BDU-da I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib

Burada hər kəs həyəcan içindədir

119
(Yenilənib 19:27 15.07.2016)
Yaranmış vəziyyətdən dilənçilər məharətlə istifadə edirdilər. Onlar valideynlərdən pul qopardıqdan sonra, öz "postlarını" digər həmkarlarına ötürməyi də unutmurdular.

BAKI, 15 iyul — Sputnik. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017 ci tədris ili üçün, I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. Bu məqsədlə, yenicə tətilə çıxan Bakı Dövlət Universitetinin (BDU) qapıları bu gün tələbə olmaq arzusunda olan abuturiyentlərin üzünə açılıb.

Belə ki, imtahanlardan biri BDU-nun binasında baş tutub. Onsuz da ensiz və əksər hallarda sıxlıq olan, Universitetin qarşısından keçən küçə, bu dəfə ümumiyyətlə keçilməz olub.

Universitetin qarşısı və ətrafı, övladını, qohumunu həyacanla gözləyən insanlarla dolu idi. İnsanlar özlərinə kölgədə bir yer tapıb, bir-biriləri ilə dərdləşir, ürə-dirək verir, tez-tez saata nəzər salaraq abituriyentlərin imtahandan çıxamasını gözləyirdilər.

  • BDU-da I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib
    BDU-da I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib
    © Sputnik / Tarana Khudabakhshiyeva
  • BDU-da I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib
    BDU-da I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib
    © Sputnik / Tarana Khudabakhshiyeva
  • BDU-da I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib
    BDU-da I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib
    © Sputnik / Tarana Khudabakhshiyeva
  • BDU-da I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib
    BDU-da I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib
    © Sputnik / Tarana Khudabakhshiyeva
  • BDU-da I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib
    BDU-da I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib
    © Sputnik / Tarana Khudabakhshiyeva
1 / 5
© Sputnik / Tarana Khudabakhshiyeva
BDU-da I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib

Bir kənarda dayanıb ətrafa göz gəzdirən zaman maraqlı söhbətin şahidi oldum. İki orta yaşlı kişi səkidə oturub söhbət edirdi. Kişi yanında əyləşən digər həmyaşıdına danışırdı: "Oğlum heç dərslərini oxumurdu. Məcbur müəllim yanına qoydum. İl ərzində hər gün ona deyirdim ki, oğlum, oxumursansa, gəl səni bir sənətə qoyaq. Öyrən və sənət sahibi ol. Uşaq universitet oxumaq istədiyini dedi. İndi görək nə olur. Zülmlə müəllimlərə pul xərclmişəm. Əsas uşaq oxusun".

Dəftəri yelpik kimi istifadə edərək özünü sərinlədən bir xanım yanında əyləşən orta yaşlı kişi ilə söhbət edirdi. O da övladını bir il ərzində məktəbə qoymadığını və ancaq müəllim yanına göndərdiyini deyirdi. Kişi də qadını diqqətlə dinləyib başını razılıqla yellədi və "Düz eləmisiniz" deyərək qadına dəstək oldu.

Daha bir maraqlı mənzərənin şahidi oldum. Bir gənc xanım xaricdə təhsil almaq istəyənlərə buklet paylayırdı. Yaxınlaşıb bir qadına təqdim elədi. Qadın öncə bukleti alıb diqqətlə baxdı. Yanında onunla gələn kişi bukleti xanımdan alıb oxudu və əsəblə bukleti büküb yerə tulladı.

"Uşağa Azərbaycanda təhsil verməyə imkanımız çatmır, qalsın xarici ölkədə. İstəmirəm!", — deyən əsəbi valideyn buklet paylayan xanımın üstünə acıqlandı.

Yaranmış həyacanlı vəziyyətdən dilənçilər məharətlə istifadə edirdilər. "Balanız imtahandan keçsin. Allah arzularınızı çin etsin" sözləri ilə valideynlərdən pul qoparmağa çalışan, əksər hallarda buna nail olan dilənçilər, ustalıqla öz "postlarını" digər həmkarlarına ötürməyi də unutmurdular.

119
Teqlər:
valideyn, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, qəbul, imtahan, TQDK, abituriyent
Əlaqədar
İmtahan suallarının sayının azaldılması təklif olunur
Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul yerlərinin sayı açıqlanıb
Uşaqlar niyə imtahandan "2" alıblar?!
V ixtisas qrupu üzrə imtahan keçirildi
Min nəfərə yaxın şagird imtahana gəlməyib
"İmtahanların nəticəsi biabırçı mənzərə ortaya çıxaracaq"
Azərbaycan və Türkiyə bayraqları olan tablo, arxiv şəkli

Ankara Opera Balet Teatrında ölkəmizə dəstək məqsədilə bədii proqram təqdim ediləcək

1
(Yenilənib 23:33 23.11.2020)
Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

BAKI, 23 noyabr — Sputnik. Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən birgə təşkil olunacaq.

Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

1
Teqlər:
dəstək, proqram, teatr
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

11
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

11
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat
Şuşa, arxiv şəkli

Postkonflikt dövründə sərmayə qoyuluşları üçün sahələr detallı araşdırılmalıdır

0
(Yenilənib 23:43 23.11.2020)
Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonalarında gəlir gətirən sahələrin dərinləşdirilməsinə və inkişaf etdirilməsinə ehtiyac var.

BAKI, 23 noyabr — Sputnik. Postkonflikt dövründə sərmayə qoyuluşları üçün sahələr detallı araşdırılmalı və mərhələli olaraq prioritetləşdirilməlidir.

Sputnik Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Ayhan Satıcının işğaldan azad olunmuş ərazilərin postkonflikt dövründə bərpa prosesinə dair şərhini təqdim edir:

"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının müzəffər Ordusunun qısa zaman ərzində işğal altında olan tarixi torpaqlarımızın düşmən əsarətindən geri qaytarması bu ərazilərdə postkonflikt bərpa prosesinin başlanmasına zəmin yaratdı. Əzəli torpaqlarımızda tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq və bərpa etmək üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarına və digər sərmayələrin cəlb edilməsinə struktural mexanizmin hazırlanması öz töhfəsini verəcək.

İnvestisiya tələb edən sahələr

Münaqişə zamanı dəyən zərərin postkonflikt bərpa prosesi bir çox sahələrin prioritetləşməsini tələb edir. Bu sahələrin münaqişədən sonra müəyyənləşdirilib bərpasına başlanılması prosesi kompleks mexanizmlər tələb edir. Beləliklə, beynəlxalq təcrübə onu göstərir ki, ilkin olaraq dəymiş zərəri müəyyənləşdirdikdən sonra minimum yaşayış səviyyəsinin təminatı prioritetdir. Minimum yaşayış səviyyəsinin təminatını nəzərdə tutan vacib amillər aşağıdakılardır:

- işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi

- elektrik enerjisinin təminatı

- kritik yol xətlərinin bərpası

- içməli su, sanitar qovşaqlarının və irriqasiya sistemlərinin bərpası

- ev/mənzil yaşayış sahələrinin bərpası və təminatı

- humanitar yardım məqsədləri üçün hava limanının bərpası.

İlkin mərhələdə bu sahələrə yönələn sərmayə sonrakı dövrdə sosial və iqtisadi canlanmaya dəstək olacaq. Ərazilərin minalardan təmizlənməsi sözügedən ərazilərə köçürüləcək əhalinin təhlükəsizliyi üçün ən vacib amildir. Bu prosesdən sonra kritik yol xətlərinin bərpası yaşayış sahələri arası gediş-gəlişi və digər vacib təminatların təchiz olunmasını asanlaşdıracaq. İçməli su, sanitariya və irriqasiya sistemlərinin yenidən qurulması prosesi isə insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına və sonrakı mərhələdə iqtisadi baxımdan ailə-ev təsərrüfatlarının canlanmasına töhfə verəcək. Yekun olaraq bu nəticəyə gəlmək olar ki, minimum yaşayış səviyyəsinin təminatı sonrakı prosesin, yəni ilkin sosial-iqtisadi inkişafın təzahürüdür.

İlkin sosial-iqtisadi inkişafın vacibliyi postkonflikt dövrdə insanların mərhələli şəkildə köçürülməsinə və yardım asılılığından qısa zamanda azad olmalarına gətirib çıxarır. Belə ki, təhsil, səhiyyə və telekommunikasıya obyektlərinin koordinasiyalı bərpası insanların adaptasiya prosesini sürətləndirəcək. Paralel şəkildə əhalinin məşğulluğunun artırılması məqsədilə kiçik və orta bizneslərin dəstəklənməsi, bilavasitə ev təsərrüfatlarının inkişafına səbəb olacaq təşəbbüslərin artırılması məqsədəuyğun olacaqdır. Bundan əlavə, iqtisadi canlanmaya töhfə verəcək bank və turizm sektorlarına da xüsusi diqqət göstərilməlidir. Son olaraq, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonalarında gəlir gətirən sahələrin dərinləşdirilməsinə və inkişaf etdirilməsinə ehtiyac var.

Sahələr üzrə maliyyə qoyuluşu

Maliyyə mənbələrinin çoxşaxəli olması münaqişədən sonra bərpa prosesinə ehtiyac olan sahələrin bir o qədər sürətli canlanması deməkdir. Sahələr üzrə olan araşdırmalarda beynəlxalq təşkilatlar, dövlət orqanları, özəl sektor, qeyri-hökümət təşkilatları, vətəndaş cəmiyyətləri və sair kimi qurumlar münaqişə sonrası dövrdə ərazilərin bərpasında maraqlı tərəflər kimi çıxış edir. Təşkilatların mandatlarına uyğun olaraq maliyyənin cəlb edilməsi ən başlıca prioritetlərdən olmalıdır. Belə ki, Azərbaycanda keçirilən əksər sosial-iqtisadi layihələri cəmləşdirsək görərik ki, sahələr üzrə maliyyələşmə mümkündür. Birləşmiş Millətlərin Təşkilatının İnkişaf Proqramına (UNDP) istinadən, BMTİP və "ABAD" Şəki-Zaqatala iqtisadi zonalarında ailə təsərrüfatına dəstək proqramı keçirilməkdədir. Layihə çərçivəsində ailələrə maliyyə dəstəyi göstərilir, təlimlər keçirilir və ailə markasının yaradılmasına dəstək olunur. Bundan əlavə, Birləşmiş Millətlər Qaçqınlar Təşkilatının (BMqT) uzun müddət sürmüş "Kəhriz" layihəsi var. Layihənin əsas fəaliyyət dairəsi rayonlar üzrə kəhrizlərin reabilitasiya edilməsi və resurs mərkəzləri yaratmaq olub. Bilavasitə, bu proqram çərçivəsində yaşayış zonalarında içməli su təminatını və kənd təsərrüfatı sahələri üçün suvarma imkanları inkişaf etdirilib. Layihələrə əlavə olaraq, təhsil, səhiyyə və enerji sahələrində Avropa İttifaqının (Aİ) fövqəladə tranş proqramları olub. Həmçinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) "Halo Trust" təşkilatı ilə birlikdə Qarabağ ərazisinin minalardan təmizlənməsi işlərinə cəlb olunub. Nəticədə, qeyd esilən mənbələrdən maliyyə cəlb olunması və bu maliyyənin işğaldan azad edilmiş ərazilərimizə strateji və koordinasiyalı yatırılması gələcək zamanda həmin ərazilərin iqtisadiyyatını Azərbaycanın ümumi iqtisadiyyatına reinteqrasiya edə bilər.

Dünya təcrübəsində sərmayələrin strateji və koordinasiyalı yatırılması dedikdə donor yaxud maliyyə koordinasiya mərkəzinin yaradılması nəzərdə tutulur. Bu üsulla, maliyyə qoyuluşuna ehtiyac sahələrin müəyyənləşməsinə, ehtiyacların doğru maliyyə mənbələrindən təmin edilməsinə və son olaraq sərmayə qoyuluşlarını düzgün sahələrə yönləndirilməsinə gətirib çıxaracaq.

Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonasının potensialı

İşğaldan azad edilmiş ərazilərimizdə bir çox iqtisadi fəaliyyət sahələrinin inkişaf potensialı var. Kənd təsərrüfatı sahələrindən arıçılıq və maldarlıq potensialı Zəngilan, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Xocalı, Laçın, Tərtər və Füzuli rayonlarımızda var. Cəbrayıl və Kəlbəcər ərazisində balıqçılıq sahəsini inkişaf etdirmək mümkündür. İpəkçilik üzrə Cəbrayıl rayonu və Şuşa şəhəri, taxılçılıq üzrə Kəlbəcər, Cəbrayıl, Tərtər, Qubadlı, Füzuli və Xocavənd rayonları böyük potensiala sahibdir. Kənd təsərrüfatı məhsullarının emalı sahəsində ət-süd məhsulları emalı üzrə Kəlbəcər, Tərtər və Füzuli, gön-dəri emalı üzrə Ağdam, Cəbrayıl, Laçın və Füzuli rayonlarımız geniş potensiala sahibdir.

Dağ-mədən sənayesi üzrə Kəlbəcər və Zəngilan rayonlarımızda qızıl, mis, gümüş, civə və xromit ehtiyatları, Cəbrayıl rayonunda yerləşən "Yəşəm" və "Xalsedon" yataqları zərgərlik sahəsini inkişaf etdirməyə imkan verir. Əlavə olaraq, turizm sahəsinin inkişafına imkan verəcək gözəl guşələrimizdən olan Şuşa, Laçın və Kəlbəcərdə dağ turizmi, ekoturizm, müalicəvi turizm, mədəni turizm üçün yararlı sayılan digər rayon və şəhərlərimizin potensialından istifadə edərək Qarabağın iqtisadi dirçəlməsinə töhfə verə bilərik.

Onu da qeyd etmək gərəkdir ki, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonasının enerji potensialı çox yüksəkdir. Hidroenerji potensialı baxımından "Xudafərin", "Qız Qalası" su elektrik stansiyaları (SES) və "Tərtər" SES-i nümunə göstərmək olar. Həmçinin Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında günəş enerji potensialı, Qarabağın dağlıq hissələri, əsasda Kəlbəcər və Laçın rayonlarında külək enerji potensialı, geotermal enerji resurslarımız isə Kəlbəcər və Şuşada geniş yayılıb.

Bütün bu enerji ehtiyatlarının və digər sənaye sahələrinin inkişaf etdirilməsi üçün bir çox sahələrdən investisiya qoyuluşları cəlb etmək mümkündür. Beynəlxalq təcrübədə göstərilir ki, risklərin hesablanması sənaye və enerji sahəsində qoyulan birbaşa xarici investisiyalarda öhdəsindən gəlinən təhlükə kimi nəzərə alınır. Bu səbəbdən bir çox beynəlxalq şirkətlər postkonflikt dövründə sənaye və enerji sahəsinə investisiya yatırımlarına müsbət baxır.

Diaspor investisiya qoyuluşu

Postkonflikt dövrdə münaqişədən yeni çıxan ərazilərə investisiya cəlb etmək kifayət qədər çətin bir prosesdir. İnvestisiya qoyuluşlarında məlumat mövcudluğu dərəcəsi qoyulacaq investisiya ilə düz mütənasibdir. Bu o deməkdir ki, ərazi ilə bağlı nə qədər çox məlumat olarsa, investorların marağını bir o qədər çox cəlb edə bilər.

Digər sərmayə qoyuluşu

Münaqişədən sonrakı dövrdə ərazilərdə texnologiya sahəsinə cəlb edilməsi düşünülən sərmayələri vençur kapital yaxud kraudfandinq yolu ilə artırmaq olar. İlkin səviyyədə böyük həcmdə sərmayə qoyuluşu çətin olduğundan, kiçik və orta biznes səviyyəsində sərmayələrin cəlb edilməsi sonrakı dövrdə böyük investisiya qoyuluşlarına dəstək olacaq. Bunun nəticəsidir ki, Tayvan və Yaponiya texnologiya sahəsində vençur kapital qoyuluşlarında özlərini doğruldub.

Dövlət-özəl tərəfdaşlığı vasitəsi ilə bir çox sahələrə sərmayə cəlb edilə bilər. İnfrastruktur layihələrin dövlət-özəl tərəfdaşlığı vasitəsilə həyata keçirilməsi özəl sektorun canlanmasına, səmərəliliyin artmasına və dövlət büdcəsinə düşəcək yükün azalmasına gətirib çıxarır. Həyata keçiriləcək layihələrin sayı səmərəliliyin artmasından və xərclərin bölüşdürülməsindən ötrü çoxalır.

Postkonflikt dövründə sərmayə qoyuluşları üçün sahələr detallı araşdırılmalı və mərhələli olaraq prioritetləşdirilməlidir. Vətəndaşların ilkin yaşayış səviyyəsini təmin etdikdən sonra onların köçürülməsinə yönələn prosesdə ilkin olaraq sosial və iqtisadi inkişafa dayanan sahələrə diqqət yetirilməlidir. Əlavə olaraq uzun müddətdə dayanıqlı iqtisadi inkişaf modeli yaradılmalı və sərmayə qoyuluşlarında davamlı gəlirlər əldə etmək üçün strateji sahələr seçilməlidir. Son olaraq, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonaların potensiallarından səmərəli istifadə olunmalıdır".

0
Teqlər:
Kəlbəcər rayonu, Zəngilan, maliyyə, inkişaf, investisiya, iqtisadi islahatlar, Yuxarı Qarabağ