ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova

"İlin mətbuat xidməti rəhbəri" seçildi

358
(Yenilənib 16:44 20.07.2016)
İradə İbrahimova: "Bu kimi sorğuların keçirilməsi biz mətbuat xidməti rəhbərləri üçün stimuldur. Mətbuat xidməti öz təmsil etdiyi qurumun aynasıdır və o, hər zaman mətbuata açıq olmalıdır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 20 iyul — Sputnik. Azərbaycan Jurnalistlər Şəbəkəsi və "ACT Azərbaycan" araşdırma şirkətinin birgə keçirdiyi "Mətbuata xidmət edənlər" layihəsi üzrə sorğunun nəticələri açıqlanıb. Layihəyə əsasən, müxtəlif qurumların mətbuat katibləri sorğuda iştirak edərək 5 kateqoriya üzrə (iqtisadiyyat, siyasət, sosial, mədəniyyət və idman jurnalistikası) fəaliyyətini bəyəndikləri jurnalistləri müəyyən ediblər.

Ölkənin fərqli media qurumlarında çalışan jurnalistlər isə 2 sahə üzrə (dövlət və biznes strukturu) yaxşı hesab etdikləri mətbuat katiblərini seçiblər. Sorğuda 70 mətbuat katibi iştirak edib. Media ilə əlaqələrin qurulmasında ən məhsuldar çalışan mətbuat katibləri 100 jurnalist arasında keçirilmiş anket sorğusu əsasında müəyyənləşdirilib.

Sorğuda iştirak edən jurnalistlər dövlət sektoru üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimovaya daha çox səs veriblər. Özəl sektorda isə "Bakcell" şirkətinin Korporativ Kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova qalib olub.

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova
© Photo : İradə İbrahimovanın şəxsi arxivindən
ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Sputnik-ə açıqlamasında, bu sorğuda iştirak edən və onu birinciliyə layiq görən jurnalistlərə öz minnətdarlığını bildirib: "Bu, təkcə mənim uğurum deyil, həm də nazirliyin kollektivinin uğurudur. Bütün jurnalistlərə təşəkkür edirəm. Bu kimi sorğuların keçirilməsi biz mətbuat xidməti rəhbərləri üçün stimuldur. Mətbuat xidməti öz təmsil etdiyi qurumun aynasıdır və o, hər zaman mətbuata açıq olmalıdır".

358
Teqlər:
İradə İbrahimova, "ACT Azərbaycan", Azərbaycan Jurnalistlər Şəbəkəsi, ETSN, KİV, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, mətbuat, mətbuat xidməti
Əlaqədar
"Azərbaycanın və İranın media nümayəndələrinin təmasları inkişaf etdirilməlidir"
Əflatun Amaşov: Bu şəraitdə mediaya həssas yanaşmaq lazımdır
Media nümayəndələrinin Qubada istirahəti təşkil edilib
Qərb mediası Avropaya köçə tamamilə biganə yanaşır
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

14
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

14
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq
KİV nümayəndələrinin siluetləri

Azərbaycanlı fotoqraflar Beynəlxalq Federasiyanın fəxri adlarını aldılar

9
(Yenilənib 23:20 05.12.2020)
Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov UNESCO-nun təqdir etdiyi məşhur təşkilatın şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanın "Gilavar" fotoklubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər. 

Sputnik Azərbaycan-a fotoklubun mətbuat xidmətindən verilən məlumata görə, bu, UNESCO-nun tanıdığı yeganə fototəşkilatdır. 

Onun fəxri adlarını almaq üçün fotoqraflar xüsusi qaydalara riayət etməlidirlər: FIAP-ın müxtəlif ölkələrdə keçirdiyi müsabiqələrə qatılmalıdırlar, onların fotoqrafiyaları bədii və texniki ustalıq nöqteyi-nəzərindən təqdir olunmalı və onlar mükafat qazanmalıdırlar. Bunlardan əlavə, təşkilatın bədii komissiyasının və direktorlar şurasının üzvlərinin səsləri də nəzərə alınmalıdır. 
Azərbaycanlı fotoqraflar Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər. Bu adlar ildə bir dəfə verilir. 2016-cı ildən bəri fəxri adlar alan azərbaycanlı fotoqrafların sayı artaraq yeddiyə çatıb. 

Qeyd edək ki, İlqar Cəfərov və Rəşad Mehdiyev AZƏRTAC Dövlət İnformasiya Agentliyinin fotojurnalistləridir. Onların hər ikisi İkinci Qarabağ müharibəsi zamanı cəbhəyanı və işğaldan azad olunmuş ərazilərdə çəkilişlər aparıblar.

9
Teqlər:
fəxri adlar, fotoqraf, azərbaycanlı