Geniş müzakirələrə səbəb olmuş yeni sözlər

Qocası ölən, körpəsi doğulmayan Azərbaycan dili

392
(Yenilənib 19:05 20.07.2016)
Yaxud dirimizlə rusca, ölümüzlə ərəbcə danışmayaq, neyləyək?!

BAKI, 20 iyul — Sputnik. Son günlərdə sosial şəbəkədə və ictimaiyyət arasında, Azərbaycan dilinə yeni sözlər daxil edilməsi ilə bağlı qızğın diskussiyalar gedir. Bəzi sosial şəbəkə üzvləri dilimizə "süranə", "ipəzor", "geyçim", "çimgey" və s. kimi gülüş doğuran sözlərin daxil ediləcəyini iddia ediblər.

Bununla bağlı günlərlə müzakirələr, satirik yanaşmalar, hətta qəzəbli münasibətlər ortaya çıxıb. Eyni zamanda, bu müzakirələr bir daha dilimizin zənginləşdirilməli olduğu reallığını ortaya çıxarıb. Ən azından, elmi-texniki inkişaf sürətləndikcə, yeni terminlər meydana çıxır ki, bu sözlərin də dilimizə daxil edilməsi zərurəti yaranır.

Professor Qulu Məhərrəmli
azpolitika.info
Professor Qulu Məhərrəmli

Sputnik-in əməkdaşı dilimizin yeni sözlərlə zənginləşdirilməsi problemi ətrafında mütəxəssislərin fikirlərini öyrənib. Beləliklə:

AMEA Dilçilik İnstitunun keçmiş direktoru, professor Qulu Məhərrəmli: "Öncəliklə qeyd edim ki, son zamanlar sosial şəbəkələrdə yayılan yeni sözlər Dilçilik İnstitutu tərəfindən yayılmayıb. Rəsmi deyil. Bu, sadəcə kimlər tərəfindənsə yayılıb. Ümumiyyətlə elə sözlər var ki, onlar Azərbaycan dilində qala bilməyəcək. Məsələn, "sürücü" sözü olan yerdə, "süranə" bizim nəyimizə lazımdır?!

Amma yeni sözlərin yaradılmasına yaxşı baxıram. Eyni zamanda, texnologiyaya uyğun terminlərin bir çoxunun olduğu kimi işlənməsi məqsədəuyğundur. Süni söz düzəldəndə dil onu qəbul etmir. Dildə söz yaradıcılığı normaldır və bunları lağ-lağıya çevirmədən ictimaiyyətin müzakirəsinə vermək olar".

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu
© APA
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu

Millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu: "Mənə elə gəlir ki, bu məsələdə bir qədər tolerant olmalıyıq. Dil tarixini və dilin inkişaf qanunauyğunluqlarını bilənlərə aydındır ki, dil canlı orqanizmdir, o, yeni şərtlərə və reallıqlara asanlıqla adaptasiya olunur və bu prosesdə inkişaf edir, yenilənir, zənginləşir. Başqa dillərdən yeni sözlərin qəbul edilməsi də bu prosesdə az qala bir qanunauyğunluqdur və bunun çox qədim tarixi var. Əgər müasir dilimizdən alınma sözləri təmizləsək, onda görərik ki, onusuz da o qədər zəngin olmayan leksik fondumuz daha da zəifləyər.

İkinci məsələ alınma sözləri əvəz edəcək sözlərin, yaxud terminlərin yaradılması məsələsidir. Son illərdə dilimizə daxil olan sözlərin böyük əksəriyyəti müxtəlif sahələrə aid terminlərdir. Bu müasir elmi- texniki və innovativ hadisələrlə bağlıdır. Ancaq təəssüf ki, terminlər yüksək texnologiyalara və elmi sənayeyə sahib olan ölkələrdə yaranır və bizə hazır təqdim edilir. Biz isə onu dilimizə qəbul etmək məcburiyyəti ilə üzləşirik. Çünki, həmin terminin məzmununu ifadə edəcək söz tapa bilmirik.

İlqar Rəsul, yazar
İlqar Rəsul, yazar

Mən son beş ildə çap etdirdiyim əsərlərimdə təxminən 10-a yaxın yeni termin işlətmişəm. Ancaq bunların hamısının əsasında dilimizdə pasport qazanmış yenə də alınma sözlər dayanıb. Düşünürəm ki, indi biz özümüzü qlobal dil leksikonundan məhrum etməməliyik, eyni zamanda paralel olaraq dialekt və ləhcələrimizdə olan çoxsaylı sözləri ədəbi dilimizə qazandırmalıyıq. Habelə, arxaik sözləri də yenidən leksiomumuza qaytarmaq lazımdır. Bir də bu prosesdə digər türkdilli xalqlarla sinxron hərəkət etməklə həm tarixən özümüzə aid olan dil mirasına sahib çıxmalı, həm də arxaik sözləri leksik fondumuza cəlb etməklə onlara ikinci həyat verməliyik. Bu, həm dilimizi zənginləşdirər, həm də ortaq dil istiqamətində əlverişli zəmin yarada bilər".

Yazar İlqar Rəsul: "Yeni sözlər, əgər boşluğu doldurur və bizə fikrimizi daha dolğun ifadə etməyə şərait yaradırsa, münasibətim normaldır. Gələcəkdə yazdığım əsərlərdə Azərbaycan dilinə yeni sözlər gətirmək fikrim var. Boşluqları tapıb uyğun sözlər tapmağa cəhd edəcəm".

392
Teqlər:
leksikon, ana dili, dil, İlqar Rəsul, Qulu Məhərrəmli, Hikmət Babaoğlu
Əlaqədar
Dünya iqtisad elminin nümunəvi əsərlərinin Azərbaycan dilinə tərcüməsinə başlanıb
Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirilir
Dilin bəlasına düşmək belə olur
Milyonlarla iranlı rus dilini öyrənmək istəyir
Hərbi Akademiyada xarici dil kurslarının buraxılışı keçirilib
Azərbaycan dilində ilk qrafik romanı
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar