkənin qapısını döyəcək”, - Bizli deyib.

Onun sözlərinə görə, son illərdə silahlı münaqişələrin çoxalması aclıq təhlükəsilə üzləşən insanların sayını 80 milyondan 135 milyonadək artırıb. 2020-ci ildə isə COVID-19 pandemiyası bu rəqəmi 270 milyona çatdırıb.

COVID-19-a yoluxanların sayı 66 milyonu ötdü - Çin Azərbaycandan da geri pillədə>>

Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Gebreyesus vaksinlərlə mübadilə proqramı üçün dərhal 4.3 milyard dollar ayrılmasını istəyib.

“Biz vaksin uğrunda mübarizədə varlıların kasıbları əzdiyi bir dünya ilə barışa bilmərik. Bu, qlobal böhrandır və onun həlli üçün olan resurslar qlobal ictimai dəyərlər kimi ədalətlə bölünməlidir”, - Gebreyesus qeyd edib.

Bu ilin oktyabrında BMT-nin Ümumdünya Ərzaq Proqramı Nobel sülh mükafatının laureatı olub. Bu barədə qərarı Norveç Nobel Komitəsi verib. Komitədən bildirilib ki, humanitar proqram “aclıqla mübarizədə göstərdiyi səylərə, münaqişə zonalarında həyat şərtlərinin yaxşılaşdırılması cəhdləri və aclıqdan müharibə və münaqişə silahı kimi istifadə olunmasına qarşı mübarizədə aparıcı qüvvə kimi fəaliyyətlərinə görə” mükafata layiq görülür.

“Builki mükafatla Norveç Nobel Komitəsi dünyanın nəzərlərini aclıqdan əziyyət çəkən və aclıq təhlükəsi ilə üz-üzə qalan milyonlarla insana yönəltməsini istəyir”, - mükafat barədə şərhdə deyilirdi.

Komitənin sədri Berit Rayss-Andresen həmçinin vurğulamışdı ki, kömək göstərilməsi və ərzaq yardımı dünyada sabitlik perspektivlərini yaxşılaşdırmağa imkan verir.

Hələ bu ilin aprelində Bizli deyirdi ki, ilk növbədə aparıcı ölkələr hərbi münaqişələrin dayandırılması üçün işlər görməlidir. Hərbi əməliyyatların iştirakçıları isə ehtiyacı olan insanlara humanitar yardım göstərilməsi üçün maneəsiz şərait yaratmalıdırlar. Bundan başqa, onun sözlərinə görə, planet üzrə humanitar yardımların çatdırılması üçün logistika mərkəzlərinin yaradılmasına 350 milyon dollar tələb olunur.

“Vaxt bizim əleyhimizə işləyir, ona görə də gəlin müdrikcəsinə və cəld hərəkət edək”, - Bizli əlavə edib. Proqram rəhbərinin xəbərdarlığına görə, əgər BMT-yə lazımi yardım göstərilməsə, hər gün 300 min insan aclıqdan öləcək. Aclıq ümumilikdə 30 ölkəni əhatə edə bilər.

2020-ci ildə vəziyyəti qəlizləşdirən təkcə koronavirus deyil, eləcə də neft qiymətlərinin çökməsi, turizm sahəsində maliyyə itkiləri, iş yerlərinin azalması, əmək miqrantlarının gəlirlərinin sıfırlanması olub.

BMT-nin aylar öncəki proqnozuna görə, 2020-ci ilin sonunadək 265 milyon insan aclıqdan əziyyət çəkəcəkdi ki, bu da ötən ilin göstəricilərini iki dəfə üstələyir.

Koronavirusun yayılması isə artıq mövcud olan neqativ amillərə - müharibələrə, iqlim dəyişikliklərinə, iqtisadi böhrana – daha yeni problemlər əlavə etməkdədir, BMT-nin Ərzaq Proqramının hesabatında deyilir.

“COVID-19 pandemiyası həyatı tükdən asılı olan milyonlarla insan üçün fəlakətdir. Bu o insanlardır ki, yalnız gün ərzində nəsə qazana bildikləri təqdirdə qida qəbul etmək imkanları olur”, - Ərzaq Proqramının aparıcı mütəxəssisi Arif Hüseyn bildirib.

Bu zaman söhbət ərzaq çatışmazlığından deyil, məhz aclıqdan gedir. Dünyada xroniki olaraq qida qəbul edə bilməyənlərin sayı çoxdur: Afrikada 100 milyon, Yaxın Şərqdə və Asiyada 43 milyon, Latın Amerikasında 18.5 milyon aclıqdan zəiyyət çəkir.

 

9
Teqlər:
vaksin, Koronavirus, COVID-19, epidemiya, ərzaq, BMT, fəlakət, humanitar, böhran, aclıq, dünya