Dəstəfur-Qıyıxlı avtomobil yolunundakı körpü bərpa edilib

Çökmək təhlükəsi altında olan körpü bərpa edilib

32
(Yenilənib 23:29 07.07.2016)
Daşkəsən-Xoşbulaq yolunun 5-ci km-də də selin yaratdığı fəsadlar aradan qaldırılıb. Yol daha təhlükəsiz əraziyə doğru genişləndirilib.

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. Daşkəsən rayonunda, 1937-ci ildə inşa edilmiş və istismar müddəti bitmiş körpü, 24 kilometr uzunluğunda olan Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu kilometrliyində yerləşir. Metal konstruksiyadan ibarət körpünün uzunluğu 10 metr, hündürlüyü 8 metr, eni isə 3,5 metr idi.

Körpünün dayaqları qaya daşlarından inşa edildiyi üçün bəzi hissələri dağılmış vəziyyətdə idi. "Azəravtoyol" ASC-dən Sputnik-ə verilən məlumata görə, təmir-bərpa işləri zamanı körpü demək olar ki, sökülərək yenidən tikilib.

  • Dəstəfur-Qıyıxlı avtomobil yolunundakı körpü bərpa edilib
    Dəstəfur-Qıyıxlı avtomobil yolunundakı körpü bərpa edilib
    © Sputnik / Ilham Mustafa
  • Dəstəfur-Qıyıxlı avtomobil yolunundakı körpü bərpa edilib
    Dəstəfur-Qıyıxlı avtomobil yolunundakı körpü bərpa edilib
    © Sputnik / Ilham Mustafa
  • Dəstəfur-Qıyıxlı avtomobil yolunundakı körpü bərpa edilib
    Dəstəfur-Qıyıxlı avtomobil yolunundakı körpü bərpa edilib
    © Sputnik / Ilham Mustafa
  • Dəstəfur-Qıyıxlı avtomobil yolunundakı körpü bərpa edilib
    Dəstəfur-Qıyıxlı avtomobil yolunundakı körpü bərpa edilib
    © Sputnik / Ilham Mustafa
  • Dəstəfur-Qıyıxlı avtomobil yolunundakı körpü bərpa edilib
    Dəstəfur-Qıyıxlı avtomobil yolunundakı körpü bərpa edilib
    © Sputnik / Ilham Mustafa
  • Dəstəfur-Qıyıxlı avtomobil yolunundakı körpü bərpa edilib
    Dəstəfur-Qıyıxlı avtomobil yolunundakı körpü bərpa edilib
    © Sputnik / Ilham Mustafa
1 / 6
© Sputnik / Ilham Mustafa
Dəstəfur-Qıyıxlı avtomobil yolunundakı körpü bərpa edilib

Dayaqlar və hərəkət hissə dəmir-beton, aşırım hissə isə metal konstruksiyalardan yenidən inşa edilib. Körpünün eni 3,5 metrdən 6 metrə qədər genişləndirilib. 24 paqon-metr uzunluğunda təkərqaytaranlar və dəmir mühəccərlər quraşdırılıb. Körpünün bərpa olunması ilə vətəndaşların rahat gediş-gəlişi təmin olunub.

Daşkəsən-Xoşbulaq yolunun 5-ci km-də də selin yaratdığı fəsadlar aradan qaldırılıb. Yol daha təhlükəsiz əraziyə doğru genişləndirilib. Genişləndirilmiş hissənin uzunluğu təqribən 100 metrdir.

Avtomobil yolunun altından suların ötürülməsi üçün iki gözlü, 12 paqon-metr uzunluğunda və 1500 mm diametrində boru quraşdırılıb.

Qeyd edək ki, sel suları bir müddət bundan öncə avtomobil yolunun bir hissəsini və iki ədəd su borusunu sıradan çıxarmışdı.

32
Teqlər:
Dəstəfur-Qıyıxlı avtomobil yolu, "Azəravtoyol" ASC, Daşkəsən, körpü, sel
Əlaqədar
Güclü sel 10 evi, bir neçə körpünü dağıtdı
Binəli Yıldırım İlham Əliyevi İstanbulun üçüncü körpüsünün açılışına dəvət edib
İranla Azərbaycanı birləşdirəcək dəmir yol körpüsünün təməli qoyuldu
"Sınıq körpü"də dəhşət: əlillərdən nə istəyirlər
Məşhur körpünün uçmaq təhlükəsi var
Reza Deqati, arxiv şəkli

Əcnəbilər üçün tarix dərsi: "Maşınların pəncərəsindən gizli şahidlik etdim" - FOTO

0
(Yenilənib 17:01 20.01.2021)
"Şəhər jurnalistlər üçün qapalı idi. Ancaq Moskvadan qatara minərək qırx səkkiz saat orada gizləndim, Bakıya gəldim. Bunun sayəsində bəzən bu üsyan cəhdinin ciddi təzyiqi altında maşınların pəncərəsindən gizli  şahidlik edə bildim"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Fransada yaşayan məşhur fotojurnalist Reza Deqati 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, dünyaca məşhur fotoqraf qanlı gecə haqqında özünün "Facebook" səhifəsində yazıb: "Əfqan sərkərdələri ilə dağlarda döyüşdükdən sonra dünyanın ən böyük ordularından biri təslim oldu. Şərq Blokunun parçalanması başladı - Berlin divarından yıxılacaq ilk beton parçasının simvolizə etdiyi bir proses. 19-cu əsrdən bəri Rusiyanın nəzarətində olan bir ölkədə - Azərbaycanda siyasi ixtişaşlar Kremlə qarşı üsyana çevrildi. Bu cəsarəti cəzalandırmaq üçün rus tankları 19 yanvar 1990-cı ildə gecə Azərbaycanın paytaxtı Bakıya girdi və insanları qətlə yetirdilər".

Məşhur fotoqraf həmin faciə vaxtı Bakıya gəldiyi haqqında da danışıb: "Qırğın yüzlərlə ölü və yaralıya səbəb oldu. Şəhər jurnalistlər üçün qapalı idi. Ancaq Moskvadan qatara minərək qırx səkkiz saat orada gizləndim, Bakıya gəldim. Bunun sayəsində bəzən bu üsyan cəhdinin ciddi təzyiqi altında maşınların pəncərəsindən gizli şahidlik edə bildim".

Deqati qanlı günlərin simvolu olan qərənfil haqqında da danışıb: "Milli çiçək artıq ölkəni təmsil etmək üçün deyil, o lənətə gəlmiş gecə istifadə edildi. Qırmızı qərənfillər indi yalnız cənazə üçün istifadə olunur və müstəqillik uğrunda mübarizə zamanı ölənlərin xatirəsini yad etmək üçün məzar daşlarının üzərinə qoyulur. Ağrılı keçmişin əbədi qalıqları, yerdəki çiçəklər insanları öz tarixi ilə barışığa, nəhayət azadlığa qovuşmağa dəvət edir".

Məşhur fotoqraf həmin gecə ilə bağlı "Məsumların qırğını" (The Massacre of the Innocents) adlı kitab dərc edib. R.Deqati izləyicilərini həmin kitabı oxumağa dəvət edib.

Qeyd edək ki, Reza Deqati 40 ildən çoxdur dünyanı gəzib dolaşır. O, Qarabağda dəfələrlə olub. Otuzdan çox kitabın müəllifidir. Bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.

0
Teqlər:
fotoqraf, tarix, 20 Yanvar

Əyani təhsil başlayanda şagirdləri nələr gözləyir?

2
(Yenilənib 16:26 20.01.2021)
Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması təhsilə də sirayət edəcək. KİV-də məlumat yayılıb ki, Təhsil Nazirliyi məktəbləri açmağa hazırlaşır, ancaq konkret vaxt deməyə hələ tələsmir

Məlumdur ki, respublika üzrə təhsil müəssisələrində əyani dərslər 2020-ci il noyabrın 2-də koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsi səbəbi ilə dayandırılmışdı. Hazırda gündəlik yoluxma statistikası payızdakı göstəricilərədək azalıb. Eyni zamanda Azərbaycanda əhalinin müəyyən qrupunun da peyvəndlənməsinə başlanılıb. 

Sosial şəbəkələrdə isə məktəblərin fevralın 1-dən, yaxud da 15-dən 5-9-cu sinif şagirdləri üçün açılacağı aktiv müzakirə olunur. 

Təhsil müəssisələrinin yenidən açılması ilə şagirdləri nələrin gözlədiyi, təhsil prosesinin necə qurulacağı və onlayn dərslərlə uşaqların məktəbə gəlməsini necə uyğunlaşdıracaqları barədə sualları yanvarın 25-i saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində təhsil eksperti, Təhsil.biz maarifçi-informasiya portalının baş redaktoru Kamran Əsədov cavablandıracaq.

Spikerə sualları öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq.

Əlaqə: 

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

2