Bakı Dəmiryol Vağzalı

Azərbaycanın dəmiryolu vağzallarında xüsusi rejim tətbiq olunur

59
(Yenilənib 17:19 29.06.2016)
Bakıda sərnişinlərə bilet satılarkən məcburi qaydada onların şəxsiyyətlərini təsdiq edən sənədləri yoxlanılır. Səsgücləndiricilər vasitəsilə sərnişinləri ayıq-sayıq olmağa çağırırlar.

BAKI, 29 iyun — Sputnik. "Azərbaycan Dəmir Yolları" qapalı səhmdar cəmiyyətinın (QSC) işçiləri sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş iş rejiminə keçiblər. Bu barədə Sputnik-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Nadir Əzməmmədov, Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri
© Photo : Araz Yaquboglu
Nadir Əzməmmədov, "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri

Onun sözlərinə görə, bilet satışı zamanı məcburi qaydada onların şəxsiyyətini təsdiq edən sənədlər tələb edilir. Qatarların hərəkəti zamanı isə dəmiryolçular körpü və stansiyalara yaxınlaşan zaman sayıqlıq nümayiş etdirirlər.

"Səsgücləndiricilər vasitəsi ilə sərnişinlər sistematik olaraq sayıq olmağa çağırılır və onlara xəbərdarlıq edilir ki, şübhəli əşyalar barədə polisə məlumat verisnlər. Hələ ki, belə bir təhlükəli məlumat daxil olmayıb. İnsanlar rahat şəkildə biletlərini alırlar", — deyə N. Əzməmmədov bildirib.

Xatırladaq ki, dünən gecə İstanbul Atatürk hava limanında baş verən terakt nəticəsində 36 nəfər ölmüş, 147 nəfər yaralanmışdı. Baş nazir Binəli Yıldırım terrorun "İslam dövləti" terror qruplaşması tərəfindən törədildiyini demişdi.

59
Teqlər:
dəmiryol stansiyası, "Azərbaycan Dəmir Yolları", Nadir Əzməmmədov, Bakı, terror
Əlaqədar
Türkiyəyə uçuşlar təxirə salındı
Ərdoğan təcili toplantı keçirir
"Terrorçular İstanbul aeroportuna xarici ölkədən təyyarə ilə gəliblər"
"Terrorçu özünü bizim yaxınlığımızda partlatdı"
İstanbul terrorunda zərərçəkənlər arasında AZAL-ın sərnişini yoxdur
Terrorda həyatını itirənlərin sayı 28-ə çatdı