Vüsal Quliyev, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri

"Onları qınaq obyektinə çevirmək lazımdır"

43
Prezident Administrasiyasının sektor müdiri: "Sosial şəbəkələrdə dövləti ədalətsiz formada və yaxud qısqanc şəkildə tənqid edən həm yerli, həm də xarici qüvvələr var"

BAKI, 22 iyun — Sputnik. "Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafı, fəaliyyət göstərməsi üçün çox yaxşı münbit şərait, qanunvericilik bazası, maliyyə dəstəyi var. Belə olan halda vətəndaş cəmiyyəti institutlarından gözləntilərimiz də çoxdur. İlk növbədə onlar qarşıya qoyduğu məqsədlər istiqamətində çox ciddi səylər göstərməlidirlər, dövlətimizin yanında olmalıdırlar, dövlətçiliyi dəstəkləməlidirlər".

Sputnik xəbər verir ki, bunu Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev deyib. Onun sözlərinə görə, bəzi QHT-lər var ki, onlar heç öz məqsədlərini bilmədən, bəlkə də insanlara bəyan etdiyi məqsədlərin içərisində, onların pərdə arxasında başqa fəaliyyətlərlə məşğul olur: "Arzu edərdim ki, vətəndaş cəmiyyəti nümayəndələri bu cür qüvvələrə qarşı birgə səy göstərsinlər, ictimai qınaq obyektinə çevirsinlər".

V. Quliyev qeyd edib ki, ölkəmiz çox əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edir: "Baxırsınız, sosial şəbəkələrdə elə fikirlər səsləndirirlər ki, ədalətlə yanaşanda görürsən ki, həmin QHT nümayəndələri, ayrı-ayrı siyasi partiya nümayəndələri ədalətsiz formada bu məsələyə yanaşırlar. Bizim vətəndaş cəmiyyəti institutlarının nümayəndələri bu məsələdə ayıq-sayıq olmalıdırlar".

"Bəzi hallarda sosial şəbəkələrdə dövləti ədalətsiz formada və yaxud qısqanc yanaşaraq tənqid edən həm yerli, həm də xarici qüvvələr var. Bir dənə də olsun, bəzi hallarda görürsən ki, orada QHT nümayəndələri fikir bildirmirlər. Təbii ki, fikir sərgiləyənlər də var. Adətən belə hallar olmur", — deyə o bildirib.

43
Teqlər:
Vüsal Quliyev, ictimai-siyasi məsələlər şöbəsi, vətəndaş cəmiyyəti, Prezident Administrasiyası, QHT
Əlaqədar
İşbaz QHT-çilər və reket jurnalistlər Prezident Aparatının diqqətindədir
QHT-lərə Dövlət Dəstəyi Şurasının yeni üzvləri təyin edildi
QHT rəhbəri dələduzluğa görə 10 il azadlıqdan məhrum edilib
QHT-lər ötüşə çıxacaq
Bəzi QHT-lər "qara siyahı"dan çıxarılmadı
QHT-lərin dərdi nədi?
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

15
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

15
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar