Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların təşkili layihəsinin icrası çərçivəsində sonuncu kurs təşkil olunub

Fiziki məhdudiyyətli uşaqlar üçün sonuncu peşəyönümlü kurs təşkil olundu

27
Tural Məmmədov: "Birlikdə mühüm işlər gördük və bu missiyanı gələcəkdə də davam etdirmək niyyətindəyik"

BAKI, 25 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə, "Biosfer" İctimai Birliyi tərəfindən həyata keçirilən "Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların təşkili" layihəsinin icrası çərçivəsində sonuncu kurs təşkil olunub. Sputnik xəbər verir ki, iyulun 23-də Xəzər rayonu, Əhməd Baxşiyev adına 38 saylı Texniki-Yaradıcılıq Mərkəzində (TYM) təşkil olunan kursda, əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlara, müxtəlif yaradıcılıq növləri üzrə biliklər öyrədilib.

  • Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların təşkili layihəsinin icrası çərçivəsində sonuncu kurs təşkil olunub
    "Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların təşkili" layihəsinin icrası çərçivəsində sonuncu kurs təşkil olunub
    © Photo : BİOSFER İB

1 / 3
© Photo : BİOSFER İB
"Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların təşkili" layihəsinin icrası çərçivəsində sonuncu kurs təşkil olunub

25-dək əlilliyi və sağlamlıq imkanı məhdud uşağın iştirak etdiyi tədbirdə təlimçi Zülfiyyə Salayeva, ötən 3 kursda öyrədilən biliklərin uşaqlar tərəfindən yüksək səviyyədə mənimsənildiyini bildirib: "Təxminən 2 ay ərzində, gözlədiyimizdən də yüksək nəticənin şahidi olduq. İnanırıq ki, zəhmətimiz yerdə qalmayacaq və bu balalar burada öyrəndikləri peşələr sayəsində gələcəkdə həyatlarını doğru-düzgün quracaqlar".

Ümumi mənzərəni qiymətləndirən layihə rəhbəri Tural Məmmədov, layihə çərçivəsində qarşıya qoyulan missiyanın öhdəsindən gəlindiyini deyib: "QHT Şurasına, təşkilatımızın rəhbərliyinə və layihəmizdə çalışan əməkdaşlara təşəkkür edirik. Birlikdə mühüm işlər gördük və bu missiyanı gələcəkdə də davam etdirmək niyyətindəyik".

Tədbirdə qeyd olundu ki, iyulun 30-da Şüvəlan Qəsəbə Mədəniyyət Evində, layihənin yekunlarına həsr olunmuş sərgi təşkil olunacaq. Sərgidə, kurslar zamanı uşaqların hazırladıqları əl işləri nümayiş olunacaq.

27
Teqlər:
"Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların təşkili" layihəsi, QHT-lərə Dövlət Dəstəyi Şurası, "Biosfer" İctimai Birliyi
Əlaqədar
Əlilliyi olan uşaqlar üçün növbəti kurs təşkil olunub
“Onlar gözəl mütəxəssis olacaqlar”
Sağlamlıq imkanı məhdud uşaqlara müxtəlif peşələr öyrədilir