Kəmər bazarı

"Qardaşıq, gözüm üstündə yerin var, amma malın qiyməti budur"

393
Türkiyənin məşhur istirahət zonasında alış-veriş etmək istəyənlər üçün "yol xəritəsi"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Türkiyənin Antalya bölgəsində işləyən və yaşayan azərbaycanlıların sayı kifayət qədərdir. Hər addımbaşı həmvətənlərimizlə qarşılaşa bilərik.

İstirahət müddətində yolumuz Kəmər bazarına düşdü. Bu bazar, bir növ Bakının məşhur "8 kilometr bazarı"nı xatırladır. Hamı öz malı üçün alıcı axtarır, hamı öz malını bir az daha baha satmağa çalışır.

Kəmər bazarı başqa alış-veriş mərkəzləri və mağazalarla müqayisədə bir qədər ucuzdur. Məsələn, hansısa brend mağazadan 50 TL (25 m) aldığın köynəyi burada bir qədər ucuz — 35 TL-yə təklif edirlər. Elə buna görə də bazarda kifayət qədər alıcı var.

Hamı baxır, qiymətlərlə maraqlanır, aldığını alır. Amma gərək bu bazarda, adından da bilindiyi, kimi bazarlığa gedəsən. Yəni 100 TL-yə təklif edilən çantanı, uzun bazarlıdan sonra 50 TL-yə ala bilərsən.

Bazara getdiyimiz gün hava çox yağışlı idi. Biz də düşündük ki, bir az bazarda gəzək, nə lazımdırsa alaq, qiymətləri öyrənək və yağışdan qorunaq.

  • Antalya Kəmər bazarı
    Antalya Kəmər bazarı
    © Sputnik / Irade CELIL
  • Antalya Kəmər bazarı
    Antalya Kəmər bazarı
    © Sputnik / Irade CELIL
  • Antalya Kəmər bazarı
    Antalya Kəmər bazarı
    © Sputnik / Irade CELIL
  • Antalya Kəmər bazarı
    Antalya Kəmər bazarı
    © Sputnik / Irade CELIL
  • Antalya Kəmər bazarı
    Antalya Kəmər bazarı
    © Sputnik / Irade CELIL
  • Antalya Kəmər bazarı
    Antalya Kəmər bazarı
    © Sputnik / Irade CELIL
  • Antalya Kəmər bazarı
    Antalya Kəmər bazarı
    © Sputnik / Irade CELIL
  • Antalya Kəmər bazarı
    Antalya Kəmər bazarı
    © Sputnik / Irade CELIL
  • Antalya Kəmər bazarı
    Antalya Kəmər bazarı
    © Sputnik / Irade CELIL
  • Antalya Kəmər bazarı
    Antalya Kəmər bazarı
    © Sputnik / Irade CELIL
  • Antalya Kəmər bazarı
    Antalya Kəmər bazarı
    © Sputnik / Irade CELIL
  • Antalya Kəmər bazarı
    Antalya Kəmər bazarı
    © Sputnik / Irade CELIL
  • Antalya Kəmər bazarı
    Antalya Kəmər bazarı
    © Sputnik / Irade CELIL
1 / 13
© Sputnik / Irade CELIL
Antalya Kəmər bazarı

Bazarda azərbaycanlı alverçilərə də rast gəlmək olurdu. Məsələn Alı deyir ki, atası azərbaycanlı, anası isə türkiyəlidir. O, Türkiyədə böyüyüb və bazarda müxtəlif meyvələrdən hazırlanmış çayların satışı ilə məşğuldur.

Alı Azərbaycan dilində təmiz danışa bilir. Türkiyədə doğulub-böyüməsi ona təsir etməyib. Dediyinə görə, atası Bakıda, "Qara Qarayev" metrosu yaxınlığında doğulub, böyüyüb. Yenə də hərdən Azərbaycana gedib-gəlir.

Bir qədər söhbət etdikdən sonra bizi meyvə çayına qonaq edir. Düzünü desək, buz kimi sərin meyvə çayını sevməmək mümkün deyil. Bazarda əlimizdə çay olduğu halda bizə yaxınlaşıb "orucmusunuz?" deyə soruşan türklər də az deyildi (səfərimiz Ramazan ayına təsadüf edirdi).

Bu bazarda namaz xalçaları, müxtəlif suvenirlər, üzərinə "Kəmər", "Antalya" yazılmış bəzək əşyaları, açarlıqlar, müxtəlif geyimlər, baş örtükləri, kəmərlər, çantalar, ətirlər, eynəklər, bir sözlə hər şey var. Əvvəlcə qiymətini baha desələr də (turistə hər yerdə hər şey bahadır), danışıb, bazarlıq edib, ucuz almaq mümkün olur.

Hə, onu da deyim ki, bazarlarda "biz qardaşıq" şüarı qəbul edilmir. "Qardaşsan, başım-gözüm üstündə yerin var, amma malın qiyməti budur" deyirlər. Hətta şəkillərini də çəkəndə yarı türk-yarı ingiliscə, "bir foto one dollar" deyirlər.

Amma hər dəfə şəkli çəkəndən sonra satıcı ilə danışır, məqsədimin yazı hazırlamaq olduğunu və azərbaycanlı turistə az pulla necə istirahət etməyin yollarını başa salmağa çalışdığımı deyirəm. Razılaşır və məndən daha şəkil üçün pul istəmirlər.

Vəli də həmyerlimizdir. Bazarda çərəz alveri ilə məşğul olur. Deyir ki, azərbaycanlılara xüsusi hörmət edir. Və onları Türkiyəni görməyə, Antalyada istirahət etməyə dəvət edir.

Bazarda alverçilər deyirlər ki, qiymətlərin baha olmasının bir səbəbi də turist azlığıdır. Yəni ötən illərdə rus turistlər çox olduğu üçün alverçilər daha çox qazana bilirmiş. Bu ildən ruslar Türkiyəyə gəlmədiyinə görə, alver azalıb və qiymətlər qalxıb.

Onu da qeyd edim ki, Antalyanın mərkəzində olan alış-veriş müəssisələrində qiymətlər Kəmər bazarından daha ucuzdur. Kəmərdə dönər 12 TL (6 manat) olduğu halda, Antalya da 3-4 ədəd dönəri bu qiymətə almaq olur.

Əgər yolunuz Antalyaya düşərsə, çalışın, Bakıda da məşhur olan brend mağazalardan mal alasınız. Bakı ilə müqayisədə Antalyada bu mağazalarda qiymətlər daha münasibdir. Amma Kəmərə alış-veriş üçün getmək, sadəcə artıq pul xərcləmək deməkdir.

Qarşımıza çıxan maraqlı insanlardan biri də "Maraş" dondurması satan Edib oldu. Edib danışır ki, Qarsda olduğu zaman çox Azərbaycan mahnıları dinləyib. Ən çox eşitdiyi isə "Açıq-saçı yubkası var, o yana gedir, bu yana gedir" mahnısı olub.

"Hərbi xidmətdə Qarsda olmuşam. Orada çox Azərbaycan musiqilərinə qulaq asırlar. Bu mahnı isə hər yerdə oxunurdu", — deyir müsahibimiz.

Azərbaycan mahnılarının Edibin yaddaşında belə qalması ürəkaçan olmasa da, o, azərbaycanlıları çox sevdiyini bildirir. Və yağış səngiyir, biz bazardan çıxıb hotelimizə tələsirik…

(Ardı var)

393
Teqlər:
alış-veriş, Kəmər, turizm, Antalya, Türkiyə, bazar, turist
Əlaqədar
Turistləri ovsunlayan Antalya: bu qeydlər işinizə yarayacaq
Ölən rus pilotun ailəsinə Antalyada ev veriləcək
Türkiyədən rus turistlər üçün böyük güzəşt
Lazada Allah da turistlərdən bezib
Rusiyadan Türkiyəyə turist axını: aviareyslər çatdırmır

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

67
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

67
Xırdalanda partlayış yerində

Xırdalanda dağıntılar altından xilas edilənlərin sayı artır

21
Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

BAKI, 25 yanvar — Sputnik. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

APA xəbər verir ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

21