Təqaüdçülər. Arxiv şəkli

Necə etməli ki, insanlar təqaüdə çıxmaqda maraqlı olsunlar?

131
(Yenilənib 11:26 16.08.2016)
Avropa ölkələrində insanlar həvəslə təqaüd yaşlarını gözləsələr də, post-sovet məkanda vəziyyət əksinədir. Bu baxımdan müəllimlərin və həkimlərin pensiya yaşına çatan kimi işdən uzaqlaşdırılması heç də birmənalı qarşılanmır.

Rusiya prezidenti Vladimir Putin məmurların təqaüd yaşının artırılması ilə bağlı qanunu imzalayıb. Bu vaxta kimi kişilər 60, qadınlar isə 55 yaşında təqaüdə çıxa bilərdilərsə, gələn ilin yanvarın 1-dən bu müddət kişilər üçün 65, qadınlar üçün 63 yaş həddində müəyyən olunub.

Yeni qanun federel, regional və bələdiyyə qulluqçularının təqaüdə çıxana kimi minimal qulluq stajını konkret şərtlər daxilində müəyyənləşdirir. Bundan sonra Rusiyada məmurların təqaüd yaşı hər il altı ay müddətəinə uzadıla bilər.

"Pensiya yaşnını artırılması o halda baş verə bilər ki, Rusiyada insanların orta yaş hədi artsın". Sosial müdafiə və əmək naziri Maksim Topilin jurnalistlərə açıqlamasında belə deyib.

Nazirin sözlərinə görə, hazırda ölkədə orta yaş həddi 71,5 ildir ki, bu da o qədər də əhəmiyyət kəsb eləmir. Bundan əvvəlsə Rusiyanını iqtisadiyyat nazirliyi bəyan etmişdi ki, təqaüd yaşının artırılması müəyyən qədər büdcə xərclərinin azalmasına təsir göstərəcək.

Rusiya təcrübəsindən çıxış eləsək, Azərbaycanda təqaüd yaşının uzadılmasına münasibət necə ola bilər? Psixoloq Elnur Rüstəmov deyir ki, Azərbaycanda dünya praktikasına istinad edib təqaüd yaşını uzadırlar.

"Elə sahələr var ki, orada təqaüd yaşı işin ağırlıq dərəcəsinə görə nəzərə alınmalıdır. Bildiyim qədər bununla bağlı təkliflər paketi hazırlanır. Bəlli bir yaşdan sonra artıq biz görürür ki, insanların faydalı iş əmsalı aşağı düşür", — mütəxəssis deyib.

Psixoloq hesab edir ki, müəyyən sahələrdə güzəştlər olunmalıdır: "Elə sahələr var ki, orada təqaüd yaşı mütləq dünya praktikasına uyğun olaraq götürülməlidir".

İş orasındadır ki, istənilən Avropa ölkəsində insanlar həvəslə təqaüd yaşlarını gözləsələr də, post-sovet məkanda, xüsusən də Azərbaycanda vəziyyət əksinədir. Bu baxımdan müəllimlərin və həkimlərin pensiya yaşına çatan kimi işdən uzaqlaşdırılması heç də birmənalı qarşılanmır.

Məsələn, Simuzər məllimə uzuzn illər ibtidai sinif müəllimi işləyib, məktəbdən uzaqlaşdıqdan sonra isə bu sevimli məşğuliyyətini öz evində açdığı sinifdə davam etdirir. Bir vaxtlar yetişdirdiyi şagirdlərinin uşaqlarını mənzilində ayırdığı bir otaqda orta məktəbə hazırlayır, hətta bir çoxları dərsdən sonra uşaqlarını hazırlaşdırmaq üçün onun yanına gətirirlər.

Simuzər məllim deyir ki, o, peşəsini çox sevir və heç də əmək qabiliyyətini itirməyib, əksinə yeni metodikanı mənimsəməkdə cavan kadrlardan qətiyyən geri qalmır. İnsanıların öz uşaqlarını ona etibar etməsini isə uzun illər boyu qazandığı etimadla bağlayır.

Ümumiyyətlə necə eləmək olar ki, insanlar təqaüdə çıxmaqda maraqlı olsunlar. Elnur Rüstəmovun fikrincə, bunun üçün stimullaşdırma işləri aparılmalıdır: "İnsanlar fikirləşirlər ki, təqaüdə çıxsam, mən nə ilə məşğul olacam? Biz problemləri daha çox pedoqoji və səhiyyə sahəsində görürük. Amma bu kimi problemlər dövlət qurumlarında da var. Sadəcə insanlar özlərini asudə vaxtlarını keçiməyə motivasiya etməlidirlər".

"İnsan arzulamalıdır ki, artıq təqaüd yaşına çatmışam, gedib nəvələrimlə, övladlarımla vaxt keçirməliyəm, yaxud da bağ salmalı, xatirələrimi yazmalıyam. Bunlar olmadıqda isə yapışırlar kreslosundan getmək istəmirlər", — psixoloq əlavə edib.

Ekspertlərin əksəriyyətinin fikri belədir ki, təqaüd məbləğı əmək haqqı ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olduğundan, yaşlı adamlar pensiyaya çıxmaqda maralı deyillər. Qeyd edək ki, Azərbaycanda təqaüd yaşı 65 müəyyənləşsə də, bu məcburi qayda daha çox müəllim və həkimlərə şamil edilir.

131
Teqlər:
Elnur Rüstəmov, təqaüd, həkim, psixoloq, Vladimir Putin, pensiya, müəllim
Əlaqədar
Əmək pensiyalarının baza hissəsi artırıldı
Maliyyə Nazirliyi: Qiymətlər qalxsa, pensiyalar artırılacaq
Azərbaycanda pensiya yaşı artırıla bilər
DSMF: Pensiya kartlarında hər hansı dəyişiklik baş verməyib