Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanda növbəti bahalaşma gözlənilir

Abunə olmaq
Dolların günü-gündən dəyər qazanması ciddi narahatlıqlar meydana çıxarıb. Ekspertlərin fikrincə, bu prosesin qarşısı alınmazsa, bütün idxal məhsullarının qiymətləri qalxacaq.

BAKI, 1 iyul — Sputnik. Son bir ay əzrində Azərbaycanda ABŞ dollarının bahalaşma tempi davam edir. Bu artım kəskin şəkildə baş verməsə belə, hər gün qeydə alınan manatın dəyərdən düşməsi prosesi cəmiyyətdə narahatlıq yaradır.

© facebook/Nazim MammadovNazim Məmmədov - iqtisadçı-ekspert
Nazim Məmmədov - iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Nazim Məmmədov - iqtisadçı-ekspert

İnsanları ən çox düşündürən suallardan biri, dolların aşağı sürətlə bahalaşmasının ölkədə qiymətlərə təsir edib-etməyəcəyi ilə bağlıdır. Bəllidir ki, ölkədə baş verən hər iki devalvasiyadan dərhal sonra, ərzaqdan tutmuş ən müxtəlif sferalarda kəskin bahalaşma yaşandı. Bəs, ABŞ valyutasının mərhələli şəkildə artımı nələrə səbəb olacaq?

Mövzunu Sputnik-ə dəyərləndirən keçmiş deputat, iqtisadçı ekspert Nazim Məmmədov sözlərinə görə, Azərbaycanın maliyyə bazarının iqtisadi proseslərlə əlaqəsi çox zəifdir: "Azərbaycan müxtəlif məhsullara görə idxaldan asılıdır. İdxal olunan məhsullar xarici valyuta ilə alınır. Əsas ticarət tərəfdaşlarımızla dollar üzərindən alış-veriş edirik. Bu baxımdan idxal olunan məhsulların dəyərinin qalxması kurs fonunda anlaşılandır və belə davam etsə, proqnozlaşdırmaq olar ki, qiymətlər artacaq".

"Son qiymət artımı olan zaman manatın kursu yenə də 1.55-1.60 civarında cərəyan edirdi. Yəni, o zaman artıq satıcılar qiyməti manatın yeni dəyərinə uyğunlaşdırmışdılar. Bu gün dolların satışı hətta 1.60-dan yuxarı qeyd edilir. Bəzi valyutadəyişmə məntəqələrində ajiotaj var, banklar dollar satmır, az satır. Beləcə süni ajiotaj yaranır", — ekspert bildirib.

Azərbaycana qeyri-rəsmi maliyyə axını olduğunu deyən N. Məmmədovun sözlərinə görə, bu amil də qiymətlərə təsir göstərir: "Bu, idxalla bağlı deyil. Ajiotaj fonunda kapital axını baş verir. Bu da monopoliyadan, iş adamlarının Azərbaycan iqtisadiyyatına son zamanlar etibar etməməsindən, maaşlar da daxil, kütləvi dollarlaşma prosesinin yaşanmasından, manata etibarsızlığın yüksək səviyyədə olmasından irəli gəlir. Bunun qarşısını almaq lazımdır. Qiymətlər bu fonda artsa, qiymətlər qalxacaq. Adətən belə olur, yəni, ilk növbədə şayiələr buraxılır, sonra dolların kursu dəyişir. Nəticə etibarı ilə kurs 1-2 faiz dəyişmiş olsa da, satıcılar bazarda qiymətləri 10-15 faiz şişirtməyə çalışacaqlar".

"Bazarda daha çox bolluq yaratmaq üçün daxili istehsalı stimullaşdırmaq lazımdır. Hökumət bu istiqamətdə addım atmalıdır, monopoliyanı ləğv etməlidir, müxtəlif iqtisadi islahatları sürətləndirməli və sahibkarlığa real dəstək göstərməlidir. Bu, olmazsa, biz vaxtı ilə müxtəlif ölkələrin keçdiyi yolu — hiperinflyasiyaları görməyə məcbur olacağıq", — iqtisadçı vurğulayıb.

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Əkrəm Həsənov

Bu prosesin çox təhlükəli olduğunu deyən N. Məmmədovun qənaətincə, belə davam edərsə, insanların real gəlirləri azalacaq: "Çünki, Azərbaycan bəzi məhsullar üzrə 60-70 faiz, bəzən daha çox idxaldan asılıdır, daha çox da gündəlik tələbat məhsulları ilə bağlı".

"Xarici ölkələrdə istehsal olunmuş məhsulların yenə Azərbaycan bazarına ciddi təzyiqi ola bilər. Bu baxımdan hökumət daha dərin düşünməlidir", — deyə ekspert əlavə edib.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da Sputnik-ə açıqlamasında deyib ki, dolların məzənnəsinin artması qiymətlərə təsir edəcək: "Ümumiyyətlə, Azərbaycanın özündə istehsal edilməyən nə varsa, onun qiyməti artacaq. Ola bilər ki, yay mövsümündə ciddi təsiri olmasın, ancaq payızdan başlayaraq qiymətlərə ciddi təsiri olacaq".

Xəbər lenti
0