Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsi kredit borcuna görə həbsi qadağan edib

10249
Ekspert "Buna görə də sizi həbslə qorxudan hər kəsə Konstitusiya Məhkəməsinin qərarını xatırladın"

BAKI, 28 iyun — Sputnik. "Konstitusiya Məhkəməsi hələ 2012-ci ildə borcu ödəyə bilməyənin həbsini yasaq edib. Amma məhkəmələr bununla hesablaşmır".

Sputnik xəbər verir ki, bunu bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov şəxsi "Facebook" səhifəsində yazıb. Onun yazdığına görə, Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair" 2 oktyabr 2012-ci il tarixli Qərarında sırf borcun ödənilməsi məsələsi üzrə məhkəmə aktının qərəzli icra edilməməsinin 5 mütləq əlaməti sadalanır:

Bank eksperti Əkrəm Həsənov
© Photo : REPORT
Əkrəm Həsənov

1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi;
2) borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi;
3) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi;
4) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi;
5) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması.

"Göründüyü kimi "borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması" məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir (bütün əlamətlərin mövcudluğunu da təbii, borclu deyil, onu ittiham edən sübut etməlidir). Yəni sadalanan digər 4 əlamət mövcuddursa belə, amma borclunun borcu ödəməyə faktiki imkanı yoxdursa, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz", — Ə. Həsənov qeyd edib.

Ekspertin sözlərinə görə, təbii, analoji yanaşma İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati həbslərə də aiddir: "Çünki orada da söhbət məhkəmə aktının üzrsüz icra edilməməsindən gedir. Borclunun imkanı yoxdursa, deməli üzrlüdür və heç bir məsuliyyətə cəlb oluna bilməz".

"Buna görə də sizi həbslə qorxudan hər kəsə Konstitusiya Məhkəməsinin qərarını xatırladın və qorxmayın! Allahın köməyi ilə banklara, kollektorlara, icra məmurlarına və hakimlərə hüququn nə olduğunu əvvəl-axır başa salacağıq!", — deyə o bildirib.

Xatırladaq ki, 33 yaşlı vətəndaş Vəliyev Sədrəddin Şahsuvar oğlu Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyevin qərarı ilə, "Unibank"a 983,36 manat, "Bank of Baku" ya isə 4316 dollar məbləğində krediti ödəyə bilmədiyinə görə, cari il iyunun 3-də 20 günlük həbs olunub. Onun himayəsində 4 azyaşlı uşağı və işsiz həyat yoldaşı var.

10249
Teqlər:
kredit borcu, Konstitusiya Məhkəməsi, Əkrəm Həsənov, kredit, məhkəmə, həbs
Əlaqədar
Ölkədə problemli kreditlərin sayı yüksək səviyyəyə çatıb
Azərbaycanda da təhsil kreditləri veriləcək
Kredit kartlarının ağlamalı taleyi
"Vətəndaşların bütün kredit borcları silinəcək"
Banklar manatla kredit verilməsini bərpa etdi
"12-13 faizlə təhsil kreditlərinin alınması əlverişli olmaz"
Həbsxana, arxiv şəkli

Penitensiar xidmətin məhkumun ölümü ilə bağlı açıqlaması: "Tibbi ekspertizanın rəyi var"

2
(Yenilənib 19:58 16.01.2021)
"Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir" - Mehman Sadıqov

BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 

2
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda hərbi parada baxır

Əliyevlə Ərdoğan Ağdamdakı Birgə Monitorinq Mərkəzini müzakirə etdilər

2
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.

 Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

2
Teqlər:
telefon danışığı, İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan