Eskalator. Arxiv şəkli

Bakı metrosunun giriş-çıxışı bağlanacaq

112
(Yenilənib 11:55 29.06.2016)
Sakinlər keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər

BAKI, 29 iyun — Sputnik. Bakı Metropoliteninin "20 Yanvar" stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator istismar müddətini başa vurduğu üçün dəyişdiriləcək. Bu barədə Sputnik-ə Metropolitenin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 1 iyul tarixindən 20 yanvar stansiyasının I vestibülü sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. II vestibül (Azərsu ASC, Respublika Velotreki, Moskva prospekti, Diaqnostika mərkəzi tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq.

Qeyd edək ki, I vestibül bağlı olsa da keçid piyadalar üçün açıq olacaq. Yəni sakinlər, keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər.

112
Teqlər:
Zərdabi küçəsi, giriş-çıxış, "20 Yanvar" stansiyası, Bakı Metropoliteni, metro
Əlaqədar
Bakı metrosunun qrafiki dəyişdi
Metro aşdı, 20 sərnişin ağır yaralandı
Bakı metrosunda yenilik
Bakı metrosunun giriş-çıxış qrafiki dəyişir
İnsanlar niyə Bakı metrosuna minməkdən imtina edirlər?
Metroda partlayış baş verdi