Qəzetin yaşadılması üçün həmtəsisçisi olan Quba RİH, sovet ənənəsinə uyğun olaraq idarə və müəssisələri ona abunə yazdırır

Bir xurcun alma hesabına çıxan qəzet...

4368
"Şəfəq" qəzeti işıq üzü görməsinə görə inqilabçı Qasım İsmayılovun Moskvaya apardığı bir xurcun almaya borcludur.

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

1920-ci ildə Moskvada keçirilən VIII Ümumrusiya Sovetlər Qurultayına o vaxtkı Quba İnqilab Komitəsinin sədri Qasım İsmayılov nümayəndə seçilir. Bolşevik həmyerlimiz uzaq Rusiya paytaxtına əliboş getməyi özünə sığışdırmır, qurultaya hədiyyə olaraq bir xurcun alma aparır. Sonralar “Pravda” qəzetində RSFSR Xalq Komissarları Sovetinin işlər müdiri N. P. Qorbunovun “Kubinskie nastroeniya” (Quba əhval-ruhiyyəsi)  adlı məqaləsi dərc olunur: “Bu almalar adi almalar deyillər. Bu almalar Şərqin azadlığa çıxarılmasını istəyən Quba qəzası kəndlilərinin arzusunu ifadə edir” (“Pravda”, 5 yanvar 1921-ci il).

Deyilənə görə, meyvələrdən ikisi Leninin payına düşür. O da öz növbəsində qubalılara borclu qalmır, bir çap maşını göndərir. Həmin maşının sayəsində Azərbaycanın kənd rayonları arasında ilk dəfə Qubada qəzet nəşrə başlayır. 

“Quba”nın “qızıl”lı illəri…

1921-ci ilin aprelin 21-də “Əxbar” adı ilə işıq üzü görən bu mətbu orqan, sonrakı vaxtlarda “Yeni dirilik”, “Kollektivləşmə yolu”, “Şəfəq”, “Qızıl Quba”, “Quba” adlandırılıb. 1995-ci ildən başlayaraq qəzet “Şəfəq” adı ilə nəşr olunur. 

Qəzetin tanış ola biləcəyimiz ilk sayı 23 noyabr 1922-ci ilə aiddir. Üzərindəki qeyddən məlum olur ki, bunadək 43 sayı işıq üzü görüb və onlardan 22-si 1921-ci ildə çap olunub. Kiril əlifbasına keçid və yeni qeydiyyatdan sonra “Qızıl Quba”nın nəşrə başlama tarixi 1931-ci il göstərilib. Amma bu yanlışlıq elə sovet hakimiyyəti illərində də aradan qaldırılıb.

 “Şəfəq” qəzeti təkcə Qubanın deyil, ümumən Azərbaycanımızın son bir əsrlik tarixinə işıq salan səlnamədir. Saralmış səhifələrdə dövrün ab-havası aydınca hiss olunur, burada sərt idarəetmə, “sinfi mübarizə”, repressiyalar, ucqarlardakı ağır, acınacaqlı həyatla bağlı maraqlı faktlar var. Böyük Vətən Müharibəsi (1941-45) illərində qəzet Ali Baş Komandanın əmrlərini dərc etməklə yanaşı, ön və arxa cəbhədən xəbərlər də verib.  

  • “Şəfəq” qəzetinin redaksiyası
    “Şəfəq” qəzetinin redaksiyası
    © Sputnik / Ayaz Yashilyarpaq
  • “Şəfəq” qəzetinin Qasım İsmayılovla bağlılığı hələ də davam edir- redaksiyası onun adını daşıyan küçədə yerləşir
    “Şəfəq” qəzetinin Qasım İsmayılovla bağlılığı hələ də davam edir- redaksiyası onun adını daşıyan küçədə yerləşir
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Şəfəq qəzetində çap olunmuş əmr
    Şəfəq qəzetində çap olunmuş əmr
    © Sputnik / Ayaz Yashilyarpaq
  • “Şəfəq” qəzetinin 1 May bayramına həsr olunmuş buraxılışı
    “Şəfəq” qəzetinin 1 May bayramına həsr olunmuş buraxılışı
    © Sputnik / Ayaz Yashilyarpaq
  • “Qızıl Quba” qəzeti
    “Qızıl Quba” qəzeti
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Quba qəzetində nəşr olunmuş məqalə
    Quba qəzetində nəşr olunmuş məqalə
    © Sputnik / Ayaz Yashilyarpaq
  • “Şəfəq” qəzetində 9 May bayramına həsr olunmuş məqalə
    “Şəfəq” qəzetində 9 May bayramına həsr olunmuş məqalə
    © Sputnik / Ayaz Yashilyarpaq
  • “Yeni dirilik” qəzeti
    “Yeni dirilik” qəzeti
    © Sputnik / Ayaz Yashilyarpaq
  • 1986-cı ildə Dövlət üzrə meyvə satışının statistikası
    1986-cı ildə Dövlət üzrə meyvə satışının statistikası
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Redaksiyanın arxivi
    Redaksiyanın arxivi
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Kolxozçuların istirahətinə həsr olunmuş məqalədən fotoşəkil
    Kolxozçuların istirahətinə həsr olunmuş məqalədən fotoşəkil
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Bu məqalə isə Azərbaycan SSR Baş Sovet seçkilərinə həsr olunub
    Bu məqalə isə Azərbaycan SSR Baş Sovet seçkilərinə həsr olunub
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Stalin bloku kondidatları
    "Stalin bloku kondidatları"
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Bir vaxtlar həftədə 3 dəfə 10 min tirajla çıxan qəzet, indi ayda 2-3 dəfə əsasən 1000 nüsxə ilə çap olunur
    Bir vaxtlar həftədə 3 dəfə 10 min tirajla çıxan qəzet, indi ayda 2-3 dəfə əsasən 1000 nüsxə ilə çap olunur
    © Sputnik / Ayaz Yashilyarpaq
  • “Quba”nın müxbirləri tez-tez döyüş bölgəsinə səfər edib, buradan cəbhə reportajları hazırlayıb
    “Quba”nın müxbirləri tez-tez döyüş bölgəsinə səfər edib, buradan cəbhə reportajları hazırlayıb
    © Sputnik / Ayaz Yashilyarpaq
  • Demokrasiya və sülh konstitusiyası
    "Demokrasiya və sülh konstitusiyası"
    © Sputnik / Ayaz Yashilyarpaq
  • “Qızıl Quba” bölgə qəzetləri içərisində ən yaxşı ədəbiyyat nümunələri dərc edən mətbu orqan olub
    “Qızıl Quba” bölgə qəzetləri içərisində ən yaxşı ədəbiyyat nümunələri dərc edən mətbu orqan olub
    © Sputnik / Ayaz Yashilyarpaq
1 / 17
© Sputnik / Ayaz Yashilyarpaq
“Şəfəq” qəzetinin redaksiyası

Qəzetin yazdığına görə, “Susay sovetliyindəki “Zakfederasiya” kolxozunun staxanovçu üzvü olmuş Qazıəhməd Qazıyev yoldaş indi N bölməsinin əlaçı pulemyotçusudur. O, əl pulemyotunu öyrənərək indi cəbhədə nemesləri mərdliklə biçir.” Yaxud: “Xucbala kəndindəki M.C.Bağırov adına kolxozun vətənpərvər kolxozçuları azad olmuş rayonlar üçün mal-qara, taxıl, ev avadanlığı və başqa şeylər toplamağa başlamışlar.” Yardım fonduna təhvil verilən əşyalar arasında şalvar, corab, əlcək, qaşıq da var. Qəzetin 7 iyun 1986-cı il tarixli sayının manşetinə isə bu sözlər çıxarılıb: “Yem tədarükü zərbəçi cəbhədir.” Həmin ilin 25 sentyabr tarixli sayından məlum olur ki, rayon üzrə meyvə tədarükü planı 75 min ton təşkil edib… 

Müstəqillik illərində qəzet adındakı “qızıl”dan imtina edib və rayonun adaşına çevrilib. Ölkəmizin ərazi bütövlüy uğrunda gedən savaşda “Quba”nın müxbirləri tez-tez döyüş bölgəsinə səfər edib, buradan cəbhə reportajları hazırlayıb. 

Uzun illər boyu redaksiyanın nəzdində “Gülüstan”, “Ay işığı” ədəbi məclisləri fəaliyyət göstərib. Durğunluq dövründə “Qızıl Quba” bölgə qəzetləri içərisində ən yaxşı ədəbiyyat nümunələri dərc edən mətbu orqan olub. 

Kadr məktəbi

“Vaxtilə bizim redaksiyada əmək fəaliyyətinə başlayan neçə-neçə gənc sonradan bacarıqlı jurnalist, ali məktəb müəllimi, şair, hüquqşünas və başqa peşə sahibi olub.” Bu sözləri “Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Qasımov Sputnik-ə qısa müsahibəsində deyir: “Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Ali Məhkəmənin üzvü Fərhad Fərhadov, Tibb Unversitetinin müəlimi, professor Əkrəm Zeynalov, şair Ələkbər Salahzadə, Bakı Slavyan Unversitetinin baş müəllimi, “Azərbaycan” jurnalının əməkdaşı Südabə Ağabalayeva, Azərbaycanın və Dağıstanın əməkdar mədəniyyət işçisi, Xaçmaz rayon qəzetinin redaktoru Zeynəddin Məmmədkərimov “Şəfəq”in yetirmələridir.  Əməkdaşarımızdan daha üçü — Fikrət Orucov, Bahadır Qaçabəyov və Nəcəfqulu Nəcəfov baş redaktor vəzifələrini tutublar.”

Çap maşını muzeyə təhvil verilib

“Şəfəq” qəzetinin Qasım İsmayılovla bağlılığı hələ də davam edir — redaksiya onun adını daşıyan küçədə yerləşir. Yerli icra hakimiyyəti yeni ünvana köçəndən sonra onun istifadəsində olmuş tikililər rayonun digər idarə və müəssisələrinə verilib. Yardımçı binalardan biri “Şəfəq”in payına düşüb. 

Bura şəhərin səs-küyündən nisbətən uzaq, sakit bir yerdir. Həyəti səliqəli, iş otaqları təmirlidir. Dar və uzun foye boyunca içərisində mədəni güllər yetişdirilən dibçəklər düzülüb. Qəzetin arxivi də bura daşınıb. Otaqları fəxri fərmanlar, diplomlar bəzəyir.

Leninin bağışladığı çap maşını muzeyə təhvil verilib, mətbəə ləğv edilib. Əvəzində redaksiyaya bilgisayar, “Niva” markalı avtomobil bağışlanılıb. Bir vaxtlar həftədə 3 dəfə 10 min tirajla çıxan qəzet, indi ayda 2-3 dəfə əsasən 1000 nüsxə ilə çap olunur. Qəzetin yaşadılması üçün sovet ənənəsinə uyğun olaraq idarə və müəssisələri ona abunə yazılır. 95 yaşlı “ağsaçlı” qəzet hərdən al-əlvan “geyinərək” yerli icra hakimiyyətinin hesabatına, Qubada keçirilən “Alma bayramı”na xüsusi buraxılış həsr edir…

4368