Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

Azərbaycanda QHT-lərin Açıq Hökumət Platforması yaradılacaqmı?

98
Azərbaycan AHT təşəbbüsünə ilk qoşulan ölkələrdəndir. Hökumət AHT ilə bağlı 2 dəfə Fəaliyyət Planı qəbul edib. Yeni Fəaliyyət Planı 2016-cı ildə qəbul edilib.

BAKI, 28 iyul — Sputnik. 21-22 iyulda Filippinin paytaxtı Manila şəhərində Açıq Hökumət Tərəfdaşlığı (AHT) çərçivəsində "Asiya-Sakit Okean Regional Dialoq" adlı ikigünlük konfrans keçirilib. Asiya İnkişaf Bankının mənzil qərargahında keçirilən tədbirə Sakit Okean hövzəsi və Asiya qitəsini AHT-də təmsil edən 12 ölkənin 100-ə qədər iştirakçısı qatılıb.

Samir Əliyev, iqtisadçı-ekspert
© Sputnik / Murad Orujov
Samir Əliyev, iqtisadçı-ekspert

Bu barədə Sputnik-ə məlumat verən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirib ki, Cənubi Qafqaz ölkələrinin dövlət qurumlarının nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri də bu tədbirə qatlıb. Regional konfransda Azərbaycan yalnız vətəndaş cəmiyyəti səviyyəsində təmsil olunub. S.Əliyevin sözlərinə görə, vətəndaş cəmiyyətinin Azərbaycanın AHT təşəbbüsündə qalmasında maraqlı olduğunu, ölkəmizin statusunun yaxşılaşdırılması üçün hökumətlə dialoqa hazır olduqlarını vurğulayıblar.

S.Əliyev qeyd edib ki, regional tədbir qarşıya 3 məqsəd qoymuşdu:
— Uğurlu təcrübələri bölüşməkdə və mənimsəməkdə ölkələr üçün məkanın yaradılması;
— AHT üzrə yeni qəbul edilmiş Milli Fəaliyyət Planlarının (2016-2018) təqdimatı və rəylərin alınması;
— Milli Fəaliyyət Planlarının dəstəklənməsi üçün tələblərin müəyyənləşdirilməsi.

Müzakirələrdə həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyətinin nümayəndələri ayrı-ayrılıqda təmsil etdikləri ölkələr üzrə yeni Milli Fəaliyyət Planının icra vəziyyəti barədə qısa açıqlamalar verdilər. Hər bir ölkə təmsilçisi AHT sahəsində həyata keçirdikləri layihələr və təşəbbüslər, əldə olunan nailiyyətlər barədə çıxış edilər. Monqolustanda mineral, neft və daşınmaz əmlaka sahiblik lisenziyalarının ictimai onlayn bazası yaradılıb. Gürcüstanda vətəndaşların hökumətə təkliflərinin çatdırılması üçün I-change.ge elektron petisiya platforması yaradılıb. Ermənistanda Maliyyə Nazirliyi büdcə xərclərinin elektron bazasını yaradıb və xərc maddələrinin təşkilatlar və sahələr üzrə bölgüsü göstərilib.

Hökumət qurumları ilə vətəndaş cəmiyyəti arasındakı dialoq tədbirin əsas müzakirə mövzusu oldu. AHT-nin baş direktoru Sanjay Pradhan çıxışında Açıq Hökumət Təşəbbüslərinin dəstəklənməsini vətəndaşların hüquq və imkanlarının artırılması üsulu kimi görür: "Üzv ölkələrin ambisiyalarını artırmaq lazımdır ki, vətəndaşların ən mühüm tələbləri ödənilməklə onların həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlsin. Bunun üçün prosesə daha çox hökumət qurumu və vətəndaş cəmiyyəti qoşulmalıdır".

S.Əliyevin sözlərinə görə, hökumət qurumları ilə vətəndaş cəmiyyəti arasındakı dialoq Azərbaycan üçün də aktualdır. Müzakirələrdən məlum olub ki, İndoneziya, Monqolustan, Filippin, Gürcüstan və Ermənistanda AHT təşəbbüslərinin yayılması üçün hökumət qurumları, vətəndaş cəmiyyəti nümayənlərinin iştirakı ilə konsultativ mexanizmlər yaradılıb: "Məsələn, Gürcüstanda hökumət və vətəndaş cəmiyyətinin iştirakı ilə Forum yaradılıb. Forum həmsədrlik prinsipi ilə idarə edilir. Həmsədrlər hökumət və vətəndaş cəmiyyəti nümayəndələri arasından seçilir. Digər ölkələrdə də analoji mexanizmlər fəaliyyət göstərir".

"Tədbir iştirakçıları hökumət-vətəndaş cəmiyyəti dialoqu barədə ətraflı danışdıqları halda Azərbaycanda belə dialoqun olmaması təəssüf hissi doğurur. Azərbaycan AHT təşəbbüsünə ilk qoşulan ölkələrdəndir. Hökumət AHT ilə bağlı 2 dəfə Fəaliyyət Planı qəbul edib. Yeni Fəaliyyət Planı 2016-cı ildə qəbul edilib. Ancaq 4 illik fəaliyyət dövründə AHT çərçivəsində vətəndaş cəmiyyəti ilə dialoq mexanizmi yaradılmayıb", — ekspert bildirib.

O, hesab edir ki, Azərbaycanda Açıq Hökumət Təşəbbüslərinin yayılması istiqamətində vətəndaş cəmiyyəti ilə konsultativ mexanizmlərin qurulması, o cümlədən vətəndaş cəmiyyətinin cəmləşdiyi Platformanın yaradılması, hökumətin vətəndaş cəmiyyətinin səslərini eşitməsi, onlarla dialoq və məsləhətləşmələr aparması vacibdir.

Əliməmməd Nuriyev
© Photo : APA
Əliməmməd Nuriyev

Bu məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev bildirib ki, AHT üzrə vətəndaş cəmiyyətinin hökumətlə çox uğurlu əməkdaşlıq təcrübəsi var: "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" hazırlanan zaman QHT-lərlə geniş və ətraflı müzakirələr aparılıb. Planın ilkin variantı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın saytında yerləşdirilib, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin təşkilatçılığı ilə QHT-lərin, müstəqil ekspertlərin iştirakı ilə ictimai müzakirə keçirilib. Komissiya bütün maraqlı tərəflərin rəylərini toplayıb və təklifləri nəzərə alıb".

"Eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası AHT ilə bağlı məsələləri diqqətdə saxlayır. Ötən və bu il qrant müsabiqələrində bu məsələlər müsabiqə mövzularından biri kimi nəzərdə tutulur. QHT-lərə qrantlar verilir. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya isə bu tədbilərə hər zaman təşkilatı, ekspert dəstəyi verir", — Ə. Nuriyev bildirib.

Onun sözlərinə görə, "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" kifayət qənaətbəxş səviyyədə icra olunub. QHT-lər də Planın icrasında, monitorinqində iştirak ediblər. Yeni Fəaliyyət Planı isə VCT-lərlə daha geniş və dərin əməkdaşlığı nəzərdə tutur. Eyni zamanda Planda AHT üzrə vətəndaş cəmiyyətinin müzakirə, dialoq platformasının yaradılması təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulub.

"Artıq bununla bağlı QHT-lər, müstəqil ekspertlər ilkin müzakirələr aparıblar. Müxtəlif yanaşmalar nəzərdən keçirilib. Şübhəsiz ki, bu cür platforma yaradılması çox əhəmiyyətlidir və AHT təşəbbüslərinin daha yaxşı səmərə verməsini şərtəndirən amillərdən biridir", — ekspert qeyd edib.

Ə. Nuriyev qeyd edib ki, AHT ilə bağlı VCT-lərin platformasının yaradılması ilə əlaqədar hələ iki il əvvəl təşəbbüs edilib. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya da dəstək verməyə hazır olduğunu byan edib. 3 dəfə geniş tərkibdə müzakirələr aparılıb. Lakin bir neçə QHT-nin, QHT sədrinin ambisiyaları bu təşəbbüslərin uğurla nəticələnməsinə imkan verməyib. Şəxsi ambisiyalar kompomiss imkanlarını arxa plana keçirib.

Şəbəkə koordinatoru hesab edir ki, hazırda "Açıq hökumət" Platformasının yaradılması ilə başlayan müzakirələr uğurla başa çatacaq. Çünki artıq VCT-lərin əksəriyyəti əməkdaşlıq, dialoq, səylərin əlaqləndirilməsinin zəruriliyini vacib hesab edirlər və bu çox güclü platforma yaradılmasını şərtləndirəcək.

Bu məqalə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan və "Tolerantlıq" Sosial Araşdırmalar İB tərəfindən həyata keçirilən ""Açıq Hökumət"in təşviqinə vətəndaş dəstəyi" layihəsi çərçivəsində dərc olunur.

98
Teqlər:
Əliməmməd Nuriyev, Samir Əliyev, vətəndaş cəmiyyəti, QHT, Açıq Hökumət Tərəfdaşlığı, Filippin
Əlaqədar
İşbaz QHT-çilər və reket jurnalistlər Prezident Aparatının diqqətindədir
QHT-lərə Dövlət Dəstəyi Şurasının yeni üzvləri təyin edildi
QHT rəhbəri dələduzluğa görə 10 il azadlıqdan məhrum edilib
QHT-lər ötüşə çıxacaq
Bəzi QHT-lər "qara siyahı"dan çıxarılmadı
Azərbaycan QHT-ləri Prezidentə müraciət etdi
Sənədin imzalanması, arxiv şəkli

Prezident medallarla bağlı qanunu təsdiqlədi

3
Dövlət başçısı İlham Əliyev “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında qanunu imzalayıb.

BAKI, 1 dekabr — Sputnik. Prezident İlham Əliyev "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənədə əsasən, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliklər edilib.

Dəyişikliyə görə, 1.1-ci maddəyə "Azərbaycan Respublikasının ən yüksək təltifi – "Heydər Əliyev" ordeni;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilib:

"Zəfər" ordeni;

"Qarabağ" ordeni;";

1.2. 2-ci maddəyə "Qızıl Ulduz" medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilsin:

"Cəsur döyüşçü" medalı;

"Döyüşdə fərqlənməyə görə" medalı;

"Suqovuşanın azad olunmasına görə" medalı;

"Cəbrayılın azad olunmasına görə" medalı;

"Xocavəndin azad olunmasına görə" medalı;

"Füzulinin azad olunmasına görə" medalı;

"Zəngilanın azad olunmasına görə" medalı;

"Qubadlının azad olunmasına görə" medalı;

"Şuşanın azad olunmasına görə" medalı;

"Kəlbəcərin azad olunmasına görə" medalı;

"Ağdamın azad olunmasına görə" medalı;

"Laçının azad olunmasına görə" medalı;

"Vətən müharibəsi iştirakçısı" medalı;

"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı.

Sənədlə həm də adları sadalanan medallar haqqında əsaslanmələr və medalların təsviri də təsdiqlənib.

Prezident İlham Əliyev həmçinin "Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında" qanunu imzalayıb.

Sənədə əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib və “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamə” təsdiqlənib.

3
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Bakıda xalça sərgisi, arxiv şəkli

Dünyaya səs salan Qarabağ xalçalarının rəngi qayıtdı

4
"Qız-gəlinlərimiz yenidən Azərbaycan xalqının ruhunu, hisslərini özündə əks etdirən əsrarəngiz, tayı-bərabəri olmayan biri-birindən nəfis xalçaları Qarabağda toxuyacaqlar"

BAKI, 1 dekabr — Sputnik. Qarabağın hər şəhərinin, hər kəndinin özünəməxsus xalça ənənələri var. Tarixən burada istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq, ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövqünü əks etdirib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu nəzərə alaraq, İkinci Qarabağ müharibəsi günlərində Azərbaycan Milli Xalça Muzeyi "Qarabağ xalça xəritəsi"ni hazırlayıb və izləyicilərinə təqdim edib:

"Qeyd edək ki, bu xəritədə hər bir şəhərə, rayona aid xalça nümunələri ağ-qara rənglərdə təsvir olunmuşdu. Müqəddəs torpaqlarımız işğaldan azad olunduqca "Qarabağ xalça xəritəsi" də al-əlvan rənglərə boyandı.

Bu gün isə, nəhayət ki, səbirsizliklə gözlədiyimiz gün gəlib çatdı. Artıq "Qarabağ xalça xəritəsi"ni tam rənglənmiş şəkildə sizə təqdim edirik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qüdrəti sayəsində illərdir Qarabağ həsrəti çəkən insanlarımız öz yurdlarına qayıdacaqlar.

Qız-gəlinlərimiz yenidən Azərbaycan xalqının ruhunu, hisslərini özündə əks etdirən əsrarəngiz, tayı-bərabəri olmayan biri-birindən nəfis xalçaları Qarabağda toxuyacaqlar".

4
Teqlər:
rəng, xalça, Qarabağ