Boksçu Məhəmməd Əli

Məhəmməd Əli hansı azərbaycanlıya xatirə hədiyyəsi göndərdi?

328
(Yenilənib 16:52 09.06.2016)
Bakıda əfsanəvi boksçunun 3 mərasimi təşkil olunacaq. Ehsan süfrəsi sabah saat 19.00-da başlayacaq, ardınca iftar süfrəsi veriləcək.

BAKI, 9 iyun — Sputnik. Sabah Buzovna qəsəbəsində yerləşən Məşədi Qərib məscidində, Hacı Soltanın təşkilatçılığı ilə, əfsanəvi boksçu Məhəmməd Əlinin 3 mərasimi ilə əlaqədar ehsan süfrəsi veriləcək. Bu barədə Sputnik-ə Hacı Soltan məlumat verib.

Boksçu Məhəmməd Əli
© REUTERS/ Andreas Meier

Ramazan ayı olduğu üçün, ehsan süfrəsi axşam saat 19.00-da başlayacaq, ardınca iftar süfrəsi veriləcək. Hacı Soltan əfsanəvi boksçu haqqında kitab yazdığını da qeyd edib.

"1997-ci ildə ilk dəfə olaraq Məhəmməd Əli haqqında kitab yazmışam. Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev də kitaba rəy yazıb. O, sonralar mənə Məhəmməd Əli ilə görüşə getmək təklifi etsə də, bəzi işlərimlə əlaqədar gedə bilmədim", — deyə Hacı Soltan bildirib.

Onun sözlərinə görə, əfsanəvi boksçu ilə görüşə gedə bilməsə də, Məhəmməd Əli ona öz imzası ilə, 300 rəsminin yer aldığı albomunu göndərib: "Bir sözlə, bizim qiyabi dostluğumuz olub".

Təşkilatçı sabahkı ehsan mərasiminə bir çox idmançıları və digər ictimai xadimləri də dəvət etdiyini bildirib.

328
Teqlər:
ehsan süfrəsi, əfsanəvi boksçu, Hacı Soltan, Məşədi Qərib məscidi, Məhəmməd Əli, Buzovna qəsəbəsi
Əlaqədar
Ərdoğan Məhəmməd Əlinin cənazə namazını qılacaq
Məhəmməd Əli doğma şəhərində vida mərasimi keçiriləcək
Əfsanəvi boksçu Məhəmməd Əli xəstəxanaya yerləşdirilib
Məhəmməd Əli respublikaçı senatora ibrətamiz cavab verdi
Əfsanəvi Məhəmməd Əli “İnsanlıq Mükafatı”-na layiq görüldü