Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu

Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu

39
(Yenilənib 19:02 30.07.2016)
Tədbirdə maarifləndirici animasion sosial çarx da nümayiş etdirildi

BAKI, 30 iyul — Sputnik. Bu gün, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə, "Biosfer" İctimai Birliyi tərəfindən həyata keçirilən "Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların təşkili" layihəsinin yekunları ilə bağlı sərgi təşkil olunub. Sputnik xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan Qəsəbə Mədəniyyət Evində keçirilib.

Sərginin açılışı zamanı çıxış edən layihə rəhbəri Tural Məmmədov, görülən işlər barədə məlumat verib: "May ayından başlayaraq, QHT Şurasının ayırdığı maliyyə yardımı sayəsində həyata keçirdiyimiz layihəyə ümumilikdə 100 nəfər əlilliyi və sağlamlıq imkanı məhdud olan uşaq cəlb olundu. İndiyədək həmin uşaqlar üçün 4 peşəyönümlü kurs təşkil etdik və kurslarda müxtəlif peşələr (hörmə, tikmə, naxış vurma, suvenir hazırlama və saor) öyrədildi. Bu günkü tədbirdə də uşaqların kurslar zamanı hazırladıqları əl işləri nümayiş olunur".

T. Məmmədov çıxışında Şuranın və İctimai Birliyin rəhbərliyinə təşəkkürünü də ifadə edib: "Şura bizim bu istiqamətdəki layihəmizi artıq bir neçə dəfə müsbət dəyərləndirib və qrant ayırıb. Biz də hər zaman bizə göstərilən etimadı doğrultmağa çalışırıq. Buradan Şuranın rəhbərliyinə bu xeyirxah təşəbbüsümüzə dəstək verdiyi üçün təşəkkür edirəm və inanıram ki, bu əməkdaşlığımız bundan sonra da davam edəcək. Bir məqamı da qeyd edim ki, təşkilatımızın sədri Qorxmaz İbrahimli obyektiv səbəbdən bu tədbirdə iştirak edə bilmir, lakin övladlarımızın gələcəyi üçün faydalı olan belə təşəbbüslərə hər zaman dəstək verməyə hazır olduğunu sizlərə çatdırmağımız istədi".

  • Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu
    Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu
    Sputnik. Fərid Babayev
  • Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu
    Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu
    Sputnik. Fərid Babayev
  • Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu
    Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu
    Sputnik. Fərid Babayev
  • Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu
    Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu
    Sputnik. Fərid Babayev
  • Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu
    Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu
    Sputnik. Fərid Babayev
  • Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu
    Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu
    Sputnik. Fərid Babayev
  • Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu
    Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu
    Sputnik. Fərid Babayev
1 / 7
Sputnik. Fərid Babayev
Əlilliyi olan uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu

Şüvəlan Qəsəbə Mədəniyyət Evinin direktoru Natiq Abbasov çıxışında sözügedən layihəni müsbət təşəbbüs kimi dəyərləndirib: "Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaqların, gənc nəslin üzərindən diqqət və qayğısını heç vaxt əsirgəməyib. Bu layihə də dövlətin övladlarımız, fiziki məhdudiyyəti olan uşaqlar üçün yaratdığı imkanların, şəraitin bariz nümunəsidir. Məkanımızı bu cür xeyirxah bir iş üçün ayırmağımızdan çox məmnunuq".

Daha sonra layihə çərçivəsində hazırlanmış maarifləndirici animasion sosial çarx nümayiş olundu və ardınca qonaqlar sərgidə nümayiş olunan əl işləri ilə tanış olmağa başladılar. Qeyd etmək lazımdır ki, hazırlanan əl işlərini tamaşaçılar çox bəyəndilər. Bu cür mükəmməl əl işlərinin qısa zaman kəsiyində hazırlanması və bu sahədə uşaqların xüsusi qabiliyyət nümayiş etdirmələri hər kəsi heyrətləndirdi.

39
Teqlər:
Natiq Abbasov, Tural Məmmədov, "Biosfer" İctimai Birliyi, QHT, əlil, sərgi, uşaq
Əlaqədar
“Onlar gözəl mütəxəssis olacaqlar”
Fiziki məhdudiyyətli uşaqlar üçün sonuncu peşəyönümlü kurs təşkil olundu
Əlilliyi olan uşaqlar üçün növbəti kurs təşkil olunub
Sağlamlıq imkanı məhdud uşaqlara müxtəlif peşələr öyrədilir
Sputnik V peyvənd, arxiv şəkli

İran vaksin ala bilmək üçün onu qeydiyyatdan keçirdi

1
(Yenilənib 20:03 26.01.2021)
"Biz ümid edirik ki, yaxın gələcəkdə onu ala biləcəyik, həmçinin Rusiya və İranın müvafiq institutları tərəfindən birgə istehsala başlayacağıq"

BAKI, 26 yanvar — Sputnik. Rusiya istehsalı olan "Sputnik V" İranda uğurla qeydiyyatdan keçib. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

"Sizi məlumatlandırmaq istəyirik ki, "Sputnik V" vaksini dünən İranda qeydiyyatdan keçib. O, bizim sanitar rəhbərliyimiz tərəfindən təsdiqlənib və biz ümid edirik ki, yaxın gələcəkdə biz onu ala biləcəyik, həmçinin Rusiya və İranın müvafiq institutları tərəfindən birgə istehsala başlayacağıq", - deyə Zərif qeyd edib.

Xatırladaq ki, ötən il avqustun 11-də Rusiya Prezidenti Vladimir Putin ölkəsində koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onun qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib.

Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb. Bu ad 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.

""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.

1
Teqlər:
qeydiyyat, Sputnik-V peyvəndi, vaksin, Rusiya, İran
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Sumqayıt Kimya Sənaye Parkı, arxiv şəkli

Hamısını bir əl idarə edəcək. Bunun nəyi yaxşıdır?

7
(Yenilənib 19:41 26.01.2021)
Ekspertlər yeni agentliyin yaradılmasının ölkəyə sərmayə axını, ixracın genişlənməsi və iş yerlərinin yaradılması prosesini müsbətə doğru tətikləyəcəyini vurğulayırlar

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. Prezident İlham Əliyevin fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əsasında İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyi sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir.

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, agentliyin yaradılmasında məqsəd əksər sənaye parkları, sənaye məhəllələri və aqroparkların fəaliyyətinin daha təkmil şəkildə qurulmasına, eyni zamanda innovativ metodlardan istifadə edilməsinə nail olmaqdır: "Əsas məqsəd dövlət dəstəyinin gücləndirilməsi ilə bağlıdır. Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların bir agentlik tərəfindən idarə olunması və nəzarətin həyata keçirilməsi həm də dövlət dəstəyinin gücləndirilməsi baxımından çox vacibdir. Bu, nəticədə imkan verəcək ki, bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsi həyata keçirilsin".

Deputat bildirib ki, yeni agentlik həm sənayedə, həm də aqrar sektorda daha innovativ hesab olunan məhsulların istehsalına, dövlət-özəl tərəfdaşlığının və dövlət dəstəyinin gücləndirilməsinə xidmət edəcək:

"O baxımdan, yeni agentliyin yaradılması təqdirəlayiqdir. Bu, birmənalı şəkildə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsinə imkan yaradacaq. Xüsusən də kənd təsərrüfatında emaledici məhsulların istehsalında artımlar müşahidə olunacaq".

"Gözlənilir ki, yeni agentliyin formalaşması daha çevik və təkmil idarəetmənin qurulmasına imkan yaratmaqla sənaye və emaledici kənd təsərrüfatı məhsullarının istehsalının artmasına gətirib çıxaracaq", - deyə millət vəkili əlavə edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Museyibov da bildirib ki, sənaye parkları, sənaye məhəllələri və aqroparkların işinin səmərəli və yeni tənzimləyici və idarəetmə çərçivəsində təşkili ölkəyə sərmayə axını, ixracın genişlənməsi və iş yerlərinin yaradılması prosesini müsbətə doğru tətikləyəcək: "4-cü sənaye inqilabının texnologiyalarının ölkəyə transfer edilməsi baxımından da yeni islahat tədbiri mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də bio, fiziki və rəqəmsal texnologiyaların tətbiqində yeni agentlik və formalaşmış qanunvericilik bazası mühüm rol oynayacaq. Agentliyin yaranması ölkədəki mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək üçün əhəmiyyət kəsb edir".

7