“Beş Barmaq” pirinin bugünkü vəziyyəti

Məşhur ziyarətgahımızda acınacaqlı mənzərə

2466
(Yenilənib 15:52 29.07.2016)
İnsanların ümid yeri hesab etdikləri pirlərin, ziyarətgahların, müqəddəs məkanların ərazisini bu günə salmağa günah deyək, yaxud insanların inanclarına hörmətsizlik, bilmirik...

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. Ölkəmin bütün bölgələri gözəldir. Gəzdikcə gəzməkdən yorulmursan. Xüsusən də yay aylarında şəhərin səs-küyündən, qızmar havasından baş götürüb bölgələrə qaçmaq həm ruhu sakitləşdirir, həm də enerji toplayırsan.

Mən də həftə sonları bölgələrimizə üz tuturam. Ən çox şimal bölgəsinə üstünlük verirəm. Havası və Bakıya yaxınlığı burada mühüm rol oynayır. Yəni gedib bir gün qalıb, yorulmadan geri qayıda bilirsən.

Hər dəfə yolumuz Qubaya (gedişdə və dönüşdə) Bakı-Siyəzən avtomobil yolunun 95-ci km-də yerləşən, el arasında "Xıdır Zində" kimi tanınan "Beş barmaq" pirində ayaq saxlayırıq. Burada dayanıb dincəlmək artıq hamı üçün proqram halını alıb. İri yük maşınları, TIR-lar, Bakıdan bölgəyə və əksinə hərəkət edənlər — hər kəs burada ayaq saxlayır.

Yenə yolumuz Qubaya düşdü. Qayıdanda "Beş barmaq"da dayandıq. Bu məkan dəniz səviyyəsindən 445 metr yüksəklikdədir. Pir yoldan 5 km kənarda yerləşir. Ora gedən yol yayda toz, qışda sürüşkən olur. Buna görə də çox adam pirə getmədən, elə yol kənarına qoyulmuş "nəzir qutu"larını "gördükdən", yol üçün qida və su aldıqdan və təbii ehtiyaclarını ödədikdən sonra yoluna davam edir.

Bu, uzun illərdən bəri belə olub. Amma son dövrlərdə "Beş barmaq" ərazisində güclü anti-sanitariya durumu yaranıb. Üzləşdiyimiz mənzərədən sarsıldığımızı deməsək, yalan olar.

  • “Beş Barmaq” pirinin bugünkü vəziyyəti
    “Beş Barmaq” pirinin bugünkü vəziyyəti
    © Sputnik / İrade CELIL
  • “Beş Barmaq” pirinin bugünkü vəziyyəti
    “Beş Barmaq” pirinin bugünkü vəziyyəti
    © Sputnik / İrade CELIL
  • “Beş Barmaq” pirinin bugünkü vəziyyəti
    “Beş Barmaq” pirinin bugünkü vəziyyəti
    © Sputnik / İrade CELIL
  • “Beş Barmaq” pirinin bugünkü vəziyyəti
    “Beş Barmaq” pirinin bugünkü vəziyyəti
    © Sputnik / İrade CELIL
  • “Beş Barmaq” pirinin bugünkü vəziyyəti
    “Beş Barmaq” pirinin bugünkü vəziyyəti
    © Sputnik / İrade CELIL
  • “Beş Barmaq” pirinin bugünkü vəziyyəti
    “Beş Barmaq” pirinin bugünkü vəziyyəti
    © Sputnik / İrade CELIL
  • “Beş Barmaq” pirinin bugünkü vəziyyəti
    “Beş Barmaq” pirinin bugünkü vəziyyəti
    © Sputnik / İrade CELIL
  • “Beş Barmaq” pirinin bugünkü vəziyyəti
    “Beş Barmaq” pirinin bugünkü vəziyyəti
    © Sputnik / İrade CELIL
1 / 8
© Sputnik / İrade CELIL
“Beş Barmaq” pirinin bugünkü vəziyyəti

Qadın və kişi tualetinin eyni olması, şəraitsizlik, toz-duman, açıq havada bişirilən qidaların qoxusu bu məkanı acınacaqlı vəziyyətə salıb. Bir tərəfdə "isti qarğıdalı var" deyib bağıranlar, digər tərəfdə mənşəyi məlum olmayan ətdən "lülə kabab var, ay xanım" qışqıranlar və ətrafı bürümüş toz-duman…

"Pir dayanacağı" adlanan yerdə cəmi bir tualet var. Üzərində həm "Q", həm də "K" yazılıb. Özü də 20 qəpiyə. Ayaqyoluya nəzarət edən xanım deyir ki, "heç kim vəziyyətdən narazı deyil, sizə nə düşüb?" Bəlkə də haqlıdır…

Ayaqyoludan cəmi 10 metr aralıda manqal qoyub kabab bişirən, vedrədə, qazanda qarğıdalı bişirib satan satıcılar sıraya düzülüb. Nə yalan deyim, alıcıları da var.

Qarğıdalı satanlardan biri deyir ki, "bu dayanacaq Bakıdan şimala və şimal bölgəsindən Bakıya gələnlər üçün rahatlıq dayanacağıdır". Sonra davam edir: "Biz, sadəcə öz məhsulumuzu təklif edirik. Kimsə kimisə nəsə almağa məcbur etmir ki? Narazı olan almasın. Buranın da öz alıcıları var".

Yolun qarşı tərəfində iri həcmli yük maşınlarının qaldırdığı toz-duman buradakı qidaların üzərinə çöksə də, bu problem kimsəni düşündürmür. Burada özünə "lülə kabab" sifariş edən "Kamaz" sürücüsü Kazım Məmmədovun dediyinə görə, uzun illərdir bu yolu gedib-gəlir və hər dəfə də burada ayaq saxlayıb yemək alır.

"Vallah, ay qızım, yaxşı da yesək, öləcəyik, pis də yesək. Mən artıq öyrənmişəm buranın yeməklərinə. Yoxa lənət!", — sürücü razılığını ifadə edir.

Sağollaşıb uzaqlaşıram. Bir qədər kənardan müşahidə edirəm. Hamı ayaq saxlayır. Çox az adam tapılar ki, burada dayanmasın.

Əslində, bu cür məkanlara ehtiyac var: yol yorğunluğunu çıxmaq, qida və su təminatı, təbii ehtiyacların ödənilməsi və sair üçün. Amma daha təkmil, səliqəli, sanitar normalara uyğun, insanları mədəsini bulandırmayacaq şəkildə olması lazımdır. Və bir də insanların ümid yeri hesab etdikləri pirlərin, ziyarətgahların, müqəddəs məkanların ərazisini bu günə salmağa günah deyək, yaxud insanların inanclarına hörmətsizlik, bilmirik…

2466
Teqlər:
"Xıdır Zində", pir, "Beş barmaq", istirahət, Quba, dayanacaq, səfər
Əlaqədar
Prezident "Rəhimə Xanım" məscidini ziyarət edib
Sirli ziyarətgah: onu böyük daşqından kim qorudu?
Həcc ziyarəti bahalaşır
İran vətəndaşlarına ümrə ziyarətini qadağan edib
Nardaran ziyarətgahının axundu həbs edildi
Kəskin istilər və iqtisadi böhran həcc ziyarətinə də təsir edib

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

13
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

13
Azərbaycan və Türkiyə bayraqları olan tablo, arxiv şəkli

Ankara Opera Balet Teatrında ölkəmizə dəstək məqsədilə bədii proqram təqdim ediləcək

6
(Yenilənib 23:33 23.11.2020)
Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

BAKI, 23 noyabr — Sputnik. Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən birgə təşkil olunacaq.

Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

6
Teqlər:
dəstək, proqram, teatr