Əmlak Məsələləri Dövlət Komitəsinin binası

"Qara siyahı"nın başında gələn Dövlət Komitəsi

70
Ötən ay elektron mediada komitələrlə əlaqəli 9652 xəbər yerləşdirilib. Bunlardan 313-ü mənfi, 669-u müsbət və 8670-i isə neytral xəbərlərdir.

BAKI, 1 iyul — Sputnik. Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2016-cı ilin iyun ayı üzrə dövlət komitələri ilə bağlı analiz işini yekunlaşdırıb. MTM-dən Sputnik-ə verilən məlumata görə, 2016-cı ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 9652 xəbər yerləşdirilib. 

Bunlardan 313-ü mənfi, 669-u müsbət və 8670-i isə neytral xəbərlərdir. Mənfi xəbərlər arasında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (175 xəbər — komitə sədri haqqında olan iddialar) liderdir. Müsbət xəbərlər arasında isə Dövlət Gömrük Komitəsi (532 xəbər — gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (114 xəbər — komitənin əməkdaşlarının təltif olunması) liderdir.

Xəbər sayına görə sıralama:

1. Dövlət Gömrük Komitəsi 2165 xəbər
2. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 1881 xəbər
3. Dövlət Statistika Komitəsi 1529 xəbər
4. Əmlak Məsələləri Dövlət Komitəsi 1302 xəbər
5. Diasporla İş üzrə Dövlət Komitəsi 1160 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1129 xəbər dərc edilib. Bu xəbərlərdən 1066-sı neytral, 54-ü müsbət, 9-u isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Əmlak Məsələləri Dövlət Komitəsi (6 xəbər — komitədə əsrin saxtalaşması iddiası, komitə sədri haqqında olan iddialar və s.), Dövlət Gömrük Komitəsi (2 xəbər — şikayət, komitənin ləğv olunması iddiası) və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (1 xəbər — şikayət) məxsusdur. Müsbət xəbərlər arasında isə Dövlət Gömrük Komitəsi (39 xəbər — gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb) liderdir.

Xəbər sayına görə sıralama:

1. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 268 xəbər
2. Dövlət Gömrük Komitəsi 229 xəbər
3. Diasporla İş üzrə Dövlət Komitəsi 203 xəbər
4. Dövlət Statistika Komitəsi 138 xəbər
5. Əmlak Məsələləri Dövlət Komitəsi 96 xəbər

İyun ayında televiziya kanallarında komitələr haqqında 464 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 120 xəbər
2. Dövlət Gömrük Komitəsi 93 xəbər
3. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 58 xəbər
4. Diasporla İş üzrə Dövlət Komitəsi 52 xəbər
5. Əmlak Məsələləri Dövlət Komitəsi 47 xəbər

Radio kanallarında iyun ayında bu sektorla əlaqəli 19 xəbər verilib.

Xəbər sayına görə sıralama:

1. Dövlət Gömrük Komitəsi 8 xəbər
2. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 7 xəbər
3. Dövlət Statistika Komitəsi 2 xəbər
4. Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 1 xəbər
5. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

70
Teqlər:
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Media Təqib Mərkəzi, Dövlət Gömrük Komitəsi, media, KİV, mətbuat
Əlaqədar
Dövlət başçısı Komitə əməkdaşlarını mükafatlandırdı
Deputat komitə üzvlüyündən azad edilib
Gömrük Komitəsi quru meyvələrin real qiymətlərinə aydınlıq gətirdi
Komitələr yenidən formalaşdırıldı
"Dövlət Gömrük Komitəsində ixtisarlar olmayacaq"
Dövlət Komitəsi məcburi köçkünləri sui-istifadədən əl çəkməyə çağırdı

ANAMA ləğv edildi, əvəzində yeni agentlik yaradıldı

12
(Yenilənib 18:28 15.01.2021)
Yeni yaradılmış Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ANAMA-nın hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

BAKI, 15 yanvar - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılır.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

3. Müəyyən edilsin ki:

3.1. Agentlik Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirən publik hüquqi şəxsdir;

3.2. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır.

4. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması;

4.1.3. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.1.4. Agentliyin yenidən təşkili və ləğvi;

4.2. Agentliyə:

4.2.1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Agentliyin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Agentliyin nizamnaməsinin layihəsini 15 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

7.5. dövlət qeydiyyatına alındığı gündən Agentliyin inzibati bina ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.6. Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görsün;

7.7. Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

7.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik öz fəaliyyətini davam etdirsin.

9. Agentlik:

9.1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin işçilərinin Agentlikdə müvafiq vəzifəyə təyin olunması üçün tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

9.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

10.1. bu Fərmanın 5-ci hissəsinə uyğun olaraq maliyyələşməni təmin etsin;

10.2. Agentliyin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Prezident İlham Əliyev həmçinin “Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 854 nömrəli Sərəncamının ləğv edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla “Azərbaycan Respublikasının Hərbi Əməliyyatlar Nəticəsində İşğal Olunmuş və Bununla Əlaqədar Zərər Çəkmiş Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyasının nəzdində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 854 nömrəli Sərəncamı ləğv olunub.

Sənədə əsasən, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Beləliklə, yeni yaradılmış Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

12
KİV nümayəndələri, arxiv şəkli

MEDİA Azərbaycan mediasına verəcək?

17
(Yenilənib 18:42 15.01.2021)
"KİVDF-nin timsalında qəzetlərə pul verən təşkilat təəssüratı yaransa da, yeni yaranan qurumda islahatlar paketinə maddi baxımdan qəzet və saytların iqtisadi müstəqilliyinin qazanılmasına dəstək verilməsi nəzərdə tutulub".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Prezidenti media sahəsində islahatların dərinləşdirilməsinə dair fərman verdi. Eyni zamanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" (MEDİA) publik hüquqi şəxs yaradıldı. Sputnik Azərbaycan tanınmış qələm əhlinin Medianın İnkişafı Agentliyindən gözləntilərini öyrənib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov REAL TV-yə müsahibəsində bildirib ki, indidən sonra media subyektlərinin bölgüsü həyata keçiriləcək, jurnalistin statusuna hüquqi bazada aydınlıq gətiriləcək:

"Bu da imkan verəcək ki, media subyektlərinə və jurnalistlərə iqtisadi-texniki və metodiki dəstək göstərək. Çap, onlayn və audiovizual media sahələrinin iqtisadi müstəqilliyi, kadr potensilalının inkişafı və yayılan informasiyanın məzmununun təkmilləşdirilməsi istiqamətində işlər aparılacaq. Artıq media subyektlərinin iqtisadi müstəqilliyi üçün fəaliyyət planı hazırlanır. Biz çalışacağıq ki, media subyektlərinin biznes modelinə keçməsi üçün dəstək istiqamətlərini araşdıraq".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Sputnik Azərbaycan-a açıqlamasında belə bir qurumun yaradılmasının əhəmiyyətli olduğunu bildirib: "Çünki onlayn medianın fəaliyyəti ilə bağlı bir çox ciddi problemlər ortaya çıxırdı. Onlayn media sürətlə inkişaf etdiyindən, bu sahə həm peşəkar, həmçinin də qeyri-peşəkarların fəaliyyət göstərdiyi media sahəsinə çevrilib. Azərbaycanda bu sahənin hüquqi müstəvidə tənzimlənməsi bu günədək bir problem olaraq qalır.

Ölkəmizdə "Kütləvi informasiya vasitələri" Haqqında qanun 1999-cü ildə qəbul olunub. Media isə durmadan inkişaf edən sahədir. Ona görə də media qanunun təkminləşdirilməsinə böyük ehtiyac var. Sosial medianın hüquqi statusu və sosial hüquqi məsuliyyəti məsələləri də qanunda öz əksini tapmalıdır. KİVDF-nin timsalında qəzetlərə pul verən təşkilat təəssüratı yaransa da, yeni yaranan qurumda islahatlar paketinə maddi baxımdan qəzet və saytların iqtisadi müstəqilliyinin qazanılmasına dəstək verilməsi nəzərdə tutulub. Ona görə də MEDİA-dan gözləntilərimiz böyükdür".

BakuPost.az saytının direktoru Elçin Zahiroğlu isə deyir ki, yeni qurumun nizamnaməsi ilə tanış olandan sonra onda medianın bir neçə vacib probleminin həll olunacağı əminlik yaranıb:

"Bu, saytların hüquqi statusu, ümumiyyətlə, qanunvericiliyin təkmilləşdirilməsi və media quruluşlarının texniki və kadr potensialının artırılması məsələləridir. Bu problemlər illərdir jurnalistləri narahat edirdi və dəfələrlə müzakirə mövzusuna çevrilmişdi. Əhməd İsmayılov KİVDF-yə rəhbər təyin olunanda biz müəyyən təkliflər irəli sürmüşdük və bu gün onlar nizamnamədə əksini tapıb. Qaldı ki, digər məsələlər – mediaya baxışı dəyişmək, korlanmış reputasiyanın bərpası, ciddi mətbuat orqanlarının ictimai fikrin, eləcə də dünyada informasiya savaşında lazımi mövqe qazanması məsələsinə və bu istiqamətdə agentliyin fəaliyyətinin nə dərəcədə effektiv olmasına, bunu zaman göstərəcək".

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirir ki, agentlik Azərbaycandakı media subyektlərinin xarici medai subyektləri ilə informasiya mübadiləsinin yaradılmasına, təcrübələrin mübadiləsinə təşkilati dəstək göstərəcək. Onun sözlərinə görə, MEDİA-nın yaradılmasının məqsədi media subyektlərinin dünyada mövcud standartlara uyğun iqtisadi müstəqilliyə nail olmasıdır. Media subyektlərinin iqtisadi müstəqilliyi necə əldə edəcəyinə gəlincə, Ə. İsmayılov deyir ki, bu, reklamların cəlb olunması, media subyektləri arasında informasiya mübadiləsi formasında ola bilər.

17
Teqlər:
Akif Aşırlı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
Şimal axını – 2 qaz kəmərinin tikintisi, arxiv şəkli

ABŞ yenə "Şimal axını-2"-yə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirdi

0
(Yenilənib 19:44 15.01.2021)
"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb.

BAKI, 15 yanvar — Sputnik. Media xəbər verir ki, "Şimal axını-2" layihəsinin iştirakçısı olan Danimarkanın "Ramboll" şirkəti Vaşinqtonun sanksiyalarından qorxaraq geri çəkilib. Həqiqətən də, 1 yanvar tarixindən etibarən ABŞ layihəyə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirib. Bununla belə, kəmərin inşası davam etdirilir.

Avropada bu məsələdə yenidən ehtiraslar qızışır: almanların sanksiyalardan qorunmaq üçün fond yaratdıqları bir vaxtda, ingilislər amerikalılardan nümunə götürmək istəyirlər, isveçlilər isə "təbii qaz müharibəsi"nin başlamasından ehtiyat edirlər. Bəs bütün bunlardan sonra qaz kəmərinin taleyi necə olacaq? Bu sualın cavabı RİA Novosti-nin növbəti materialında.

Norveç də geri çəkildi

"Şimal axını-2" layihəsinin Rusiyadan kənardakı quru hissəsinin inşası uğurla başa çatdırılıb. Hazırda Almaniyanın su hövzələrində boru döşənməsi prosesi gedir, daha sonra növbə Danimarkaya çatacaq. Layihə finiş nöqtəsinə yaxınlaşmaq üzrədir. Ancaq Vaşinqton bunu görməzdən gəlir. 1 yanvar tarixindən etibarən bu ölkədə Rusiya qaz kəmərinə qarşı əlavə sanksiyaların nəzərdə tutulduğu müdafiə büdcəsi haqqında yeni qanun qüvvəyə minib.

Əsasən test, yoxlama və ya sertifikatlaşdırma xidmətləri göstərən təşkilatlardan söhbət gedir. Norveçin DNV GL şirkəti artıq boru kəmərini yoxlamaq üçün bütün fəaliyyətini dayandıracağını və layihəni sertifikatlaşdıra bilməyəcəyini bəyan edib.

Bir qədər əvvəl ABŞ Senatında respublikaçıların lideri Mitç Makkonnel əvvəllər müdafiə büdcəsi qanununun milli təhlükəsizlik üçün vacib olduğunu, "Çin və Rusiya kimi rəqib super güclərin qarşısını aldığını" bildirmişdi. Onun sözlərinə görə, bu sənəd ABŞ-ın "dənizdə, quruda, havada, kiberməkanda və kosmosda" üstünlüyünü möhkəmləndirəcək.

"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb. Vaşinqtonun Avropanın beş böyük enerji şirkəti tərəfindən maliyyələşdirilən layihənin tamamlanmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Almaniyanın ərazi sularında iş bir illik fasilədən sonra yanvarın 11-də bərpa edilib. Yanvarın 15-dən etibarən Danimarka sularına boru döşənməsinə başlanılacaq.

Fortuna boru kəmərinə Rusiya Dəniz Xilasetmə Xidmətinin "Murman", "Baltiyskiy İssledovatel" və digər təchizat gəmiləri dəstək verəcək. Dənizdə boru döşəmə xəttinin hər iki tərəfində 200 metr enində müvəqqəti təcrid zonası yaradılacaq.

"Gazprom Export"-un baş direktoru Yelena Burmistrovanın bir qədər əvvəl qeyd etdiyi kimi, layihənin dəniz hissəsinin inşasının bitmə tarixi bir sıra amillərdən, xüsusən də hava şəraitindən asılıdır.

Müdafiə mexanizmi

Bu arada, Vaşinqton layihədə Rusiyaya kömək etdiklərini düşündüyü Avropa şirkətlərini yenidən təhdid edib. Reuters ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla bildirir: "Biz onları risk barədə xəbərdar etməyə və çox gec olmadan iş birliyindən imtina etməyə çağırırıq". Agentliyin məlumatına görə, yaxın günlərdə Ağ Ev "arzu olunmayan" şirkətlərin siyahısını açıqlayacaq.

Rusiya Xarici İşlər Nazirliyi isə vurğulayır: "Vaşinqton "Qazprom"un Qərbi Avropa tərəfdaşlarına nə qədər təzyiq göstərir-göstərsin, Moskvanın "Şimal axını-2" layihəsinin uğurla tamamlanacağına şübhəsi yoxdur".

Almaniya "Şimal axını-2"ni hələ də iqtisadi layihə hesab etdiyindən, ABŞ-dan kənar ərazilərə şamil olunan sanksiyaları qəbul etmir. Bu məsələni Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer da bu günlərdə yada salıb.

Üstəlik, yanvarın əvvəlində Almaniyanın Meklenburq federal əyalətinin parlamenti regional hökumətin "İqlim və Ətraf Mühitin Mühafizəsi " ətraf mühit fondunun yaradılması ilə bağlı təşəbbüsünü səs çoxluğu ilə dəstəkləyib.

Əslində bu fond ABŞ-ın sanksiyalarından yayınmaq üçün qurulub. Qurum tikinti üçün lazım olan avadanlıqları ala biləcək. İlk növbədə, boru kəmərinin ətraf mühit üçün vacib olduğunu qəbul edəcək. Almaniyanın "Bild" qəzetinin yazdığına görə, bu "Şimal axını-2" layihəsini "ətraf mühitin qorunmasının əsas elementi" kimi təsnif etməyə imkan verəcək.

Fond istisnasız olaraq "Şimal axını-2" layihəsinə cəlb olunan kommersiya şirkətlərini qeydiyyata almaq niyyətindədir. Sanksiyalarla təhdid olunan şirkətlər Rusiya tərəfi ilə həmin kommersiya qurumlarının təqdim etdiyi iqtisadi alətlər vasitəsilə qarşılıqlı əlaqədə olacaq.

Vaxt çatacaqmı?

Bəs almanlar özlərini sanksiyalardan qorumaq üçün vaxt tapacaqlarmı? Bu məsələdə ekspertlərin fikri ikiyə haçalanır. "TMT"-nin direktoru Daniil Rostovtsev bildirir ki, bir tərəfdən, fondun Vaşinqtonun sanksiyalarını nəzərə almamaq üçün kifayət qədər sərmayə və gücü var.

"Bununla belə, fondun təşəbbüsü cəmiyyətdə, xüsusən də "yaşıl siyasəti" dəstəkləyənlərdə narazılıq doğurur. Ekoloqlar belə hesab edirlər ki, layihənin bu şəkildə təbliği qeyri-etikdir və hiddət doğurur, eyni zamanda, ətraf mühit üçün təhlükəlidir", – deyə analitik vurğulayır. Onun sözlərinə görə, indi əsas məsələ "Şimal axını-2" layihəsinin tərəfdarlarının cəmiyyətlə dil tapıb-tapmayacağıdır.

Müstəqil sənaye mütəxəssisi Leonid Xazanov isə belə hesab edir ki, hər bir halda, Berlin Vaşinqtona güzəştə getməyəcək: Almaniyaya Amerikanın maye qazından xeyli ucuz olan Rusiyanın "mavi yanacağı" lazımdır. Üstəlik, Rusiya ilə iqtisadi əlaqələri qoruyub saxlamaq Almaniya üçün çox vacibdir. Çünki Rusiya bazarı alman şirkətləri üçün strateji əhəmiyyət daşıyır.

"Əlbəttə ki, fond sanksiyalara məruz qalacaq, amma bu effekt verməyəcək. Çünki onun podratçılarına qarşı yeni bir qanun layihəsi hazırlanmalı, Konqresdən keçirməli və prezidentin imzalamasını gözləməlidirlər. Bu isə ümumilkdə yarım il vaxt tələb edir ki, həmin müddətə qədər layihə tamamlanacaq", – deyə mütəxəssis qeyd edir.

Bununla belə, Xazanov kəmərin istismara verilmə ərəfəsində, özü də məhz ABŞ-ın müdafiə büdcəsində nəzərdə tutulan sanksiyalar səbəbindən.çətinliklərlə qarşılaşacağını istisna etmir.

Qorxu və nifrət

İngilislər də amerikalılardan nümunə götürmək fikrindədirlər. Britaniyanın Mühafizəkarlar Partiyasından olan parlament üzvü Deniel Koçinski bəyan edib ki, Rusiyanın qaz kəməri həddən artıq təhlükəlidir, çünki NATO ölkələri ərazisində yerləşən bütün qaz və neft şəbəkələrini adlayaraq "birbaşa Rusiyaya" aparır.

Onun sözlərinə görə, böyük britaniyalılar artıq Avropa Şurasının üzvü olmadıqlarından, "amerikalı dostlarının yolu ilə gedərək "Şimal axını-2" qaz kəmərinin inşasına cəlb olunmuş istənilən şirkətə qarşı sanskiya tətbiq etməlidirlər.

Bu arada, İsveçdə Co Baydenin prezidentliyi dövründə "qaz müharibələri"nin başlayacağından ehtiyat edirlər. Svenska Dagbladetin vurğuladığı kimi bu amerikalı demokrat məsələyə öz rəqibi Donald Trampdan da sərt yanaşa bilər.

Baydenin prezidentliyinin "Qazprom" üçün mənfi aspekti onun yaşıl enerji siyasətini dəstəkləməsidir. Demokratlar 2035-ci ilə qədər təmiz enerjiyə keçmək üçün 2 trilyon dollar xərcləməyi planlaşdırır. 2050-ci ilə kimi isə atmosferə sıfır tullantı hədəfinə nail olmaq nəzərdə tutulur. Ancaq "yaşıl enerji" siyasəti də Rusiyaya əl verir. Çünki "Şimal axını-2" kəməri ilə yalnız təbii qaz deyil, həm də hidrogen ötürmək mümkündür. Avropanın hidrogen yanacağına tələbatı isə potensial olaraq çox yüksəkdir.

Digər tərəfdən, ABŞ-ın özündə belə Ağ Evin "rus kəmərinə" vəd etdiklərini yerinə yetirə biləcəyinə şübhə ilə yanaşırlar. Virciniya ştatının keçmiş senatoru Riçard Blek əmin edir ki, Bayden tikintinin səssizcə başa çatdırılması barədə Moskva ilə razılığa gəlməyə üstünlük verəcək. Bunun müqabilində isə Rusiya ilə Vaşinqton üçün bəzi faydalı sövdələşmələrə nail olmağa çalışacaq.

0