Qəzetlər və kompüter

Azərbaycan mətbuatı 141 ildə hara gəlib çıxıb?

2765
Ekspertlər mediamızın hazırki durumu ilə bağlı fərqli fikirdədirlər

BAKI, 22 iyul — Sputnik. Azərbaycan mətbuatı 141 ildir yol gəlir. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzeti milli mediamızın ilk qaranquşu hesab edilir. Onun yaranmasından ötən illərdə Azərbaycan mediası çox keşməkeşli yollardan keçib.

Bu gün hamını milli mediamızın gələcəyi narahat edir: Azərbaycan mediası hara gedir? Sputnik bu sualla Azərbaycanın tanınmış media mənsublarına müraciət edib.

Arif Əliyev, Yeni Nəsil Jurnalistlər Birliyinin sədri
© Photo : 1080.plus
Arif Əliyev, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri

"Yeni nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib ki, hazırda dünyada qloballaşma bütün sahələrindən əvvəl mediada gedir: "Azərbaycan mediasının da bu günü və gələcəyi dünya mediasının xətlərindən kənarda ola bilməz. Azərbaycan dünya üçün qapalı bir dövlətə çevrilməsə, bizim mediamız qlobal proseslərdən kənarda qala bilməz. Hazırki neqativ tendensiyaya baxmayaraq, Azərbaycanın on-line mediasının inkişafı onu göstərir ki, mediamız getdikcə inteqrasiya prosesinə daxil olacaq".

Onun fikrincə, Azərbaycan mediasında xarici kapital tədricən mühüm rol oynamağa başlayacaq: "Bu gün qanunvericilik bunu məhdudlaşdırır. Amma qonşu ölkələrin, post-sovet məkanının təcrübəsi, qloballaşma prosesinin istiqaməti onu göstərir ki, bu, yaxın zamanlarda qaçılmaz olacaq".

O qeyd edib ki, mediada çox böyük inkişaf yolu keçən "Guardian"dan (Böyük Britaniyada nəşr olunan The Guardian qəzeti —red.) tutmuş almanlara qədər nəhəng investorlar Azərbaycan mediasına maraq göstərirdilər: "Hazırda xarici investorların Azərbaycanın media sahəsinə investisiya qoyması çətindir. Çünki bizim ölkədə hesab edilir ki, mediaya kənardan müdaxilə ideoloji müdaxilə deməkdir".

"Hələ də Azərbaycanda mediaya KİV, informasiyalı cəmiyyətin özəyi kimi deyil, ideoloji maşın kimi baxılır. Bu düşüncə tərzi o qədər köhnəliyin qalığıdır ki, inkişafa mane olur. Onun tədricən aradan qalxacağına şübhə yoxdur. Biz gəlib o yerə çıxacağıq ki, adamlar medianın ideologiya yox, informasiyalı cəmiyyətin əsası olduğunu başa düşəcəklər", — A. Əliyev bildirib.

"Dünya mediasında Azərbaycan mediasının yeri haradadır?" — sualına cavabında isə ekspert deyib: "Biz dünyadan geri qalmamışıq, biz hətta 90-cı illərdəki özümüzdən geri qalmışıq. İstənilən media strukturunun inkişafı onun iqtisadi fəaliyyəti ilə sıx bağlıdır. Çünki iqtisadi fəaliyyətdə dayanıqlıq yoxdursa, müstəqillik yoxdur. Amma dünyada gedən tendensiyalarla müzakirə etsək, Azərbaycan mediası nə geridədir, nə də irəlidə, yandadır, tamamilə kənarda", — ekspert vurğulayıb.

"Biz dünyadan kənarda özümüz üçün hansısa inkişaf yolu seçmişik. Bunun aradan qalxması üçün bizə zaman lazım olacaq. Amma dünyada elə qlobal proseslər gedir ki, ondan kənarda qalanlar ancaq əziləcəklər. Sonra məcburən o proseslərin içinə daxil olacaqlar. Bunu vaxtında edənlər, qabağa düşəcəklər", — o, əlavə edib.

Vüqar Rəhimzadə, İki Sahil qəzetinin baş redaktoru
© Photo : STR
Vüqar Rəhimzadə, "İki Sahil" qəzetinin baş redaktoru

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə Sputnik-ə deyib ki, mediamız zaman baxımından uğurlu inkişaf dövrünü yaşayır: "Millətin maariflənməsi, yeni təfəkkürün formalaşması, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından bu gün Azərbaycan mediası böyük məsafə qət edib. Hazırda hər kəs öz fikrini azad şəkildə ifadə edir".

O, qeyd edib ki, 1993-cü ildə Heydər Əliyevin qayıdışından sonra, Azərbaycan jurnalistlərinə qarşı təzyiqlərə son qoyulub: "1995-ci ildə qəbul olunmuş Konstitusiyada ölkə vətəndaşlarının söz və fikir azadlıqları təsbit olunub. Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Azərbaycanda senzura aradan qaldırılıb. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının yeni qanunu qəbul edilib. Liberal mahiyyət daşıyan bu qanun KİV sahəsindəki fəaliyyətin hər bir şəxs üçün ələçatımlılığını təmin etməklə yanaşı, həm də cəmiyyətdə söz və ifadə azadlığının dərinləşməsinə, ümumən demokratik cəmiyyət quruculuğu prosesinin sürətlənməsinə yönəlib".

"2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə media üzərində dövlət nəzarətinə tamamilə son qoyuldu ki, bu da azad medianın inkişafına təkan vermiş oldu. Medianın azad olması ilə yanaşı onun iqtisadi sıxıntılardan qurtulması da əsas şərtlərdən biri idi. Prezident İlham Əliyev Heydər Əliyev zamanında əsası qoyulmuş mediaya dövlət qayğısı siyasətini sistemləşdirib, onun qanunvericilik bazasını formalaşdırıb", — deyə V.Rəhimzadə əlavə edib.

O, Prezidentin medianın inkişafı və jurnalistlərə qayğı məqsədilə dünən iki önəmli sərəncam verdiyini xatırladıb: "Bunlardan biri Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə Prezidentinin ehtiyat fondundan KİV-in inkişafına Dövlət Dəstəyi Fonduna 3 milyon manatın ayrılmasıdır. Digəri isə KİV-ə birdəfəlik illik maliyyə yardımının ayrılmasıdır. Bütün bunlar milli mediamızın inkişafına yönəlik addımlardır".

Baş redkator hesab edir ki, Azərbaycan mediası müasir dünyada gedən proseslərlə ayaqlaşa, müasir texnologiyaların verdiyi imkanlardan istifadə edərək dünyaya çıxa bilir: "Düşünürəm ki, dövlətin mediamıza göstərdiyi qayğı nəticəsində biz gələcəkdə də Azərbaycanın, milli dövlətçiliyimizin inkişafına, möhkəmləndirilməsinə, ölkəmizlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılmasına nail olacağıq".

2765
Teqlər:
Vüqar Rəhimzadə, Həsən bəy Zərdabi, Arif Əliyev, media, KİV, mətbuat
Əlaqədar
Mətbuat Şurası Ali Media Mükafatı laureatlarının adlarını açıqlayıb
Sputnik Mətbuat Şurası ilə birgə Zərdabinin xatirəsini yad etdi
Dünya mətbuatında "gözlənilməz addım"
Azərbaycan mediası xaricdən necə görünür?
"Beynəlxalq media orqanları Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdır"
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

14
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

14
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq
KİV nümayəndələrinin siluetləri

Azərbaycanlı fotoqraflar Beynəlxalq Federasiyanın fəxri adlarını aldılar

9
(Yenilənib 23:20 05.12.2020)
Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov UNESCO-nun təqdir etdiyi məşhur təşkilatın şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanın "Gilavar" fotoklubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər. 

Sputnik Azərbaycan-a fotoklubun mətbuat xidmətindən verilən məlumata görə, bu, UNESCO-nun tanıdığı yeganə fototəşkilatdır. 

Onun fəxri adlarını almaq üçün fotoqraflar xüsusi qaydalara riayət etməlidirlər: FIAP-ın müxtəlif ölkələrdə keçirdiyi müsabiqələrə qatılmalıdırlar, onların fotoqrafiyaları bədii və texniki ustalıq nöqteyi-nəzərindən təqdir olunmalı və onlar mükafat qazanmalıdırlar. Bunlardan əlavə, təşkilatın bədii komissiyasının və direktorlar şurasının üzvlərinin səsləri də nəzərə alınmalıdır. 
Azərbaycanlı fotoqraflar Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər. Bu adlar ildə bir dəfə verilir. 2016-cı ildən bəri fəxri adlar alan azərbaycanlı fotoqrafların sayı artaraq yeddiyə çatıb. 

Qeyd edək ki, İlqar Cəfərov və Rəşad Mehdiyev AZƏRTAC Dövlət İnformasiya Agentliyinin fotojurnalistləridir. Onların hər ikisi İkinci Qarabağ müharibəsi zamanı cəbhəyanı və işğaldan azad olunmuş ərazilərdə çəkilişlər aparıblar.

9
Teqlər:
fəxri adlar, fotoqraf, azərbaycanlı