Məhəmməd Yunus Bakıda keçirilən Sosial biznes-inkişafa gedən yol adlı beynəlxalq konfransda iştirak edib

"Kasıbların bankiri"ndən ibrətamiz açıqlamalar

110
Məhəmməd Yunus: "Kasıb olmaq insanın günahı deyil. Banklar nəyə görəsə düşünür ki, kasıb insanlar xəstə olur və bank borcunu ödəmədən öləcəklər. Ancaq bizdə müştərilərin saǧlamlıǧı sığortalanır"

BAKI, 21 iyun — Sputnik. "Azərbaycana ilk dəfədir, gəlirəm. Burada olduğum üçün çox xoşbəxtəm. Bu günkü konfransa görə təşkilatçılara təşəkkürümü bildirirəm. "Kasıbların bankiri" kitabımı Azərbaycan dilinə tərcümə etdikləri üçün də təşəkkür edirəm".

Sputnik xəbər verir ki, bu sözləri Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus, Bakıda keçirilən "Sosial biznes-inkişafa gedən yol" adlı beynəlxalq konfransda deyib. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə UNEC-in rektoru Ədalət Muradov Məhəmməd Yunusun yaradıcılığına nəzər salıb.

Rektor qeyd edib ki, M. Yunus sosial biznes və makrokreditləşmənin əsas yaradıcılarından hesab olunur, Banqladeşdə yerləşən "Gramen Bankı" və 50-dən çox şirkətin qurucusudur: "Məhəmməd Yunusun davamlı yeniliklərinə görə "Fortune" jurnalı 2012-ci ilin mart ayında "Zəmanəmizin ən böyük təşəbbüskarlarından biri" adını verib. Professorun uğurlu yeniliklərinin nəticəsi olaraq 2006-ci ildə Məhəmməd Yunus Nobel sülh mükafatına layiq görülüb. O, 20-dən çox universitetin 55 fəxri adına sahibdir. 26 dövlətdən 112 mükafatla qiymətləndirilib və bu dövlətlərdən 10-u professoru dövlət mükafatı ilə təltif edib".

  • Məhəmməd Yunus Bakıda keçirilən Sosial biznes-inkişafa gedən yol adlı beynəlxalq konfransda iştirak edib
    Məhəmməd Yunus Bakıda keçirilən "Sosial biznes-inkişafa gedən yol" adlı beynəlxalq konfransda iştirak edib
    © AZƏRTAC ILGAR JAFAROV

1 / 8
© AZƏRTAC ILGAR JAFAROV
Məhəmməd Yunus Bakıda keçirilən "Sosial biznes-inkişafa gedən yol" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov konfransdakı çıxışında ölkəmizdə gedən iqtisadi inkişafdan söz açıb: "Hazırda qeyri-neft sektorunun inkişafı üçün bir çox proqramlar işlənib və həyata keçirilir. Son 12 il ərzində aparılan işlər nəticəsində ümumdaxili məhsul 3.2 dəfə, o cümlədən qeyri-neft sektoru 2.6 dəfə, sənaye 2.7 dəfə, kənd təsərrüfatı 2.5 dəfə, investisiyalar 6.5 dəfə, əhalinin gəlirləri 6.5, orta əmək haqqı 5.5 dəfə artıb. Ölkədə keçirilən layihələr nəticəsində 900 mini daimi olmaqla 1.2 milyon yeni iş yeri, işsizlik 5 faizə, yoxsulluğun səviyyəsi 5.3 faizə qədər enib".

N. Əmirov eyni zamanda bildirib ki, ölkədə insan potensialının inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilməlidir: "Qeyri-neft sektorunun inkişafı dünyada baş verən qlobal iqtisadi problemlərin Azərbaycana təsirini sıfıra endirib".

Təhsil naziri Mikayıl Cabbarov isə çıxışında insan kapitalının inkişafından danışıb: "Təhsil sisteminin insan kapitalının formalaşdırılmasında xüsusi rolu var. Ölkədə ümumtəhsil müəssisələrinin 70 faizindən çoxunun əsaslı şəkildə təmiri və ya tikilməsi, eləcə də dövlət hesabına xaricdə təhsilin genişləndirilməsi kimi tədbirlər əhəmiyyət kəsb edir. Sosial biznesin kökündə gəlir əldə etmək dayanmamalıdır. Təhsilin kökü daimi ünsiyyətdədir".

Daha sonra Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus öz həyat yolundan danışıb: "Bank sahəsində fəaliyyətə başlayanda, çılğın fikirlərim olduǧu üçün bəzi insanlar mənim əqli çatışmazlığım olduğunu düşünürdülər. Biz bank sahəsində fəaliyyətə başlamaqla bütün ənənəvi bank prinsiplərini kökündən dəyişdik. Sən nə qədər varlısansa, bank üçün bir o qədər cəlbedicisən. Amma biz kasıb insanlar üçün çalışmaǧa başladıq. Bizim müştərimiz olmaq üçün sən sadəcə heç nəyinin olmadıǧını, kasıb olduǧunu sübut etməlisən".

"Ənənəvi banklar daha çox kişi müştərilərlə işləyirlər. Bizdə isə 8.5 milyon müştərinin 97 %-i qadındır. "Gramen Bank"ın Banqladeşin 80 min kəndində filialı fəaliyyət göstərir", — Yunus bildirib.

Dünyanın maliyyə sisteminin yanlış qurulduǧunu vurǧulayan qonağın sözlərinə görə, bütün banklar qapılarını qadınların, xüsusən də kasıb qadınların üzünə baǧlayır: "Bu isə məntiqsizdir, axı sən hardan bilirsən ki, o qadın bank borcunu aylıq ödəyə bilməyəcək? Kasıb olmaq insanın günahı deyil. Banklar nəyə görəsə düşünür ki, kasıb insanlar xəstə olur və bank borcunu ödəmədən öləcəklər. Ancaq bizdə müştərilərin saǧlamlıǧı sıǧortalanır. Biz bir bank olaraq mənfəət güdmürük, əksinə, insanların problemlərinin həlli üçün çalışırıq".

Tədbirdə, həmçinin Yunus Mərkəzi ilə UNEC arasında birgə əməkdaşlıq memorandumu imzalanıb və universitetdə Yunus Sosial Biznes Mərkəzinin açılışı olub.

110
Teqlər:
"Sosial biznes-inkişafa gedən yol", Məhəmməd Yunus, Nobel sülh mükafatı, "Kasıbların bankiri", Ədalət Muradov, Natiq Əmirov, Mikayıl Cabbarov
Əlaqədar
Cəmiyyət təşvişdə: kasıb balalarının ali məktəbə yolu bağlanır?
Kasıb uşaqların ali məktəbə yolu biryolluq bağlana bilər
Bilirsiniz, əsl kasıblıq dövrü nə vaxt başlayacaq?
Rusiyada 22 milyon adam kasıb yaşayır
Mixail Saakaşvili:Ukrayna Avropanın ən kasıb ölkəsinə çevrilib
Müəllimlərin imtahanı, arxiv şəkli

Müəllimlərin imtahanına tələbələr nəzarət edəcəklər

1
(Yenilənib 14:20 14.08.2020)
Müəllimlərin işə qəbulu üzrə test imtahanlarının təşkilində hər il Təhsil Nazirliyinin tələbə-könüllüləri fəaliyyət göstərirlər

BAKI, 14 avqust — Sputnik. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin Bakı və Sumqayıt şəhərlərində keçiriləcək test mərhələsinin təşkilində könüllü olmaq üçün 400-dən çox tələbə müraciət edib. Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, sosial izolyasiya qaydalarına uyğun olaraq, müsabiqədə iştirak edəcək tələbə-könüllülərin seçimi onlayn müsahibələr vasitəsilə baş tutub. İlkin seçim mərhələsindən sonra keçirilən müsahibələrdə iştirak edən 189 nəfərdən 66-sı tədbirdə nəzarətçi qismində iştirak hüququ əldə edib.

Həmçinin, müsabiqənin test mərhələsində fəaliyyət göstərəcək tələbə-könüllülərə nümayəndələr tərəfindən təlimlər keçirilib. Təlimlər onlayn şəkildə müsabiqənin təşkilatçıları və "Bir" tələbə-könüllü proqramının koordinatorları tərəfindən keçirilib.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarının təşkilində hər il Təhsil Nazirliyinin tələbə-könüllüləri fəaliyyət göstərirlər.

1
Əlaqədar
Bu gün növbəti qəbul imtahanları keçirilir
İmtahanların nəticələri ilə əlaqədar müraciət edənlərin nəzərinə
Abituriyentlərə ikinci şans verildi, amma topladıqları bal aşağı olacaq
DİM kolleclərlə bağlı abituriyentlərə müraciət etdi
COVID-19 infeksiyasına yoluxmuş şəxs təcili yardım avtomobilinə yerləşdirilir

COVID-19 xəstələri həbs edildilər: başqalarını da yoluxdurmaq istəyirmişlər - FOTO

4
(Yenilənib 14:15 14.08.2020)
Xəbərdarlıq edərək bildiririk ki, bu qaydaları pozan və digərlərinin yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada cinayət məsuliyyətinə cəlb olunacaqlar

BAKI, 14 avqust — Sputnik. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan şəxslər həbs ediliblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, polis əməkdaşlarının sanitar-gigiyenik qaydalara riayət etməklə həyata keçirdikləri əməliyyat nəticəsində bu hərəkətlərə yol verən Salyan rayon sakinləri Anar Vəliyev, Məmməd Ağayev, onun oğlu Elvin Ağayev və Kürdəmir rayon sakini Gülöyşə Əhmədovanın olduqları yerlər müəyyən edilib və onlar tutulublar.

© AR Ministry of Internal Affairs
Saxlanılan şəxslər

Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən Anar Vəliyev və Elvin Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

© AR Ministry of Internal Affairs
Saxlanılan şəxs Elvin Ağayev

Daxili İşlər Nazirliyi hazırda COVID-19 virusundan müəlicə alan və həkim nəzarətində olan şəxslərdən özünütəcrid qaydalarına ciddi əməl etmələrini tələb edir. Xəbərdarlıq edərək bildiririk ki, bu qaydaları pozan və digərlərinin yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada cinayət məsuliyyətinə cəlb olunacaqlar.

4
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Qaydanı ikinci dəfə pozan COVID xəstəsini bu dəfə evə buraxmadılar
Əvvəllər yeyib-içənləri tuturdular, indi onun şəklini paylaşanları
Bu dəfə restoranın adı da kömək eləmədi, tapdılar, cərimələdilər
Xəstə şəxs Bakını tərk etmək istəyəndə saxlanıldı
İcazəsiz Qusara istirahətə gələn 18 nəfər cərimələnib