Baytar həkmi. Arxiv şəkli

Azərbaycanda özəl baytarlıq xidməti fəaliyyət göstərəcək

225
(Yenilənib 12:38 22.06.2016)
Məqsəd qida təhlükəsizliyinin təminatını yüksək səviyyəyə çatdırmaq, heyvan sağlamlığını yaxşılaşdırmaq və daha savadlı baytar kadrların yetişməsinə dəstək verməkdir

BAKI, 22 iyun — Sputnik. Azərbaycanda dövlət büdcəsi hesabına çalışan sahə baytarlıq məntəqələri ilə yanaşı, özəl xidmət göstərən baytar həkimlərin fəaliyyətlərinin də mexanizmi hazırlanır. Bu barədə Sputnik-ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məqsəd qida təhlükəsizliyinin təminatını yüksək səviyyəyə çatdırmaq, heyvan sağlamlığını yaxşılaşdırmaq, daha savadlı baytar kadrların yetişməsinə dəstək vermək və büdcədən baytarlıq xidmətinə yönəldilən vəsaitin səmərəli istifadəsinə nail olmaqdır. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində beynəlxalq məsləhətçi fəaliyyətə başlayıb və ilkin tövsiyələrini nazirliyə təqdim edib.

Kənd Təsərrüfatı Nazirliyi mütəxəssisləri özəl baytarlıq xidməti fəaliyyətinin tətbiqi üçün dünyanın bir çox ölkələrində sınaqdan keçirilmiş modellərlə tanış olublar. Azərbaycan üçün ən uyğun modelin mərhələli keçid olduğu qərara alınıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi seçilmiş pilot rayonlarda dövlət baytarlıq məntəqələri ilə parallel olaraq özəl baytarlıq xidmətlərinin də fəaliyyətə başlamasına şərait yaradaraq dəstək verəcək.

225
Teqlər:
özəl baytarlıq xidməti, baytarlıq, baytar, Kənd Təsərrüfatı Nazirliyi, heyvan
Əlaqədar
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad edilib
Ölkədə dabaq xəstəliyinin yayılması ilə bağlı rəsmi açıqlama
Azərbaycan Gürcüstandan heyvanlarin gətirilməsinə qadağa qoyub
Paytaxtda mənşəyi məlum olmayan 4 baş heyvan cəmdəyi aşkarlanıb
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

51
(Yenilənib 21:42 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

51
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA
Aktyor Taleh Yüzbəyov, arxiv şəkli

"Əri döymüş gəlini, bir yandan da it qapdı" - Yüzbəyovdan yeni film

22
(Yenilənib 20:51 28.11.2020)
Yüzbəyovun çəkdiyi "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Taleh Yüzbəyov yeni filmini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor senaristi və rejissoru olduğu filmi "Youtube" hesabında paylaşıb. Film ailə-məişət mövzusundadır. "Karantin balladası" adlanan film karantin dövründə insanların yaşadığı maddi və mənəvi çətinliklərdən bəhs edir. Yüzbəyov film barədə özünün "Facebook" hesabında bunları deyib:

"Bu videonun senarisini mayda yazıb, karantinə görə ancaq avqustda çəkə bildik. Sentyabrın 28-i paylaşmaq istəyirdik ki, müharibə başladı. İkinci korona dalğasında gecikmiş video olsa da paylaşmaq istədik".

Qeyd edək ki, "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

22

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

0
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

0
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam