Rəhimli türbələr kompleksi

Tarix yazan kişini tarixdən silirlər

393
(Yenilənib 17:39 22.06.2016)
Nizami Gəncəvinin məqbərəsini öz hesabına bərpa etdirən maarifçi-xeyriyyəçi, "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəy və ailəsinə aid türbələr acınacaqlı vəziyyətə düşüb

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. Qarabağ xanlığının siyasi, iqtisadi və mədəni tarixini əks etdirən "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəy ömrünün son illərini şəxsi mülkü olan, Rəhimlidə (indiki Goranboy rayonunun ərazisi) yaşayıb. Onun və ailəsinin qəbri üzərində tikilmiş türbə abidələri isə hazırda dağılmaq təhlükəsi ilə üz-üzədir.

Əslən Qazax mahalından olan Mirzə Adıgözəl bəy XVIII əsrin 80-ci illərində Şuşa şəhərində anadan olub. İbtidai təhsilini bu şəhərdə alıb. Yeniyetməlik dövründə, indiki Şuşa əhalisi kimi köçkünlük həyatı yaşamalı olub. XIX əsrin əvvəllərində Ağa Məhəmməd şah Qacarın Qarabağa hücumu səbəbilə ailəsi ilə birgə Tiflis şəhərinə köçüb və burada rus ordusunda xidmətə başlayaraq podporuçik, poruçik və kapitan rütbələrində xidmət göstərib.

1816-cı ildə Qarabağa qayıdaraq, formal olaraq mövcud olan Qarabağ xanı Mehdiqulu xan Cavanşirin yanında qulluğa başlayıb və xanlığın 22 mahalından biri olan İyirmidördlər mahalına naiblik edib. İkinci Rus-İran müharibəsi zamanı döyüşlərdə iştirak edən Mirzə Adıgözəl bəy, 1830-cu ildə istefaya çıxaraq əyalət məhkəməsində işə başlayıb. 1845-ci ildən isə "Qarabağnamə" əsərini yazmağa başlayıb.

Müəllifin gözləri zəiflədiyindən, əsəri diktə edib və Mirzə Hüseyn Salari tərəfindən qələmə alınıb. Mirzə Adıgözəl bəyin "Qarabağnamə" əsəri Qarabağın 1736-cı ildən 1828-ci ilə kimi siyasi tarixini öyrənmək üçün çox qiymətli mənbədir. Əsərdə bu günümüzlə səsləşən ən vacib məsələlərdən biri — ermənilərin bu torpağa sonradan gəlmələri və burada məskunlaşmaları öz əksini tapıb.

Məsələn, Dizaq məliki Yeganın Qarabağa Loridən qaçıb gəlməsi, Vərəndə məliki Şahnəzərin Göyçədən, Çiləbörd məliki Allahqulunun Mağavizdən, Talış məliki Usubun Şirvandan qaçaraq Qarabağda özlərinə sığınacaq tapması və Nadir şaha qulluqlarına görə Qarabağda məliklik əldə etmələri barədə əsərdə qiymətli məlumatlar var. Bu əsərdən bir daha aydın olur ki, Qarabağ məliklərinin əsli-nəcabəti, xristianlığı əldən verməmək üçün erməni dilini qəbul etmiş albanlardır.

  • Rəhimli türbələr kompleksi
    Rəhimli türbələr kompleksi
    © Sputnik / ILHAM MUSTAFA
  • Rəhimli türbələr kompleksi
    1848-1873-cü illər aralığında tikilən 8 türbədən 3-ü nisbətən yaxşı vəziyyətdədir
    © Sputnik / ILHAM MUSTAFA
  • Rəhimli türbələr kompleksi
    Digər türbələr dağılıb və ya dağılmaq üzrədir
    © Sputnik / ILHAM MUSTAFA
  • Rəhimli türbələr kompleksi
    Üzərinə "Dövlət tərəfindən qorunur" sözləri yazılsa da, türbələrin içərisinə baxdıqda bu qorunma hiss olunmur
    © Sputnik / ILHAM MUSTAFA
  • Rəhimli türbələr kompleksi
    Əksər türbələrin içərisində dağıdılmış qəbir daşlarına rast gəlmək olur
    © Sputnik / ILHAM MUSTAFA
  • Rəhimli türbələr kompleksi
    Hər türbənin bir girişi və iki tağvari pəncərəsi var
    © Sputnik / ILHAM MUSTAFA
  • Rəhimli türbələr kompleksi
    Qəbirüstü tikililər birmərtəbəli və birxanəlidir
    © Sputnik / ILHAM MUSTAFA
  • Rəhimli türbələr kompleksi
    Tikintisində yerli qırmızı kərpic və gəcdən istifadə edilib
    © Sputnik / ILHAM MUSTAFA
  • Rəhimli türbələr kompleksi
    Formasına görə türbələr səkkizguşəli və konusvaridir
    © Sputnik / ILHAM MUSTAFA
  • Rəhimli türbələr kompleksi
    1992-93-cü illərdə qiymətli əşyalar axtarmaq məqsədilə məzarlarda qazıntı aparanlar məqbərələrin içərisini tala edib, altını-üstünə çeviriblər
    © Sputnik / ILHAM MUSTAFA
1 / 10
© Sputnik / ILHAM MUSTAFA
Rəhimli türbələr kompleksi

Mirzə Adıgözəl bəy eyni zamanda xeyriyyəçilik əməlləri ilə də məşğul olub. O öz mahalına, Yelizavetpol qəzasından (Gəncə) və digər bölgələrdən çar inzibati idarəsinin təzyiqi altında yurd-yuvalarını tərk edən qaçqınları qəbul edib. Məhkəmədə çalışarkən yerli əhalinin və torpaqsızlaşmış bəylərin hüquqlarının müdafiəsi ilə məşğul olub. Bu faktlar general Paskeviçin göstərişi ilə əyalətlərdə yoxlama aparan müfəttiş Zubaryevin qeydlərində öz əksini tapır.

Mirzə Adıgözəl bəy eyni zamanda poeziyanı sevən və zamanın ən ziyalı şəxslərindən biri olub. Şəxsi vəsaiti hesabına II Rus-İran müharibəsi zamanı dağılmış dahi Azərbaycan şairi Nizaminin məqbərəsinin yerində yeni məqbərə inşa etdirir. Mirzə Adıgözəl bəyin tikdirdiyi türbə bu əsrin əvvəllərində dağılsa da, onun qalıqları tam düzgünlüklə Nizaminin dəfn edildiyi köhnə türbənin yerini təyin etməkdə mühüm rol oynayır. Bu barədə o dövrün digər bir Azərbaycan maarifçisi Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində, "Qarabağda yaşayan qazaxlı Adıgözəl bəy hazırda türbəni təmir etdirir" deyə məlumat verir.

Təəssüf ki, belə bir xeyriyyəçi-maarifçi insanın məqbərələri hazırda ürəkaçan vəziyyətdə deyil. Üzərinə "Dövlət tərəfindən qorunur" sözləri yazılsa da, türbələrin içərisinə baxdıqda bu qorunma hiss olunmur.

1992-93-cü illərdə qiymətli əşyalar axtarmaq məqsədilə məzarlarda qazıntı aparanlar məqbərələrin içərisini tala edib, altını-üstünə çeviriblər. 1848-1873-cü illər aralığında tikilən 8 türbədən 3-ü nisbətən yaxşı vəziyyətdədir. Digərləri isə dağılıb və ya dağılmaq üzrədir.

Məlumat üçün bildirək ki, qəbirüstü tikililər birmərtəbəli və birxanəlidir. Səkkizguşəli və konusvaridir. Tikintisində yerli qırmızı kərpic və gəcdən istifadə edilib. Hər birinin bir girişi və iki tağvari pəncərəsi var. Türbələrin giriş qapısı kiçikdir və bunun ziyarətə gələn adamın türbə sahibinin qarşısında baş əyərək keçməsi üçün nəzərdə tutulduğu güman edilir.

Türbələrin vəziyyəti ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin Goranboy rayon şöbəsi ilə əlaqə saxladıq. Şöbənin baş məsləhətçisi Kəmalə Axundova türbələrinin təmirinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2016-cı il proqramına salındığını bildirdi. Onu da bildirək ki, hələki abidələr üzərində heç bir təmir-bərpa işlərinə başlanmayıb.

393
Teqlər:
Tiflis şəhəri, Ağa Məhəmməd şah Qacar, Qazax mahalı, Goranboy rayonu, Mirzə Adıgözəl bəy, "Qarabağnamə", Qarabağ xanlığı
Əlaqədar
Bu azərbaycanlının evində Əhməd Davudoğlu təşəkkür namazı qılıb
Dünyaca məşhur olan adamın evi Lənkəranda qorunur
Bu evdə 271 şəhid yaşayır
Minillik tarixi dəyişdirmiş döyüş
Tarix bu sirri hələ kimsəyə açmayıb
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

MN: Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir

4
(Yenilənib 19:44 19.01.2021)
Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

BAKI, 19 yanvar — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında" ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu keçirilir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin əmri ilə gənc əsgərlərin sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür. Eyni zamanda, müxtəlif mövsümi xəstəliklərdən qorunmaqla bağlı şəxsi heyətlə müvafiq maarifləndirmə işləri aparılır və onların sağlamlığına nəzarət məqsədi ilə gündəlik termometriyası keçirilir.

Hərbi qulluqçular şəxsi heyətin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra müvafiq bölgü aparılır.

  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
  • Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu

Tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən müayinə olunduqdan sonra hərbi qulluqçuların hər birinə tibbi kitabça açılır və gənc əsgərlərə müvafiq qaydada məişət xidmətləri göstərilir.

Hərbi qulluqçular bütün təminat növlərinə qoyulurlar və normalara uyğun olaraq qış hərbi geyim forması ilə təmin edilirlər.

Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq şəxsi heyətə sıra hazırlığı məşğələləri keçirilir və onlara hərbi intizamın möhkəmləndirilməsi üzrə mühazirələr oxunur.

4
Pasport, arxiv şəkli

Şəxsiyyət vəsiqəsilə Türkiyəyə səfəri nəzərdə tutan layihə müzakirə olunacaq

8
(Yenilənib 19:39 19.01.2021)
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib

BAKI, 19 yanvar — Sputnik. Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisə daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Türkiyə Respublikasına səyahət edən Azərbaycan Respublikası vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısına daxil edilib.

Bu məsələ eyni zamanda Türkiyə vətəndaşlarının Azərbaycana səfərinə də şamil olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

8