Könüllülər Parlamenti — Azərbaycan layihəsi Daşkəsəndə işini davam etdirir

"Könüllü deputatlar" dövlət quruculuğunu müzakirə ediblər

14
İctimaiyyətin diqqətini ətraf mühitin zibillənməsi probleminə cəlb etmək və təbiətə ziyanın mümkün qədər azaldılması məqsədilə "Könüllü deputat"lar tərəfindən təmizlik aksiyası keçirilib

BAKI, 12 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə, "ASAN Könüllüləri" təşkilatının təşkilati dəstəyi ilə keçirilən "Könüllülər Parlamenti — Azərbaycan" layihəsi Daşkəsəndə işini davam etdirir.

Layihənin ikinici günü maraqlı görüşlər və sosial aksiyalarla yadda qalıb. Belə ki, ictimaiyyətin diqqətini ətraf mühitin zibillənməsi probleminə cəlb etmək və təbiətə ziyanın mümkün qədər azaldılması məqsədilə "Könüllü deputat"lar tərəfindən "Təmizlik aksiyası" keçirilib. Həmçinin iştirakçılar kitaba olan marağı artırmaq məqsədilə birlikdə "Kitab oxu" fləşmobu keçirib. Hər iki aksiya Daşkəsən sakinləri arasında böyük maraq doğurub.

Millət vəkili Vüsal Hüseynov da layihənin ikinci günündə layihə iştirakçıları ilə görüş keçirib. Millət vəkili ilə görüşən "Könüllü deputatlar" hüquq siyasəti və dövlət quruculuğu haqqında müzakirələr aparıblar.

  • Könüllülər Parlamenti — Azərbaycan layihəsi Daşkəsəndə işini davam etdirir
    "Könüllülər Parlamenti — Azərbaycan" layihəsi Daşkəsəndə işini davam etdirir
    © Photo : ASAN
  • Könüllü deputatlar tərəfindən Təmizlik aksiyası keçirilib
    "Könüllü deputat"lar tərəfindən "Təmizlik aksiyası" keçirilib
    © Photo : ASAN
  • Aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin zibillənməsi probleminə cəlb etmək olub
    Aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin zibillənməsi probleminə cəlb etmək olub
    © Photo : ASAN
  • Təbiətə ziyanın mümkün qədər azaldılması məqsədilə Könüllü deputatlar tərəfindən ətraf mühit təmizlənib
    Təbiətə ziyanın mümkün qədər azaldılması məqsədilə "Könüllü deputat"lar tərəfindən ətraf mühit təmizlənib
    © Photo : ASAN
  • Həmçinin iştirakçılar kitaba olan marağı artırmaq məqsədilə birlikdə Kitab oxu fləşmobu keçirib
    Həmçinin iştirakçılar kitaba olan marağı artırmaq məqsədilə birlikdə "Kitab oxu" fləşmobu keçirib
    © Photo : ASAN
  • Hər iki aksiya Daşkəsən sakinləri arasında böyük maraq doğurub
    Hər iki aksiya Daşkəsən sakinləri arasında böyük maraq doğurub
    © Photo : ASAN
  • Layihənin əsas məqsədi gəncliyin vətandaş mövqeyini konstuktiv şəkildə bildirməsinin stimullaşdırmaqdır
    Layihənin əsas məqsədi gəncliyin vətandaş mövqeyini konstuktiv şəkildə bildirməsinin stimullaşdırmaqdır
    © Photo : ASAN
1 / 7
© Photo : ASAN
"Könüllülər Parlamenti — Azərbaycan" layihəsi Daşkəsəndə işini davam etdirir

Qeyd edək ki, layihənin əsas məqsədi gəncliyin vətandaş mövqeyini konstuktiv şəkildə bildirməsinin stimullaşdırmaqdır. "Könüllülər Parlamenti" layihəsi Azərbaycan Respublikası Milli Məclisinin simulasiya formatında təşkil olunub. Layihə iştirakçısı olan "Könüllü deputatlar" müxtəlif komitələr tərkibində Azərbaycandakı qeyri-neft sektorunun başlıca istiqamətləri, təhsil, sənayə, energitika üçün mövcud imkanlar, Azərbaycandakı QHT-lərin xarici ölkə QHT-lərindən əsas fərqləndirici amilləri və s. kimi mövzuları müzakirə edəcək və bu mövzular ətrafında qanun layihələri ilə bağlı təkliflər planı hazırlanaraq layihənin sonuncu günündə təqdim edəcəklər.

14
Teqlər:
'Təmizlik aksiyası', 'Könüllülər Parlamenti - Azərbaycan' layihəsi, 'ASAN Könüllüləri', Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Daşkəsən
Əlaqədar
Müdafiə Nazirliyindən könüllü hərbi xidmətlə bağlı açıqlama gəldi
Tərtər könüllüləri döyüşə getməyə hazırdırlar
Könüllülər gül paylayacaq
Könüllülük proqramına müraciət edənlər arasında yarış keçirildi
ASAN Könüllülərinin yeni layihəsi
İvan Tixonov

On nəfərə bir qələbə: Azərbaycanlı idmançıların Tokioda ilk günü

14
Tokio Olimpiadasında ilk yarış gününün nəticələrinə görə, medal sıralamasında üç qızıl və bir bürünc medal qazanan Çin birincidir.

BAKI, 24 iyul - Sputnik. Tokio Yay Olimpiya Oyunlarının ilk yarış günü azərbaycanlı idmançılar üçün uğursuz keçdi. Sputnik Azərbaycan bildirir ki, onlardan yalnız biri uğurlu start götürə bilib.

Cüdo

İlk məyusedici xəbərlər cüdodan gəldi. Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk pillələrdən yarışdan ayrıldılar. Hüseynov öncə britaniyalı Eşli Makkenzini udub, gürcü Luxumi Çxvmianiyə uduzdusa, Qurbanova elə ilk görüşündəcə Katarina Koştaya (Portuqaliya) məğlub oldu.

Veloyürüş

Vaxtından əvvəl yarışı dayandıranlardan biri də velosipedçi Elçin Əsədov oldu. 234 km-lik şosse yürüşünün, demək olar ki, yarısını keçəndən sonra yıxıldı. 

Güllə atıcılığı

Snayperimizi Ruslan Lunyov da uğursuzluğa düçar oldu. 10 metrlik məsafəyə pnevmatik tapançadan atəşdə 20-ci yerə düşərək finala çıxa bilmədi. Ancaq birinci gün çıxış edən idmançılarımızın çoxundan fərqli olaraq, Lunyov hələ Oyunlarda iştirakını yekunlaşdırmayıb - 25 m-lik məsafəyə xırda kaliberli tapançadan atəş yarışında da qüvvısini sınayacaq. 

Üzgüçülük

 

Üzgüçülərimiz Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah Tokiodakı Olimpiadada uğursuz çıxış ediblər.

400 m məsafədə kompleks üzgüçülükdə çıxış edən Şemberev 4:19.40 dəqiqə nəticə ilə çıxışını yekunlaşdırıb. O, öz yarımqrupunda sonuncu - səkkizinci yer tutub. Ümumi sıralamada isə 29 iştirakçı arasında 26-cı ola bilib. Yarımfinala çıxa bilməyən Şemberev Olimpiadadakı işini yekunlaşdırıb.

Şemberev üçün bu, ikinci Olimpiadadır. 2012-ci ildə Londonda o, Ukrayna bayrağı altında çıxış edirdi.

100 m məsafədə batterflyay üsulu ilə yarışda Məryəm Şeyxəlizadəxangah finişə 1:01,37 dəqiqə nəticə ilə çataraq, üç nəfərdən ibarət yarımqrupda birinci olub. Yekun hesabda isə 33 yarışçı arasında 30-cu olub və o da Tokiodakı çıxışını bitirib.

 

Məryəmdən kimsə nəticə gözləmirdi, o, Beynəlxalq Federasiyanın kvotası ilə Olimpiadaya gəlib, Şemberev isə lisenziya normativini yerinə yetirmişdi və ən azı, onun yarımfinala çıxacağına ümid edirdik.

Boks

İdman həvəskarlarına ən böyük məyusluğu isə boks yarışları yaşatdı. Titullu idmançı, Riodakı 2016-cı il Olimpiadasının gümüş mükafatçısı Lorenso Sotomayordan (69 kq), heç olmasa, medallar uğrunda mübarizə gözlənilirdi, birinci dövrədən kənarda qalmaq yox. O isə 1/16 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevə uduzdu. Görüşü üçüncü raundda Sotomayorun zədəsi səbəbindən (qanaxma) saxladılar, ancaq Azərbaycan yığmasının kubalı legioneri üçün qələbə ümidi heç yox idi də: ilk iki raundu o uduzmuşdu.

57 kq çəki dərəcəsində çıxış edən boksçumuz - Tayfur Əliyev növbəti mərhələyə adlamağa layiq idi. Çünki 1/16 mərhələdə Vyetnam təmsilçisi Duaonq Van Nquenə qarşı yaxşı döyüşürdü. Ancaq hakimlər mübahisəli qərar verərək qələbəni vyetnamlının adına yazdılar (2:3).

 

Boksçumuz Məhəmməd Abdullayev (91 kq çəki dərəcəsi) isə Azərbaycan təmsilçiləri arasında Tokiodakı Olimpiadada qələbə qazanan yeganə idmançı oldu. 1/16 finalda o, Bəhreyn təmsilçisi Denis Latipovla görüşündən 3:1 hesabı ilə qalib ayrıldı. Düzdür, püşkatmada onun heç bəxti gətirməyib: növbəti mərhələdə o, dünya çempionu, Özbəkistan təmsilçisi Bahodir Calolovla görüşəcək. Bu görüş iyulun 29-da olacaq.

İdman gimnastikası 

Təmsilçilərimizdən Tokiodakı ilk yarış günündə sonuncu çıxış edən isə idman gimnastı İvan Tixonov oldu. O, təsnifatda 45-ci yer tutaraq, adını finala yazdıran 24 nəfərin arasına düşə bilmədi.

Medal hesabı

Tokio Olimpiadasında ilk yarış gününün nəticələrinə görə, medal sıralamasında üç qızıl və bir bürünc medal qazanan Çin birincidir. İkinci yerdə Yaponiya ilə İtaliya qərarlaşıblar: hərəyə bir qızıl və bir gümüş medal. İlk onluğa həmçinin 4. Koreya (1, 0, 2), 5. Macarıstan, Kosovo, Tailand, Ekvador, İran (1, 0, 0), 10. Serbiya, Rusiya (0, 1, 1) daxildir.

14
Teqlər:
atıcılıq, gimnastika, cüdo, şosse velosipedi, üzgüçülük, boks, idmançılar, azərbaycanlı, Tokio Yay Olimpiya Oyunları

Təhsil naziri müəllimlərin imtahanı ilə bağlı söz verdi

10
Təhsil naziri əmin edib ki, araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq.

BAKI, 24 - iyul - Sputnik. Azərbaycanın Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilmiş imtahanlardan narazılıqlara dair açıqlama verib.

"2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq. Bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq", - deyə nazir sosial şəbəkə hesabında qeyd edib.

O əmin edib ki, araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq.

 

Qeyd edək ki, imtahanda iştirak edən müəllimlər sosial şəbəkələrdə xüsusilə ədəbiyyatdan verilən sualların məzmunundan, ümumilikdə isə suallar üçün az vaxt ayrılmasından şikayət ediblər.

Eləcə də oxuyun:

10
Teqlər:
imtahan, işə qəbul, müəllim, Emin Əmrullayev, təhsil naziri, təhsil