CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda növbəti söküntünün ünvanı dəmiryol vağzalı ətrafındakı obyektlərdir

© Sputnik / Fuad HasanovBakı Dəmiryol Vağzalında təmir-tikinti işlərinin hazırki vəziyyəti
Bakı Dəmiryol Vağzalında təmir-tikinti işlərinin hazırki vəziyyəti - Sputnik Azərbaycan
Abunə olmaq
Mövcud vəziyyətdən narazı qalan sahibkarlarla yanaşı, işlərin yekununda hər şeyin əvvəlkindən daha yaxşı olacağına ümid edən obyekt sahibləri da var idi.

BAKI, 2 avq — Sputnik. Üç ildən artıqdır ki, təmirə bağlanan, lakin işlərin olduqca zəif aparıldığı Bakı Dəmiryol Vağzalında bir neçə gündür hərəkətlilik müşahidə olunur. Əraziyə çoxlu sayda texnika və işçilər cəlb olunub. Vağzal bütövlükdə hasara alınaraq, içəridə və ətrafda olan bütün mağazalar və xırda dükanlar uçurulub və ya qapadılıb.

Sputnik olaraq, təmir və tikinti işləri ilə yaxından tanış olmaq üçün Bakı Dəmiryol Vağzalına üz tutduq. Əvvəlki illərdən fərqli olaraq, təmir prosesi sürətlə aparılırdı. Kranlar, texnika vasitələri dayanmadan işləyirdi.

Qeyd edək ki, yenidənqurma işləri ilə əlaqədar olaraq, vağzal ətrafı yerləşən obyektlərin 90%-i sökülüb, qalanı da yaxın günlərdə söküləcək. Bir çox sahibkar mövcud vəziyyətdən ciddi narahat olduqlarını, gündəlik qazancdan məhrum qaldıqlarını bildirir.

Görülən işlər barəsində yerində ətraflı məlumat ala bilməsək də, Dövlət Dəmir Yolları ASC-nin mətbuat katibi Nadir Əzməmmədov Sputnik-in suallarını cavablandırıb. Təmir işlərinin ən qısa zamanda tamamlanacağını deyən mətbuat katibi, sökülən obyektlər barəsində də vacib açıqlamalar verib. Nadir Əzməmmədov sahibkarların narahatlığını yaxşı başa düşdüyünü, ancaq əlavə təşvişə ehtiyac olmadığını söyləyib.

© Sputnik / Fuad HasanovBakı Dəmiryol Vağzalında təmir-tikinti işlərinin hazırki vəziyyəti
Bakı Dəmiryol Vağzalında təmir-tikinti işlərinin hazırki vəziyyəti - Sputnik Azərbaycan
1/5
Bakı Dəmiryol Vağzalında təmir-tikinti işlərinin hazırki vəziyyəti

2/5

3/5

4/5

5/5

"Vağzal ətrafında olan mağazalar sökülüb yenidən müasir formada tikiləcək. Və həmin sahibkarlara köhnə qiymətlərlə qaytarılacaq. Yəni sahibkarlar uduzmayacaq, əksinə daha gözəl görkəmli obyektlər işlədəcək".

N.Əzməmmədovun pozitiv bəyanatına baxmayaraq, vağzal ətrafı obyekt işlədənlərin bir çoxu Dəmiryolu rəhbərliyinə inanmadıqlarını bildiriblər.
"Birincisi, burada təmir işlərinin nə vaxt yekunlaşacağını bir Allah bilir. O vaxta qədər görün biz nə qədər pul itiririk. İkincisi də, əgər obyektlər nə vaxtsa öz sahiblərinə qaytarılsa belə, əvvəlki qiymətlərin olacağına heç kim zamin durmur. Biz Azərbaycanda yaşayırıq, bu ilk belə hadisə deyil. Söz verirlər, sonra sözlərinin üstündə durmurlar", — deyə sahibkar Ziyəddin Qəribov bildirib.

Mövcud vəziyyətdən narazı qalan sahibkarlarla yanaşı, işlərin yekununda hər şeyin əvvəlkindən daha yaxşı olacağına ümid edən obyekt sahibləri da var idi. Anar adlı sahibkarın dediyinə görə, onu əmin ediblər ki, təmir yekunlaşandan sonra obyektini yeni və müasir formada, özü də köhnə qiymətlə qaytaracaqlar.

Xəbər lenti
0