Samir Əliyev

Keçmiş SSRİ ölkələrində minimum əmək haqqı qədərdir?

778
Samir Əliyev: "Azərbaycanda minimum əmək haqqı sonuncu dəfə təxminən 3 il öncə - 2013-cü ilin sentyabrın 1-də 105 manata qaldırılıb. Həmin dövrdə bu göstərici 134 dollara bərabər idi"

BAKI, 13 iyul — Sputnik. 2016-cı ildə keçmiş SSRİ ölkələrinin əksəriyyətində minimum əmək haqqı artırılıb. Rusiyada minimum əmək haqqı (MƏH) iyul ayının 1-dən etibarən 117 dollara (7500 rubl) qaldırılıb.

Bunu iqtisadçı-ekspert Samir Əliyev şəxsi "Facebook" səhifəsində yazıb. "Ondan əvvəl isə Ukraynada — may ayının 1-dən minimum əmək haqqının aylıq məbləği 58,4 dollara (1450 qrivna), saatlıq məbləği 0,35 dollara (8,69 UAH) yüksəldilib. Ukraynada 2016-cı il dekabrın 1-dən yeni artım olacaq və aylıq MƏH 62,4 dollar (1550 qrivna), saatlıq isə 0,37 dollar (9,29 UAH) olacaq", — iqtisadçı bildirib.

"Belarus hökuməti işəgötürənlər qarşısında iyun ayının 1-dən sonra işçiyə ayda ən azı 119 dollar (239,18 BYN) vermək öhdəliyi qoyub. Moldovada artım mayda olub. Mayın 1-dən etibarən MƏH-in aylıq səviyyəsi 106 dollar (2100 ley), saatlıq səviyyəsi isə 0,6 dollar (12.43 ley) olub. Ermənistanda hazırda minimum əmək haqqı təxminən 115 dollardır (55 min dram). Hökumətin iyulun 1-dən MƏH səviyyəsini 136 dollara (65 min drama) qaldırmaq planı büdcə vəsaitlərinin qıtlığı səbəbindən baş tutmayıb. Qonşu Gürcüstanda MƏH təxminən 70 dollara (160 lari) bərabərdir", — S. Əliyev əlavə edib.

Ekspert deyib ki, Orta Asiya ölkələrində minimum əmək haqqı ilin əvvəlində artırılıb: "Qazaxıstanda yanvarın 1-dən 68 dollar (22,859.00 tenge) olub. Qırğızıstanda 2016-cı ildə 16 dollar (1060 som) olub. Hökumət MƏH-i 2017-ci ildə 17 dollara (1140 som), 2018-ci ildə 18 dollara (1220 som) qaldırmaq niyyətindədir. Özbəkistanda 2015-ci ilin sentyabrından 44 dollar (130,240 min som) qaldırılıb. Türkmənistanda MƏH yanvarın 1-dən 168 dollar (590 manat) təşkil edir".

"Azərbaycanda minimum əmək haqqı sonuncu dəfə təxminən 3 il öncə — 2013-cü ilin sentyabrın 1-də 105 manata qaldırılıb. Həmin dövrdə bu göstərici 134 dollara bərabər idi. Son devalvasiyadan sonra minimum əmək haqqı indiki məzənnə ilə 68 dollara düşüb", — deyə o, qeyd edib.

778
Teqlər:
dollar, manat, Samir Əliyev, maaş, əmək haqqı, SSRİ
Əlaqədar
Nazirdən rədd cavabı alan sahibkarlar məyusdur: "Maaşları artıracaqdıq..."
Ölümlə çarpışan hərbçinin maaşından pul tutulur
Təhsil Nazirliyi müəllimlərin maaşının kəsilməsinə münasibət bildirdi
Müəllimlərin maaşlarından əlavə "haqq" tutulur
Prezident müəllimlərin maaşını artırdı
Ölkədə maaş almayan vətəndaş qalmayacaq

Bir bunu da keçsəm... Azərbaycanda qəbul imtahanları FOTO

3
(Yenilənib 18:05 14.08.2020)
Ölkənin 35 şəhər və rayonunda abituriyentlər üçün ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanları təşkil olunub.

Abituriyentlər üçün ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanları ölkənin 35 şəhər və rayonunda təşkil olunub. Biliklərin yoxlanması necə keçib? Buna Sputnik Azərbaycan-ın fotolentində baxın.

İki gün ərzində, avqustun 13-də və 14-də cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə, həmçinin I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) keçirilib.

İmtahanlar ölkənin 35 şəhər və rayonunda keçirilib, 2877 imtahan zalından istifadə olunub. İmtahanların idarə olunmasına 164 ümumi imtahan rəhbəri, 490 imtahan rəhbəri, 3754 nəzarətçi–müəllim, 328 buraxılışı təşkil edən əməkdaş, 164 bina nümayəndəsi ayrılıb.

Avqustun 13-də keçirilən imtahanlarda 19197, avqustun 14-də keçirilən imtahanlarda isə 18102 nəfər olmaqla, ümumilikdə 37299 abituriyent iştirak edib. Bunlardan 14232 nəfər II ixtisas qrupu, 22607 nəfər III ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 460 nəfər isə I və IV ixtisas qrupları üzrə əlavə xarici dil imtahanını veriblər.

Koronavirusun yayılmasına qarşı mübarizə tədbirlərini nəzərə alaraq imtahanlar xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq keçirilib. Abituriyentlər tibbi maskalar taxmalı və sosial məsafəyə riayət etməli olublar. Bundan əlavə, imtahan zalına daxil olmamışdan qabaq, elektron termometrlərdən istifadə edilməklə abituriyentlərin bədən hərarəti ölçülüb. İmtahanlara bədən temperaturu 37 dərəcədən yüksək olmayan abituriyentlər buraxılıb.

3
  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

  • © Sputnik / Murad Orujov

    II və III ixtisas qrupları üzrə buraxılış imtahanı

Bakıda Aşura günü, arxiv şəkli

DİN Aşura ilə bağlı əhaliyə müraciət etdi

4
(Yenilənib 18:01 14.08.2020)
Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq

BAKI, 14 avqust — Sputnik. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, insanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək və tətbiq olunan məhdudiyyətlərin məqsədinin yalnız əhalinin sağlamlığını qorumaq olduğunu bir daha vurğulayaraq vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, cari il avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən "Aşura" günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir.

Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq.

4
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Məhərrəm ayının başlaması avqustun 21-nə təsadüf edəcək
Bakıda qadın on nəfəri cəriməyə saldı
COVID-19 xəstələri həbs edildilər: başqalarını da yoluxdurmaq istəyirmişlər - FOTO
Xəstə şəxs Bakını tərk etmək istəyəndə saxlanıldı