Milli Məclis

Spikerlə mübahisə edən deputat lider oldu

437
(Yenilənib 16:03 04.07.2016)
Ötən ay ərazində elektron mediada millət vəkilləri ilə əlaqəli 21872 xəbər yerləşdirilib. Bunlardan 657 xəbər mənfi, 79 xəbər müsbət və 21136 xəbər isə neytraldır.

BAKI, 4 iyul — Sputnik. Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2016-cı ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb. Sputnik MTM-in deputatlarla bağlı iyun ayı üzrə yekun məlumatı təqdim edir.

2016-cı ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 21872 xəbər yerləşdirilib. Bunlardan 657 xəbər mənfi, 79 xəbər müsbət və 21136 xəbər isə neytraldır.

Mənfi xəbərlər arasında liderlər: Zahid Oruc (296 xəbər — parlamentdə spikerin deputatı təhqir etməsi, töhmət alması), Malik Həsənov (61 xəbər — deputatın İlham Əliyevə qarşı olması iddiaları), Nəriman Əliyev (45 xəbər — dövləti aldatması iddiaları, saxta diplom qalmaqalı və s). Müsbət xəbərlər isə Mixail Zabelin (70 xəbər — RF prezidenti deputatı "Dostluq" ordeni ilə təltif etməsi), Qənirə Paşayeva (8 xəbər — deputata Türkiyədə mükafat verilməsi) və Azay Quliyevə (1 xəbər — deputatın "Fədai" medalı ilə təltif olunması) məxsusdur.

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva 2519 xəbər
2. Zahid Oruc 1314 xəbər
3. Rövnəq Abdullayev 1158 xəbər
4. Oqtay Əsədov 1102 xəbər
5. Qənirə Paşayeva 1019 xəbər
6. Vasif Talıbov 660 xəbər
7. Siyavuş Novruzov 658 xəbər
8. Cavid Qurbanov 655 xəbər
9. Vahid Əhmədov 612 xəbər
10. İsa Həbibbəyli 540 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2886 xəbər dərc edilib. Bu xəbərlərdən 2844-ü neytral, 7-si müsbət, 35-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Zahid Oruc (16 xəbər — parlamentdə spikerin deputatı təhqir etməsi, töhmət alması), Mirkazım Kazımov (14 xəbər — "Azadlıq" qəzetinə borcunu ödəməməsi). Müsbət xəbərlər isə Mixail Zabelinə (7 xəbər — RF prezidenti deputatı "Dostluq" ordeni ilə təltif etməsi) məxsusdur.

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva 264 xəbər
2. Zahid Oruc 133 xəbər
3. Rövnəq Abdullayev 117 xəbər
4. Siyavuş Novruzov 116 xəbər
5. Əflatun Amaşov 95 xəbər
6. İsa Həbibbəyli 95 xəbər
7. Oqtay Əsədov 92 xəbər
8. Vasif Talıbov 80 xəbər
9. Qənirə Paşayeva 76 xəbər
10. Əli Hüseynli 70 xəbər

İyun ayında televiziya kanallarında deputatlar haqqında 1662 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva 204 xəbər
2. Rövnəq Abdullayev 96 xəbər
3. Elman Nəsirov 95 xəbər
4. Oqtay Əsədov 94 xəbər
5. İsa Həbibbəyli 84 xəbər


6. Cavid Qurbanov 59 xəbər
7. Fuad Muradov 54 xəbər
8. Çingiz Qənizadə 50 xəbər
9. Siyavuş Novruzov 48 xəbər
10. Qənirə Paşayeva 44 xəbər

Radio kanallarında iyun ayında bu sektorla əlaqəli 51 xəbər verilib.

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva 27 xəbər
2. Cavid Qurbanov 4 xəbər
3. Zahid Oruc 3 xəbər
4. Ziyafət Əsgərov 3 xəbər
5. Musa Qasımlı 3 xəbər
6. Oqtay Əsədov 3 xəbər
7. Fuad Muradov 2 xəbər
8. Qənirə Paşayeva 2 xəbər
9. Rövnəq Abdullayev 2 xəbər
10. Eldar Quliyev 1 xəbər
11. Vahid Əhmədov 1 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

437
Teqlər:
MTM, Media Təqib Mərkəzi, Zahid Oruc, media, KİV, mətbuat, deputat, Azərbaycan
Əlaqədar
Spiker Türkiyədə səfərdədir
Deputat Zahid Oruc "Şərq tərəfdaşlığı"na qarşı
Daha bir millət vəkili Sputnik.Qiraət-də
Millət vəkili: hədəfdə Azərbaycan-Türkiyə dostluğudur
Deputatlar yay tətilinə çıxdılar
Həblər, arxiv şəkli

Hər birimizin köməyinə çatan dərmanlarla bağlı qorxunc xəbərdarlıq - öldürə bilər

8
(Yenilənib 16:21 26.11.2020)
"Hər xəstəliyə antibiotik istifadə edilə bilməz. Bəzən insanlar özləri özlərini antibiotiklərlə müalicə edirlər. Ona görə də antibiotiklər reseptsiz buraxılmamalıdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanda antimikrob dərmanların apteklərdə əhaliyə sərbəst satışı qadağan olunmalıdır. Bununla bağlı dövlət qurumları lazımi dəstək verməlidir. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, bu preparatlara əlçatanlığını azaltmaq lazımdır. "İnsanların antibiotiklərə qarşı davamlılığı ölçülməlidir. Bunun üçün Azərbaycanın lazımi laboratoriyaları var. Həmçinin, maarifləndirmə də olmalıdır. Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi".

Qeyd edək ki, antibiotiklər yüngün soyuqlama zamanı hər birimizin köməyinə çatır. Ona görə də antibiotiklərin reseptlə satılması əhali tərəfindən birmənalı qarşılanmır. Sputnik Azərbaycan antibiotiklərin reseptsiz satışının fəsadlarını araşdırıb.

Professor Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında antibiotiklərin reseptsiz satışının məhdudlaşdırılması ilə bağlı təklifləri dəstəklədiyini bildirib. A.Qeybulla deyir ki, apteklərdə antibiotiklərin reseptsiz satışı qanunda olan boşluqdan irəli gəlir. Onun sözlərinə görə, xarici ölkələrdə antibiotiklər reseptlə satılır:

"Antibiotiklərin həkim təyini olmadan istifadəsi çox risklidir. Bu, hətta ölümə belə gətirib çıxardır. Koronavirusun müalicəsində antibiotiklərdən istifadə məsləhət görülmür. Çox təəssüf ki, insanlar evdə müalicə zamanı kortəbii antibiotiklərdən istifadə edirlər. Bu isə anafilaktik şok, allergik təsirlər göstərə bilər. Antibiotiklərdən həkim təyinatı olmadan istifadə qulağı kar edə, böyrək problemlərinə səbəb ola bilər. Sovet dövründə antibiotiklərdən istifadə geniş yayılmışdı. İndi də bəzi insanlar həkim təyinatı olmadan antibiotikləri alaraq istifadə edirlər. Təbii ki, buna son qoyulmalıdır".

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında bildirib ki, hazırda antibiotiklər reseptlə buraxılan dərmanlar sırasındadır: "Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi. Bu məsələ qanunvericilikdə tənzimlənir, təəssüf ki, bu tənzimlənmə kağız üzərində qalır. COVID-19 dövründə problem daha da artdı. Bu qanunvericiliyin yerlərdə işləməsi istiqamətində işlər gücləndirilməli, ona nəzarət artırılmalıdır. Dövlət səviyyəsində bu məsələyə sərt nəzarət olmalıdır".

Koronavirusdan ölüm artır - Səbəblər virusun özü qədər qorxuludur>>

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, antibiotiklərin satışı "Əhalinin sağlamlığının qorunması haqqında" qanunla müvafiq qaydada tənzimlənir:

"Bu, qanunvericilikdə olan hər hansı boşluq yox, qanunun icrası ilə bağlı problemdir. Qanunların icra müxanizmi NK-nın müvafiq qərarları ilə tənzimlənir. Ola bilər ki, bu məsələ də icra mexanizmində yaranan anlaşılmazlıqla bağlı ola bilər. Qanun antibiotiklərin satışını kifayət qədər tənzimləyir. İşçi qaydada təlimatlarla bu məsələyə baxılmalıdır", - deyə deputat bildirib.

M.Məmmədli bildirir ki, antibiotiklərin kortəbii təyini mənfi təsirə səbəb ola bilər. Koronavirusla mübarizədə isə bu, daha təhlükəlidir: "Çünki koronavirusa yüngül yoluxmada müalicə əsasən orqanizmin gücləndirilməsi, immun sisteminin möhkəmləndirilməsi ilə bağlı aparılır. Antibiotiklərdən istifadə isə orqanizmi, immun sistemini zəiflədir. Bu, o demək deyil ki, xəstələrə antibiotik ümumiyyətlə təyin olunmamalıdır. Sadəcə olaraq bunun üçün tibbi göstəriş olmalıdır. Hər xəstəliyə antibiotik istifadə edilə bilməz. Bəzən insanlar özləri özlərini antibiotiklərlə müalicə edirlər. Ona görə də antibiotiklər reseptsiz buraxılmamalıdır. Bu, beynəlxalq təcrübəyə əsaslanır. Antibiotiklər həkimlərin təyinatı ilə resept əsasında satılmalıdır".

8
Teqlər:
Müşfiq Məmmədli, Nəzifə Mürsəlova, Adil Qeybulla, antibiotik, Koronavirus, epidemiya, COVID-19
Koronavirus testi, arxiv şəkli

TƏBİB Azərbaycanda koronavirus testlərinin bitməsi barədə məlumatlara aydınlıq gətirdi

10
(Yenilənib 19:41 26.11.2020)
Bu problemin aradan qaldırılması məqsədilə, simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) ilə əlaqədar aparılan testlərin bitməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib. 

"Bildiririk ki, ölkəmizdə koronavirusun diaqnozu üçün kifayət qədər test ehtiyatı mövcuddur. Sadəcə olaraq, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş gücünə təsir göstərir. Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur", - TƏBİB bildirib.

Məlumatda o da qeyd olunub ki, bu problemin aradan qaldırılması məqsədilə, simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

"Hazırda ölkədə 37 laboratoriya mövcuddur. Bu laborotoriyalarda gündəlik 10 000 testin aparılması nəzərdə tutulurdu, artıq müraciətlərin sayı çox olduğundan gün ərzində laboratoriyalara daxil olan test nümunələri nəzərdə tutulduğundan 2 dəfə (19178 test) artıb", - deyə məlumatda bildirilir. 

10
Teqlər:
test, korona virusu, Koronavirus, epidemiya, COVID-19, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, TƏBİB

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

0
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

0