Supermarketdə ərzaq səbəti. Arxiv şəkli

Yeni dövlət qurumu sistemsizliyə son qoyacaq

534
(Yenilənib 11:01 01.07.2016)
Ekspertlərin qənaətincə, yaxın vaxtlarda yaradılması gözlənilən Qida Təhlükəsizliyi Agentliyi bu sahədə ciddi dönüş yaratmalıdır

BAKI, 30 iyun — Sputnik. Yaxın vaxtlarda Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması gözlənilir. Hazırda yeni dövlət qurumunun yaradılma detalları — onun hansı qurumların bazasında yaradılacağı və əhatə edəcəyi funksiyalar müzakirə edilir.

İlkin məlumatlara görə, Qida Təhlükəsizliyi Agentliyi Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji xidmətinin, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq strutkurlarının və Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq və fitosanitar nəzarəti xidmətlərinin bazasında yaradılacaq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik-ə açıqlamasında bildirib ki, hazırda ölkəmizdə bu sahədə vəziyyət yaxşı deyil: "Ölkədə qida təhlükəsizliyi haqqında qanun yoxdur. Baxmayaraq ki, beynəlxalq təşkilatlar təşəbbüs göstərib qanun layihəsi hazırlayıb verib. Hökumət qurumları arasında müzakirə olunur, lakin məsələ hələ də qalıb".

"Həmin qanun layihəsində ekspertizanın müstəqilliyi, sertifikat verən orqanın müstəqilliyi və s. nəzərdə tutulub. Bu gün ölkədə təhlükəli ərzaq malları var, normal və müstəqil ekspertiza isə yoxdur", — deyə E. Hüseynov bildirib.

İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə də, Azərbaycanda qida təhlükəsizliyi və onun satılıb istehlak edilməsi ilə bağlı problemlər var. "Qida təhlükəsizliyi yalnız qidanın keyfiyyətini əhatə etmir, eyni zamanda vətəndaşların ərzağa çıxış imkanlarının təmin edilməsi baxımından vacibdir. Amma bu gün qida təhlükəsizliyi ilə bağlı diqqət çəkən məsələlərdən biri ciddi problemlərin olmasıdır", — ekspert Sputnik-ə açıqlamasında bildirib.

V. Bayramov bu sahədə monitorinq keçirdiklərini də diqqətə çatdırıb: "Bizim apardığımız monitorinqlər göstərir ki, bəzi hallarda satış məntəqələrində belə, ərzaq məhsulunun üzərindəki istifadə tarixi dəyişdirilir və yeni istifadə tarixi yazılır. İstifadə müddəti başa çatır, lakin həmin ərzaq məhsulu bir sıra hallarda dövriyyədən yığışdırılmır. Nəticədə, istehlakçının sağlamlığı üçün təhlükəli olan qidanın satışı həyata keçirilir. Bu baxımdan qida təhlükəsizliyi çox vacibdir".

O, hesab edir ki, bu səbəbdən yeni qurumun yaradılmasına ehtiyac var: "Xüsusən son dövrlər istehlak bazarında belə problemlərin çoxalması yeni qurumun yaradılması və nəzarətin gücləndirilməsinə zəmin yaradıb. Nəzarətin gücləndirilməsi baxımından yeni qurumun səlahiyyətlərinin genişləndirilməsi və yeni səlahiyyətlərin verilməsi, eləcə də qanunvericilikdə dəyişikliklərin edilməsi lazımdır. Məsələn, qida təhlükəsizliyi ilə bağlı inkişaf etmiş ölkələrdə qaydaları pozanlar üçün kifayət qədər ciddi cərimələr, hətta şirkətin bağlanması nəzərdə tutulur".

"Düşünürəm ki, yeni qurum yaradıldıqdan sonra Azərbaycan qanunvericiliyində də dəyişikliklərə, eləcə də daha ağır şərtlərin, cəzaların və cərimələrin müəyyənləşdirilməsinə ehtiyac var ki, ölkədə qida təhlükəsizliyini tam olaraq təmin etmək mümkün olsun", — iqtisadçı əlavə edib.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin yaradılması, son vaxtlar Azərbaycanda dövlət qurumlarında islahatların aparılması və idarəetmənin təkmilləşdirilməsi tədbirləri çərçivəsində həyata keçirilir.

534
Teqlər:
qurum, Qida Təhlükəsizliyi Agentliyi, yemək, qida, Eyyub Hüseynov, ərzaq, Vüqar Bayramov
Əlaqədar
Azərbaycan əhalisinin qida rasionu dəyişir
Yağları əridən qidalar
Böyrək daşına səbəb olan qida məhsulları
Göz sağlamlığı üçün faydalı qidalar
Dünya əhalisinin sayının azaldılmasına hədəflənmiş qida
Bu qidalar nikotini bədənimizdən təmizləyir
İlham Əliyev, arxiv şəkli

Dövlət başçısı: Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır

31
Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

BAKI, 21 oktyabr — Sputnik. "Öz doğma torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı həmin torpaqlara qayıtmaq arzusu ilə yaşayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev öz "Twitter" hesabında yazıb.

Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

"Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü", - deyə o əlavə edib.

31
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Bakıda yağışlı hava

Sabaha hava proqnozu açıqlandı

14
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 21 oktyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Oktyabrın 22-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-7, gündüz 14-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

14
(1:13 / 9.91Mb / просмотров видео: 98)

İşğalçıların döyüş meydanında atıb-qaçdığı növbəti hərbi texnikalar - VİDEO

29
(Yenilənib 15:04 21.10.2020)
Azərbaycan ordusunun hərbçiləri yenə Ermənistan silahlı qüvvələrinin hərbi texnikasını qənimət olaraq götürüblər.

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb-qaçdığı, həmçinin bölmələrimiz tərəfindən məhv edilən növbəti hərbi texnikaları nümayış etdirib. 

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Səfərşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

29
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə