İdris Şeydayev

Böyük divanın şahidi: "Bacısı məhkəmədə Mircəfər Bağırovdan imtina etdi"

1254
(Yenilənib 11:41 25.06.2016)
Həyat yoldaşının ölümündən sonra piano arxasına keçə bilmir. Onun hətta qapağını qaldıranda belə təsirlənir: "Əlləri, barmaqları toxunub bu dillərə. İstəmirəm bu izlər itsin..."

Ayaz Yaşılyarpaq, Sputnik Azərbaycan

O, bir nəsil tərbiyə edib, "müəllimlər müəllimi" olub. Bu gün də evi qaranlıq küçəyə işıq salır. Yeni nəsil Qusarda yaşayan 81 yaşlı İdris Şeydayevdən vəfa və sadaqət dərsi götürə bilər.

BAKI, 25 iyun — Sputnik. Adəti üzrə evdən bayıra təmiz, ütülü paltarda, ağ yaxalıqlı köynəkdə çıxır. Axır vaxtlar təngnəfəs olur deyə daha qalstuk taxmır. Yanından ötüb keçdiyi adamlar ehtiramla ona salam verir, küçədə hərəkət edən avtomobillər sürətini azaldır. 40 ildən artıq müəllimlik etmiş, drujinaçılıqdan rayon partiya komitəsinin təlimatçılığınadək bir çox ictimai vəzifələr daşımış bu nurani insana — İdris müəllimə Qusarda beləcə hamı hörmət, ehtiramla yanaşır.

Hələ ana bətnindəykən atadan yetim qalıb…

"Mən dünyaya gəlməzdən üç ay əvvəl atam vəfat edib. Onun adı mənə qoyulub. Buna görə çox az təsadüf edilən inisialım var: İdris İdris oğlu. Atam bisavad olsa da, istəyib ki, övladları təhsil alsın. Mərhum ərinin bu arzusuna görə anam uşaq yaşlarımdan üstümə düşmüşdü ki, sən oxuyacaqsan", — deyir müsahibimiz.

İdris Şeydayev 1935-ci ildə Qusar rayonunun Xuluq kəndində doğulub. Bu kənddə məktəb ötən əsrin 20-ci illərində açılıb. 1-ci sinfə gedəndə böyüklərdən öyrənir ki, kəndin ilk müəllimi olan şair Əhməd Cavad antisovet fəaliyyətdə suçlanıb və güllələnib. Dərs keçdikləri ikimərtəbəli bina vaxtilə kənddə yaşayan mollanın şəxsi mülkiyyəti olub. Şura hökuməti kişinin evini əlindən alaraq məktəb edib, özünü isə "gedər gəlməz"ə yollayıb.

Çox sonralar gənc İdris Azərbaycandakı bu repressiyaların başında dayanan şəxsin — Mircəfər Bağırovun məhkəməsində iştirak edir: "Mircəfər Bağırov Xuluqda, qonşu kəndlərdə, xüsusilə Nəcəfkənddə çox olub. Qubada "pedtexnikum"da oxuyanda bacısı Sona xanımı yaxından görmək, onunla ünsiyyətdə olmaq imkanım yarandı. Məktəbə zəng edib, alma toplamaq üçün bir neçə tələbənin göndərilməyini istəmişdi. Rəhbərlik məni də yolladı".

"Sona xanım son dərəcə sadə insan idi. Bizimlə birgə iş görür və tapşırırdı ki, meyvələri əzmədən yeşiklərə yığaq, onlar Moskvaya göndəriləcək. Tələbələrdən birinin əli əzilmişdi, yarasını sarıdı. Amma məhkəmədə o, Mircəfər Bağırovun bacısı olduğunu inkar etdi. Görünür ailəsinin incidiləcəyindən ehtiyatlanırdı", — deyir İdris müəllim.

"Elə ilk dəfə görəndən vuruldum"

Quba pedaqoji texnikumunda oxuduğu illərdə İdris Şeydayev öz sevgisini də tapır: "Qubadakı ətriyyat mağazalarının birində Roza adında boy-buxunlu, yaraşıqlı, həm də olduqca təmizkar bir qız işləyirdi. Elə ilk dəfə görəndən vuruldum. Öyrəndim ki, Qubada qohumlarım yaşayan məhəllədə qalır. Onlar da məsləhət gördülər ki, bu qızla ailə qurum".

  • İdris Şeydayev
    İdris Şeydayev
    © Sputnik / Ayaz Yashilyarpaq
  • İdris Şeydayevin əmək bioqrafiyası 1957-ci ildən – Xaçmaz rayonunun Borispol kəndindəki 7 illik məktəbdən başlayır
    İdris Şeydayevin əmək bioqrafiyası 1957-ci ildən – Xaçmaz rayonunun Borispol kəndindəki 7 illik məktəbdən başlayır
    © Sputnik / AYAZ YASHILYARPAQ
  • İdris Şeydayev prezident İlham Əliyevlə
    İdris Şeydayev prezident İlham Əliyevlə
    © Sputnik / AYAZ YASHILYARPAQ
  • Quba pedaqoji texnikumunda oxuduğu illərdə İdris Şeydayev öz sevgisini, Roza xanımı, tapır
    Quba pedaqoji texnikumunda oxuduğu illərdə İdris Şeydayev öz sevgisini, Roza xanımı, tapır
    © Sputnik / AYAZ YASHILYARPAQ
  • Kitab rəfinin, yazı masasının, mətbəx stolunun üstündə  Roza xanımın böyüdülmüş şəkilləri asılıb
    Kitab rəfinin, yazı masasının, mətbəx stolunun üstündə Roza xanımın böyüdülmüş şəkilləri asılıb
    © Sputnik / AYAZ YASHILYARPAQ
  • Samur qəzetində İdris və Rova Şeydayevlərə həsr edilmiş məqalə
    "Samur" qəzetində İdris və Rova Şeydayevlərə həsr edilmiş məqalə
    © Sputnik / AYAZ YASHILYARPAQ
  • Şeydayevlərin yaşadığı ev rus şairi Lermontovun sürgün həyatını keçrdiyi keçmiş Zabitlər küçəsində yerləşir
    Şeydayevlərin yaşadığı ev rus şairi Lermontovun sürgün həyatını keçrdiyi keçmiş "Zabitlər küçəsi"ndə yerləşir
    © Sputnik / AYAZ YASHILYARPAQ
  • Bu küçədən keçənlər Şeydayevlərin pianodakı ifalarını dinləmək üçün ayaq saxlayıb
    Bu küçədən keçənlər Şeydayevlərin pianodakı ifalarını dinləmək üçün ayaq saxlayıb
    © Sputnik / AYAZ YASHILYARPAQ
  • İdris müəllim deyir ki, vaxtilə bu yerlər meşə olub
    İdris müəllim deyir ki, vaxtilə bu yerlər meşə olub
    © Sputnik / AYAZ YASHILYARPAQ
1 / 9
© Sputnik / Ayaz Yashilyarpaq
İdris Şeydayev

Onların evlənməyi xeyli vaxt çəkir. Quba pedaqoji texnikumunu bitirən İdris Şeydayev, əvvəlcə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olur. Amma az sonra buradakı təhsilini dayandırıb, sənədlərini Dağıstan Dövlət Unversitetinin riyaziyyat fakültəsinə təqdim edir.

Onun əmək bioqrafiyası 1957-ci ildən — Xaçmaz rayonunun Borispol (indiki Sərkərli- A.Y.) kəndindəki 7 illik məktəbdən başlayır. Buradan Sayad kənd və Xudat şəhər məktəblərinə göndərilir. Ailə qurandan sonra Qusar şəhərinə köçür və internat məktəbinə direktor müavini təyin edilir. Sonrakı vaxtlarda İdris müəllim Qusar şəhərindəki 3 və 6 saylı orta məktəblərdə riyaziyyat fənnini tədris edib.

Fəzail Əhmədov
© Sputnik / Ayaz Yashilyarpaq

Roza xanım bir müddət Qusar rayonundakı müəssisələrdə, o cümlədən dövlət bankında mühasib işləyib. Amma o da, həyat yoldaşı kimi, müəllim olmaq arzusunda olub. Ailə qurandan 17 il sonra — 1982-ci ildə Roza Şeydayeva M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna qəbul edilib. Bu vaxtadək onların Aydın, Rauf və İradə adlı övladları dünyaya gəlmişdi.

Lermantov yaşayan küçə…

Şeydayevlərin yaşadığı ev rus şairi Lermantovun sürgün həyatını keçrdiyi keçmiş "Zabitlər küçəsi"ndə (hazırda Fəxrəddin Musayevin adını daşıyır) yerləşir. Bu küçədəki bəzi tikililər Qusarın son 200 illik tarixinin izlərini hələ də qoruyub saxlayır.

İdris müəllim deyir ki, vaxtilə bu yerlər meşə olub: "Çar Rusiyası dövründə burada polk yerləşdirilib. Hərbçilər ağacları kəsib özlərinə ev tikib, evlənib yaşayıblar. Belə tikililər "domov ruçnoy rubki" adlandırılır. Biz evi Roza ilə bankda bir yerdə işləmiş İrina adlı qadından almışıq. Onun atası Aleksandr da Qusarda müəllimlik edib".

İşıqlı ev

Bu ev daim işıqlı, qonaq-qaralı olub. Nə qədər adam tapılmayan kitabları bu evdən soruşub, məsləhət almaq üçün bu ünvana üz tutub. Bu küçədən keçənlər şeydayevlərin pianodakı ifalarını dinləmək üçün ayaq saxlayıb. Bu ilin aprelin 4-də Roza xanım son mənzilə yola salınarkən bu evin qarşısında böyük izdiham yaranıb.

Rəhimli türbələr kompleksi
© Sputnik / ILHAM MUSTAFA

Son vaxtlar İdris müəllim lap gec yatmağa başlayıb. İşdən çıxandan və tənha qalandan bəri darıxqan olub. Evdəki kitabların hamısını oxuyub qurtarıb. Ölkədə və dünyada baş verən hadisələrdən məlumatlı olmağı üçün qəzet və jurnallar mütaliə edir, televiziyaya baxır. Axşamlar uzaqda olan uşaqları, nəvələri ilə skayp bağlantısı yaradır. Gecə keçənədək pəncərəsindən küçəyə işıq düşür və bu, qaranlıqda gedən adamlara yol göstərir…

Vaxtının çox hissəsini güllərlə keçirir

Həyat yoldaşının ölümündən sonra piano arxasına keçə bilmir. Onun hətta qapağını qaldıranda belə təsirlənir: "Əlləri, barmaqları toxunub bu dillərə. İstəmirəm bu izlər itsin…".

Kitab rəfinin, yazı masasının, mətbəx stolunun üstündə, çarpayısının baş hissəsində Roza xanımın böyüdülmüş şəkilləri asılıb. Sanki onu bir an da olsun gözündən uzaq qoymaq istəmir. Onun vəfatından bəri saç-saqqal buraxıb, hüznlü görkəm alıb. Bu tükənməyən sevgi 81 yaşlı kişiyə şeir də yazdırıb. Ləzgi dilində çıxan "Samur" qəzetinin redaktoru Sədaqət Kərimova Roza xanımın ölümünə həsr etdiyi elegiyaya həmin şeirdən iki bəndi əlavə edib.

Gündüzlər vaxtının çox hissəsini həyətində yetişdirdiyi güllərlə keçirir. Onları sulayır, oxşayır, hərəsini öz dilində danışdırır. Hər həftə səhərin şehində islanmış çiçəklərdən çələng bağlayıb qəbiristanlığa gedir və yarım əsr birgə yaşadığı həyat yoldaşının qəbri üstünə düzür. Ona elə gəlir ki, ləçəklərdən damla-damla qopub bir-birinin üstə, sonda torpağa qarışan su deyil, güllərin göz yaşlarıdır.

Ramiz Qusarçaylı sanki bu səhnəni təsvir edibmiş:
Güllər bir-birini öpüb-yatışır,
Güllər bu yuxudan oyanan deyil…

1254
Teqlər:
Lermantov, "Zabitlər küçəsi", Xudat, Quba pedaqoji texnikumu, Mircəfər Bağırov, İdrsi Şeydayev, Qusar, müəllim
Əlaqədar
Bu azərbaycanlının evində Əhməd Davudoğlu təşəkkür namazı qılıb
Bu evdə 271 şəhid yaşayır
Allah kimsəni onunla imtahana çəkməsin...
Bu kişi doğmalarının ruhları ilə danışır
Fransa Senatının binası, arxiv şəkli

Fransadan mükafat almış elm mədəniyyət xadimləri bu ölkənin mövqeyinə etiraz ediblər

2
(Yenilənib 20:19 01.12.2020)
Azərbaycan Respublikasının bir sıra elm və mədəniyyət xadimləri Fransanın qərəzli mövqeyinə etiraz ediblər.

BAKI, 1 dekabr — Sputnik. Fransa Respublikasının mükafatlarını almış Azərbaycanın elm və mədəniyyət xadimləri Fransanın qərəzli mövqeyinə etiraz ediblər.

Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan bəyanatda deyilir:

"Biz - fərqli illərdə Fransanın mükafatlarına layiq görülmüş Azərbaycanın mədəniyyət xadimləri və təhsil işçiləri - bu mükafatlarla fəxr edirdik, çünki bu mükafatlar bizim üçün dünyaya bu qədər gözəllik bəxş edən bir ölkənin simvolu idi!

Biz Rable, Molyer, Volter, Hüqo və s. bu kimi dahi yazıçı və filosofların təmsil etdikləri fransız ədəbiyyatının şərəf, bərabərlik, sülh və ədalət kimi ən ali və ümdə məfhumlar uğrunda mübarizə apardığını həmişə xatırlamışıq.

Xüsusilə qeyd etmək istərdik ki, bu dəyərlərə olan hörmətimiz təsadüfi deyil, belə ki, Azərbaycanda ədalət və bərabərlik prinsipləri, hörmət və sülh, şərəf və ləyaqətin qorunması yaşam tərzinin təməlidir. Əsrlər boyu Azərbaycan bütün bölgənin mədəniyyət mərkəzi, eləcə də bir çox millət və din mənsublarının yüzilliklər boyu yanaşı yaşayaraq dinc şəkildə, çiyin-çiyinə fəaliyyət göstərdikləri ev olmuşdur. Məhz bu mədəniyyətlərin sintezi ölkəmizin misilsiz mədəni irsinin yaranmasına səbəb olmuşdur və bu gün Azərbaycan dünyanın ən çoxmədəniyyətli və çoxkonfessiyalı ölkələrindən biridir. Təsadüfi deyil ki, 2016-cı ilin oktyabrında Roma Papası Fransisk Azərbaycana səfəri zamanı Azərbaycanı dini tolerantlıq baxımından dünyada nümunəvi ölkə kimi yüksək qiymətləndirmişdi. BMT Baş Assambleyasının qərarına əsasən, 2017-ci ildə hər iki ildən bir Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlərarası dialoq üçün əsas qlobal platforma hesab edilməsi də bunu bir daha sübut edir.

Müsəlman icması ilə yanaşı, ölkəmizdə xristian və yəhudi icmaları da cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir Ölkəmizdəki bütün abidələr və dini binalar, eləcə də məscid və kilsələr Azərbaycan dövləti tərəfindən tam qorunur və mütəmadi olaraq restavrasiya olunur. Ölkəmizdə məscidlər, kilsələr və sinaqoqlar yan-yana fəaliyyət göstərir.

Azərbaycan təkcə ölkə daxilində deyil, həm də bütün dünyada mədəni irsin qorunmasına öz töhfəsini verib. Azərbaycanın maliyyə dəstəyi ilə həyata keçirilən işlər arasında Luvr və Versal sarayında aparılan renovasiya işlərini, Fransanın Orne departamentinin Sen-İler, Frene-o-Sovaj, Sen-İler-la-Jerar, Tanvil, Kurjo, Reveyon və Mal yaşayış məntəqələrində yerləşən X-XII əsrlərə aid yeddi kilsənin bərpasına dəstəyi, həmçinin Fransada XIV əsrə aid Strasburq Kafedral kilsəsinin vitraj hissələrinin, o cümlədən Vatikandakı Müqəddəs Sebastyan, Müqəddəs Marsellino və Müqəddəs Pyetro katakombalarının bərpasını qeyd etmək olar.

Bu gün Azərbaycan öz inkişafının ən vacib və tarixi mərhələlərindən birini yaşayır. İkinci dünya müharibəsi zamanı Fransa başqa bir ölkənin işğalı altında olduğu kimi, bizim ərazilərimizin də bir hissəsi 28 il idi ki, Ermənistan tərəfindən işğal edilmişdi. On minlərlə insan öldürülüb, bir milyona yaxın Azərbaycanlı etnik təmizləmə nəticəsində daimi yaşayış yerlərini itirib və qaçqına çevrilib. BMT Təhlükəsizlik Şurasının BMT Nizamnaməsində ifadə edilmiş ölkələrin ərazi bütövlüyünə əsaslanan 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan işğalçı qoşunlarının Azərbaycan Respublikasının beynəlxalq müstəvidə tanınmış ərazilərindən dərhal çıxarılması tələb edilmişdir. Lakin 30 ilə yaxın idi ki, bu qətnamələrin heç biri yerinə yetirilmirdi.

Bütün bu işğal illərində hər gün insanlarımız həlak olur, qədim mədəniyyət abidələrimiz qərəzli şəkildə məhv edilir, neçə-neçə şəhər büsbütün xarabalığa çevrilir, bizim dünya ictimaiyyətinə kütləvi mədəni soyqırımın dayandırılması barədə etdiyimiz çoxsaylı müraciətlərimiz isə cavabsız qalırdı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Xocalı şəhərinin sakinlərinə qarşı soyqırım törədib və bir gecədə 106 nəfəri qadın, 63 nəfəri uşaq və 70 nəfəri qoca olmaqla, 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirərək param-parça ediblər. 1275 mülki şəxs əsir götürülüb (onlardan 150 nəfərin taleyi hələ də məlum deyil), 475 vətəndaş əlil olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə iki valideyndən birini itirib. Xocalı şəhəri yerlə yeksan edilib. Artıq bir sıra dünya ölkələri dinc əhaliyə qarşı törədilmiş Xocalı soyqırımını tanımışdır.

Bu günlərdə isə ədalət zəfər çalıb və Fransa İkinci dünya müharibəsi əsnasında etdiyi kimi, biz də torpaqlarımızı erməni işğalından azad edib BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı da daxil olmaqla, bütün nüfuzlu beynəlxalq təşkilatlar və dünyanın bütün ölkələri tərəfindən tanınan ərazi bütövlüyümüzü bərpa edə bildik. Müharibənin ilk günlərindən Azərbaycan öz dövlət sərhədlərini bir santimetr də keçməmiş və bütün döyüş əməliyyatları birbaşa ölkəmizin ərazisində aparılmışdır.

27 sentyabr 2020-ci il tarixindən başlayaraq, şəhər və kəndlərimizin bütün dünyada qadağan edilmiş silah növləri ilə bombardman edilməsinə və ərazilərimizin atəşə tutulmasına baxmayaraq, müzəffər Azərbaycan Ordusu əks-hücum əməliyyatları nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsini, o cümlədən Azərbaycan mədəniyyətinin incisi, tarixi-memarlıq qoruğu, muğamın və Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin doğulduğu yer - Şuşa şəhərini azad etməyə müvəffəq oldu.

1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər Şuşa sakinlərinin 98%-ni Azərbaycanlılar təşkil edirdi. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında sülh bəyannaməsi imzalanmışdır. Bu bəyannamənin şərtlərinə əsasən, işğalçı qüvvələr öz qoşunlarını Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tədricən çıxarmaq barədə öhdəlik götürməyə məcbur oldu. Mülki insanlar isə artıq öz evlərinə qayıtmaq şansı əldə ediblər.

Bu gün bütün dünya otuz illik erməni işğalının dəhşətli nəticələri ilə əyani şəkildə tanış ola və vəhşicəsinə məhv edilmiş şəhər və kəndləri, yandırılmış meşələri və dağıdılmış torpaq sahələrini, eləcə də dünya mədəni irsinin nümunələri olan tarixi mədəniyyət və memarlıq abidələrini, habelə xarabalığa çevrilmiş dini binaları görə bilər.

Azad edilmiş ərazilərdə demək olar ki, bütün məscidlər, hətta pravoslav kilsəsi belə dağıdılıb və ya murdarlanıb.

Azərbaycan Respublikasının rəhbərliyi (konfessional mənsubiyyətlərindən asılı olmayaraq) dağıdılmış bütün ərazilərin, şəhər və kəndlərin, eləcə də mədəniyyət abidələrinin və dini obyektlərin bərpa ediləcəyini bəyan edib.

Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzə daha əvvəl heç bir şəkildə reaksiya verməyən Fransa Senatının və onun elitasının mövqeyi, habelə kukla rejiminin müstəqilliyini tanımağın zəruriliyinə dair birmənalı şəkildə qərəzli qərar qəbul etməsi bütün Azərbaycan ictimaiyyətində qəzəb və hiddətə səbəb olmuşdur.

Xüsusilə təəccüblüdür ki, Fransa BMT Təhlükəsizlik Şurasında erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməyə səs verən ölkələrdən biridir.

Biz səmimi qəlbdən inanırdıq ki, Fransa Respublikasının dəyərləri yalnız bu ölkənin yaxın müttəfiqlərinə deyil, həm də dünya ölkələrinə şamil olunur. Lakin qəbul edilmiş bu qərar ikitərəfli münasibətlərimizin uğurlu gələcəyi üçün ciddi təhlükə yaradır. İndi Azərbaycanın mədəniyyət xadimləri üçün ölkə ictimaiyyətini Fransa ilə əlaqələrimizi inkişaf etdirməyin məqsədəuyğun olduğuna inandırmaq çətin olacaq.

Xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycan şərqin ilk demokratik respublikasıdır və yeri gəlmişkən, ölkəmiz Fransadan çox əvvəl qadınlara səsvermə hüququ verib.

Respublikamızın himninin müəllifi, Qarabağda dünyaya göz açmış Üzeyir bəy Hacıbəyov Şərqdə ilk operanın müəllifidir. Onun "Arşin Mal Alan" operettası 4 iyul 1925ci il tarixində Parisin Yelisey sarayındakı "Femina" teatrında fransız dilində səhnələşdirilib. İlk balet, eləcə də Şərqin ilk balerinası da məhz Azərbaycan səhnəsinə çıxıb. Bu siyahını sonsuza qədər uzatmaq olar.

Biz başa düşürük ki, Fransada güclü erməni diasporunun olması vacib amildir, lakin Fransa kimi bir dövlətin rəsmi mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də ədalət və dövlət məsuliyyəti prinsiplərinə əsaslanmalıdır.

Fransanın mədəniyyət xadimləri tərəfindən imzalanmış müraciətlə tanış olduqdan sonra belə görkəmli sənət nümayəndələrinin lazımi tədqiqatlar aparmadan erməni təbliğatının alətinə çevrilməsi bizi kədərləndirir. Təəssüf ki, belə qeyri-peşəkar yanaşma onların nüfuz və qərəzsizliyinə də kölgə salır.

Biz Fransanın hakimiyyət orqanlarının nümayəndələrini və mədəniyyət xadimlərini Azərbaycanın işğaldan azad edilmiş ərazilərini ziyarət etməyə və erməni işğalçıları tərəfindən törədilən dağıntıları və vandalizmin miqyasını yerində görməyə çağırırıq. Güman edirik ki, o zaman sizin fikrinizin ümumbəşəri dəyərlərə və beynəlxalq hüquq prinsiplərinə söykənəcək.

Tahir Salahov, "Fəxri Legion" ordeni (Zabit dərəcəsi)

Fərhad Bədəlbəyli, "İncəsənət və ədəbiyyat" ordeni (Kavaler dərəcəsi)

Ramiz Abutalıbov, "Fəxri Legion" ordeni (Kavaler dərəcəsi)

Sevda Məmmədəliyeva, "İncəsənət və ədəbiyyat" ordeni (Zabit dərəcəsi)

Fərhad Xəlilov, "İncəsənət və ədəbiyyat" ordeni (Kavaler dərəcəsi)

Çingiz Fərzəliyev, "İncəsənət və ədəbiyyat" ordeni (Kavaler dərəcəsi)

Səməd Seyidov, "Fəxri Legion" ordeni (Kavaler dərəcəsi)

Hicran Hüseynova, "Fəxri Legion" ordeni (Zabit dərəcəsi)

Fəxriyyə Xələfova, "İncəsənət və ədəbiyyat" ordeni (Kavaler dərəcəsi)

Çəmən Babaxanova, "Akademik palma" ordeni, (Kavaler, Zabit dərəcələri)

Azelma Həsənova, "Akademik palma" ordeni, (Kavaler, Zabit dərəcələri)

Röya Tağıyeva, "İncəsənət və ədəbiyyat" ordeni (Zabit dərəcəsi)

Zöhrə Əliyeva, "Akademik palma" ordeni, (Kavaler dərəcəsi)

Gülbəniz Camalova, "Akademik palma" ordeni, (Kavaler dərəcəsi)

Afaq Quliyeva, "Akademik palma" ordeni, (Kavaler dərəcəsi)

Murad Hüseynov, "İncəsənət və ədəbiyyat" ordeni (Kavaler dərəcəsi)

Gülnarə Sadıxova, "Akademik palma" ordeni, (Kavaler dərəcəsi)

Reyhan Hüseynova, "Fəxri Legion" ordeni (Kavaler dərəcəsi)

Tahirə Cabbarova, "Akademik palma" ordeni, (Kavaler dərəcəsi)

Elmira Fərəcullayeva, "Akademik palma" ordeni, (Kavaler dərəcəsi)

Soylu Xəlilova, "Akademik palma" ordeni, (Kavaler dərəcəsi)

Məhərrəm Orucov, "Akademik palma" ordeni, (Kavaler dərəcəsi)

Rəfiqə İsayeva, "Akademik palma" ordeni, (Kavaler dərəcəsi)".

2
Azərbaycan bayrağı, arxiv şəkli

ƏSA Teatrının kollektivi xalqımızı belə təbrik etdi - VİDEO

2
(Yenilənib 20:16 01.12.2020)
ƏSA Teatrının kollektivi videoçarx vasitəsilə şanlı qələbəmizdə əməyi olan vətəndaşlarımıza, jurnalistlərimizə, polislərimizə, həkimlərimizə, müharibənin əsas qəhrəmanı olan hərbçilərimizə və Ali Baş Komandanımıza təşəkkür ediblər.

BAKI, 1 dekabr — Sputnik. Əlilliyi olan və olmayan aktyorlardan ibarət Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı Azərbaycan xalqının İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi münasibətilə növbəti sosial videoçarx hazırlayıb. Videoçarxda teatrın aktyor heyəti iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, İkinci Qarabağ müharibəsi başlayan gündən vətənpərvərlik istiqamətində layihələr həyata keçirən ƏSA Teatrının kollektivi budəfəki videoçarx vasitəsilə şanlı qələbəmizdə əməyi olan vətəndaşlarımıza, jurnalistlərimizə, polislərimizə, həkimlərimizə, müharibənin əsas qəhrəmanı olan hərbçilərimizə və Ali Baş Komandanımıza təşəkkür edərək, qələbə sevincini bölüşüb.

2
Teqlər:
xalq, təbrik, ƏSA Teatrı