Lənkəranda keçirilən ictimai dinləmələr

Lənkəran Lerikdə ictimai dinləmələr keçirildi

17
(Yenilənib 13:14 13.07.2016)
Ombudsman Elmira Süleymanova rayon sakinlərini qəbul edib və hər iki rayonun polis şöbələrinin müvəqqəti saxlama yerlərinə baş çəkərək buradakı şəraitlə tanış olub

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. İyulun 12-də Lənkəranda və Lerikdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafisəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran vəzifələrlə bağlı ictimai dinləmələr keçirilib.

Sputnik-in bölgə müxbiri xəbər verir ki, tədbir Lənkəranda Heydər Əliyev Mərkəzində baş tutub və tədbirdə rayon icra strukturlarının nümayəndələri, hüquq mühafizə orqanlarının, yerli QHT-lərin və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov çıxış edərək bildirib ki, Lənkəran rayonunda Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələrlə əlaqədar vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində ardıcıl olaraq bir sıra tədbirlər həyata keçirilir. Sonra isə Ombudsman Elmira Süleymanova çıxış edərək bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq əsas vəzifələrdən biridir və bu sahədə Milli Fəaliyyət proqramı uğurla həyata keçirilir.

Daha sonra bir sıra rayon ictimaiyyətinin nümayəndələri çıxış edərək Lənkəranda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən söz açaraq öz təkliflərini bildiriblər.

Elə həmin gün növbəti dinləmə Lerikdə rayonun Mədəniyyət Mərkəzində baş tutub. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən bağırov çıxış edərək "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası istiqamətində Lerik rayonunda görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.

Qeyd edək ki, hər iki rayonda keçirilən tədbirin sonunda ombudsman Elmira Süleymanova bir qrup rayon sakinlərini qəbul edib və hər iki rayonun polis şöbələrinin müvəqqəti saxlama yerlərinə baş çəkərək buradakı şəraitlə tanış olub.

17
Teqlər:
"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafisəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı", insan hüquqları, Lerik, ombudsman, Lənkəran
Əlaqədar
BMT-nin İnsan Haqları Şurasına yeni üzvlər seçilib
BMT: İnternetdə anonimlik və şifrələmə insan hüquqlarının əsasıdır
"300 magistra möhlət hüququ verməklə ordumuzun qüdrəti azalası deyil"
İstehlakçı hüquqlarının müdafiəsi gününə həsr olunmuş mətbuat konfransı
Sarımsaq, arxiv şəkli

Təbii antibiotik zərərli imiş

14
(Yenilənib 23:40 05.12.2020)
Məlum olub ki, sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

BAKI, 5 dekabr — Sputnik. Çoxsaylı faydalı təsirləri olmasına baxmayaraq, sarımsaq aqressiv məhsul hesab edilir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə danışan həkim-dietoloq İnna Zaykina bildirib ki, çox sarımsaq yemək olmaz.

Mədə xorası xəstəliyi, pankreatit və digər xəstəliyi olan insanlar sarımsaq yeməməlidirlər. Çünki sarımsaq xəstəliyin simptomlarını ağırlaşdıran mədə və öd şirəsinin ifraz edilməsini stimullaşdırır.

Bir müddət əvvəl isə endokrinoloq Yelena Qubkina kartof bişirmə və yemək üsulları barədə danışarkən bildirmişdi ki, kartof torpaqdan və havadan zərərli maddələr yığdığı üçün onu istehlak edərkən diqqətli olmaq lazımdır. Belə ki, kartofu soyulmuş qaynatmaq və buxarda bişirmək daha faydalıdır. Belə ki, bu zaman tərəvəz maksimum miqdarda qida - kalium, natrium, B6 vitamini verir.

14
Teqlər:
allergiya, mədə-bağırsaq xəstəlikləri, simptom, xəstəlik, təbii antibiotik, zərər, sarımsaq
KİV nümayəndələrinin siluetləri

Azərbaycanlı fotoqraflar Beynəlxalq Federasiyanın fəxri adlarını aldılar

9
(Yenilənib 23:20 05.12.2020)
Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov UNESCO-nun təqdir etdiyi məşhur təşkilatın şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanın "Gilavar" fotoklubunun dəstəyi ilə azərbaycanlı fotoqraflar Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri adlarına layiq görülüblər. 

Sputnik Azərbaycan-a fotoklubun mətbuat xidmətindən verilən məlumata görə, bu, UNESCO-nun tanıdığı yeganə fototəşkilatdır. 

Onun fəxri adlarını almaq üçün fotoqraflar xüsusi qaydalara riayət etməlidirlər: FIAP-ın müxtəlif ölkələrdə keçirdiyi müsabiqələrə qatılmalıdırlar, onların fotoqrafiyaları bədii və texniki ustalıq nöqteyi-nəzərindən təqdir olunmalı və onlar mükafat qazanmalıdırlar. Bunlardan əlavə, təşkilatın bədii komissiyasının və direktorlar şurasının üzvlərinin səsləri də nəzərə alınmalıdır. 
Azərbaycanlı fotoqraflar Nurlan Tahirli, Valeri Xlizov, Aleksandr Firstov şərəfli "Rəssam", Rəşad Mehdiyev "Mükəmməllik", İlqar Cəfərov "Mükəmməllik/bürünc" adlarına layiq görülüblər. Bu adlar ildə bir dəfə verilir. 2016-cı ildən bəri fəxri adlar alan azərbaycanlı fotoqrafların sayı artaraq yeddiyə çatıb. 

Qeyd edək ki, İlqar Cəfərov və Rəşad Mehdiyev AZƏRTAC Dövlət İnformasiya Agentliyinin fotojurnalistləridir. Onların hər ikisi İkinci Qarabağ müharibəsi zamanı cəbhəyanı və işğaldan azad olunmuş ərazilərdə çəkilişlər aparıblar.

9
Teqlər:
fəxri adlar, fotoqraf, azərbaycanlı