ABŞ dolları

Azərbaycanda dollara şok tələbat

163
Bankların ABŞ valyutasına olan tələbatı real təklifi 10 dəfə üstələyib

BAKI, 9 iyun — Sputnik. Dövlət Neft Fondu tərəfindən bugünkü hərraca 50 mln. ABŞ dolları həcmində valyuta kütləsi çıxarıb. "Report"un bank dairələrindən aldığı xəbərə görə, bugünkü hərracda dollar kütləsinə kommersiya banklarının real tələbatı faktiki təklifi 10 dəfəyə yaxın üstələyərək təxminən 500 mln. dollara çatıb. Bu səbəbdən sabahkı rəsmi məzənnənin bir qədər də yüksəlməsi gözlənilir.

Xatırladaq ki, bugünkü rəsmi məzənnə 1,5084 AZN/USD-yə bərabərdir. Nağd valyuta bazarında isə dolların satış qiymətinin 1,53 AZN/USD həddini keçməsi ehtimal edilir.

Rəsmi məzənnənin iyunun 14-də keçiriləcək növbəti valyuta hərracına qədər artacağı gözlənilir. Məzənnənin sabitləşməsi üçün valyuta hərracına çıxarılan vəsaitin həcminin artırılmasına ehtiyac olacağı proqnozlaşdırılır.

163
Teqlər:
manat, dollar, tələbat, hərrac, Dövlət Neft Fondu
Əlaqədar
Dollar revanş götürüb
"FED uçot dərəcəsini artırmasa belə, dollar ucuzlaşmayacaq"
Gözlənilən dollar "partlayışı" ertələndi
Dollar 1.50 manatı keçdi
Dollar bahalaşmaqda davam edir
Dolların sabaha olan rəsmi məzənnəsi açıqlandı